Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3426/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qızına qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********35770 Samsung Galaxy A10 markalı telefon, Rhilips markalı ütü üçün 488 manat ödənilməmiş məbləğ, 49 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********35615 Huawei Y9 Prime 4 markalı telefon üçün 246 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Panasonic epilyator, Gorenje izqara üçün 328 ödənilməmiş məbləğ, 33 manat cərimə olmaqla, cəmi 1169 (bir min yüz altmış doqquz) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərardadla iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdeh, “«xxxx» MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərində müqavilə bağlayaraq İMEİ kodu **********35770 Samsung Galaxy A10 markalı telefon, Rhilips markalı ütü, İMEİ kodu **********35615 olan Huawei Y9 Prime 4 markalı telefon, Panasonic markalı epilyator, Gorenje izqara almış və nəticədə 1169 (bir min yüz altmış doqquz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 612 manat olan İMEİ kodu **********35770 Samsung Galaxy A10 markalı telefon, ütü philips üçün 488 manat ödənilməmiş məbləğ, 49 manat cərimə, xx.xx.2019 -cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 720 manat olan İMEİ kodu **********35615 olan Huawei Y9 Prime 4 markalı telefon üçün 246 manat ödənilməmiş məbləğ, 25 manat cərimə, xx.xx.2019- cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 360 manat olan Panasonic epilyator, Gorenje izqara üçün 328 ödənilməmiş məbləğ, 33 manat cərimə olmaqla cəmi 1169 manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilələrin şərtlərini pozaraq götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2019-cu il tarixli, 00880167 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh qızı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 612 manat dəyərində İMEİ kodu **********35770 olan Samsung Galaxy A10 markalı telefon, Philips markalə ütü satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 18 ay ərzində hər ay 34 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019 -cu il tarixli, 01021770 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC cavabdehə 720 manat dəyərində İMEİ kodu **********35615 Huawei Y9 Prime 4 markalı telefon satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 49 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 01029336 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC cavabdehə 360 manat dəyərində Panasonic markalı epilyator, Gorenje izqara satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 30 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh qızının «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 488 manat ödənilməmiş məbləğ, 49 manat cərimə; xx.xx.2019 -cu il tarixli müqaviləyə əsasən 246 manat ödənilməmiş məbləğ, 25 manat gərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 328 ödənilməmiş məbləğ, 33 manat cərimə olmaqla ümumilikdə 1169 (bir min yüz altmış doqquz) manat borcu qalmışdır; xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, «xxxx» MMC ilə Cavabdeh qızı arasında məişət əşyalarının nisyə satışına dair xx.xx.2019-cu il, xx.xx.2019 -cu il, xx.xx.2019-cu il tarixlərdə müqavilələr bağlanaraq,iddiaçı tərəfindən cavabdehə məişət əşyalar satılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh müqavilələrin şərtlərini pozduğu üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyi vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli 00880167 nömrəli müqavilə üzrə 488 manat ödənilməmiş məbləğ, 49 manat cərimə, xx.xx.2019 -cu il tarixli 01021770 nömrəli müqavilə üzrə 246 manat ödənilməmiş məbləğ, 25 manat cərimə, xx.xx.2019-cu il tarixli 01029336 nömrəli müqavilə üzrə 328 manat ödənilməmiş məbləğ, 33 manat cərimə olmaqla ümumilikdə 1169 (bir min yüz altmış doqquz) manat pul cavabdehdən alınaraq «xxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh qızından xx.xx.2019-cu il tarixli 00880167 nömrəli müqavilə üzrə 488 manat ödənilməmiş məbləğ, 49 manat cərimə, xx.xx.2019-cu il tarixli 01021770 müqavilə üzrə 246 manat ödənilməmiş məbləğ 25 manat cərimə və xx.xx.2019-cu il tarixli 01029336 nömrəli müqavilə üzrə 328 manat ödənilməmiş məbləğ 33 manat cərimə olmaqla, ümumilikdə 1169 (bir min yüz altmış doqquz) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3426/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3426/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver