Məhkəmə qərarları › İş №2(043)-3437/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3437/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3437/2021 16.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh ASC «X18» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin X18» Törəmə Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh ASC-nin X18» Törəmə Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 16 nömrəli binada yerləşən 29 nömrəli mənzildə sudan istifadəyə görə cəmi olaraq 673,57 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən 21 aprel 2010-cu il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü Mikrorayon, 16 nömrəli binada yerləşən 29 nömrəli mənzili almışam. Bundan sonra MA ******* nömrəli Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı əsasında 01.05.2010-cu il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 16 nömrəli binada yerləşən 29 nömrəli mənzilin mülkiyyətçisi olmuşdur. Həmin mənzili aldığına baxmayaraq orada heç vaxt yaşamamışdır. O, daimi gəlin kimi köçdüyü Gəncə şəhəri, Kəpəz rayonu, 33 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır. Buna baxmayaraq Cavabdeh ASC-nin “X18” TSC tərəfindən ona təqdim edilmiş 32798919 nömrəli 01.01.2005-ci il tarixli abonent kartında su sərfiyyatına görə 2012-2021-ci illər üzrə cəmi olaraq 673,57 (altı yüz yetmiş üç manat 57 qəpik) manat məbləğində borc yazılmışdır. Həmçinin, qeyd etmək istəyir ki, ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 16 nömrəli binada yerləşən 29 nömrəli mənzilə dair 673,57 (altı yüz yetmiş üç manat 57 qəpik) manat məbləğində borc əsassız olaraq yazılmışdır. Çünki mən, həmin mənzili alandan sonra orada yaşamıram, eyni zamanda mənzildə ümumiyyətlə heç kim yaşamayıb və yaşamadığına görə su götürməyib. Xüsusilə qeyd edir ki, mülkiyyətimdə olan mənzilə 2021-ci ilin aprel ayınadək su təchizatına qoşulmamışdır. Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü Mikrorayon, 16 nömrəli binada yerləşən 29 nömrəli mənzildə qeydiyyatda olan X3 23.12.2008-ci il tarixdən vəfat etmişdir. Güləbətin Quliyevanın evdə qeydiyyatda olmasına dair məlumatı olmamışdır. Eyni zamanda bildirilir ki, Cavabdeh ASC-nin “X18” TSC ilə aramızda su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmamış, ümumiyyətlə aralarında heç bir müqavilə bağlanmamış, o, heç bir müqaviləyə imza etməmişdir. Ölmüş şəxsə görə, tərəfimdən Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü Mikrorayon, 16 nömrəli binada yerləşən 29 nömrəli mənzildə su istifadə edilmədiyi üçün və onunla Cavabdeh ASC-nin “X18” TSC arasında heç bir müqavilə olmadığına görə su borcunun hesablanması əsassızdır. Belə hallar onun hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək ifadəsində bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 16 nömrəli binada yerləşən 29 nömrəli mənzili 2010-cu ildə satın almışlar və orada yaşayış olmamışdır. Həmin mənzili 2021-ci ilin fevral ayından kirayəyə verilmişdir və indiyədək yaşayır. Həmin mənzildə qeydiyyatda olanlar və ya yaşayış olmaması barədə Cavabdeh ASC-nin X18» Törəmə Səhmdar Cəmiyyətinə məlumat verməmişlər. Mənzildə yaşayışın olmaması və su xəttinin olmamasına dair heç kimə müraciət etməmişlər. 2010-cu ildə mənzili alan zaman təmir etdirmişdir, Mənzildə üç ədəd soyuducu olmuşdur və onların içərisində satış üçün saxlanılan ərzaq məhsulları olmuşdur. Hər ay həmin mənzilin elektrik enerjisi üçün 4-5 manat məbləğində ödəniş etmişdir. Ona görə də 2021-ci ilə qədər olan borc məbləği ilə razılaşmır. 2021-ci il üzrə olan borc məbləğini qəbul edir. Odur ki, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin «X18» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iddianı əsassız hesab edərək ifadəsində bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 16 nömrəli binada yerləşən 29 nömrəli mənzildə sudan istifadə və tullantı sularının axıdılmasına dair müqavilə həmin mənzildə qeydiyyatda olmuş X3 ilə bağlanılmışdır. Qeyd edilən mənzildə yaşayışın olmaması, mənzilə suyun gəlməməsi və ya suyun verilməsinin dayandırılması barədə rəsmi və qeyri rəsmi şəkildə STKM müraciət edilməmişdir və həmin ünvanda sudan istifadə və tullantı sularının axıdılmasına görə qanunvericiliyə əsasən müvafiq hesabat verilmişdir. Həmin mənzildə 2011-ci ildə üç nəfər, 2015-ci ilə qədər bir nəfər və 2017-ci ilə qədər dörd nəfər qeydiyyatda olmuş və indiyədək yaşayış olmuşdur. Bununla “Gəncə Sukanal” TSC-nin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı tərəfindən üzərinə düşən vəzifələr vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı sularının axıdılmasına görə borc yaranmışdır. Həmin mənzildə yaşayış olmaması barədə iddiaçının dəlilləri əsasızdır. Belə ki, tərəflərindən həmin mənzilin elektrik enerjisindən istifadə ilə bağlı müraciət edilmiş və məlum olmuşdur ki həmin mənzilin elektrik enerjisindən istifadə olunması ilə bağlı davamlı olaraq hər ay ödənişlər edilmişdir. Bununla da, sübuta yetir ki həmin mənzildə daim yaşayış olub və sudan istifadə edilib. İddiaçının hazırda ümumi olaraq 313 manat məbləğində borcu vardır. Sayğac qoyulandan 30 m3 və s istifadə olunmuşdur. Sayğac 2021-ci ilin aprel ayında qeydiyyata alınmışdır. Onlara hər il arayış təqdim edilməlidir ki, mənzildə qeydiyyatda olan şəxslərin sayını bilsinlər. İddiaçı mənzildə qeydiyyatda olan şəxslər barəsində arayış təqdim etmədiyi üçün, tərəflərində orta statistik göstərici əsas götürülməklə dörd nəfər nəzərə alınaraq borc hesablanmışdır. Məhkəmədə hazırki iddia tələbinə baxılarkən “Gəncə Sukanal” TSC tərəfindən 2016-cı il tarixdən 01.04.2021-ci ilədək ailə tərkibi bir nəfərdən ibarət yeni hesablanma aparılmış, əlavə üç nəfər üçün hesablanmış borc 354 manat təşkil edən məbləğ iddiaçının, yəni abonentin hesabından silinmişdir. Hazırda isə köhnə borc məbləği 136,87 manat və təzə, yəni 2021-ci il üzrə isə 177 manat borc məbləği təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 371744 nömrəli ölüm haqqında arayışdan görünür ki, X5 23.12.2008-ci ildə “xroniki ürək çatışmamazlığı” diaqnozu ilə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 12 ayının 23 günündə № 967 ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 48,3 kv.m ümumi sahəsi olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş AN-İ ******* nömrəli 21.04.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı X1 şəhər, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 16, mənzil 29 ünvanında yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə 16.000 (on altı min) manata İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC «X18» Törəmə Səhmdar Cəmiyyətinin **********290 nömrəli abonent kodu üzrə 17.08.2021-ci il tarixli hesab fakturanın surətindən görünür ki, ünvan 2 ünvanına su təchizatı xidmətinə görə abonent İddiaçı 01.09.2021-ci il tarixə 653,57 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Evlər Üçlüyünün 132 saylı evlər üçlüyünün 06.09.2021-ci il tarixli, 65 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC «X18» Törəmə Səhmdar Cəmiyyətinin **********290 nömrəli abonent kodu üzrə 28.10.2021-ci il tarixli abonent kartının surətindən görünür ki, İddiaçı 01.01.2005-ci il tarixli, 32798919 saylı müqaviləyə əsasən su və çirkab su xidmətinə görə 2011-ci il üzrə 100,96 manat, 2012-ci il üzrə 43,20 manat, 2013-cü il üzrə 30,60 manat, 2014-cü il üzrə 21,60 manat, 2015-ci il üzrə 27 manat, 2016-cı il üzrə 119,44 manat olmaqla 232,20 manat məbləğində yekun borcu qalmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC «X18» Törəmə Səhmdar Cəmiyyətinin **********260 nömrəli abonent kodu üzrə 15.12.2021-ci il tarixli abonent kartının surətindən görünür ki, İddiaçı 01.01.2005-ci il tarixli, 32798919 saylı müqaviləyə əsasən su və çirkab xidmətinə görə 2016-cı il üzrə 9,9 manat, 2017-ci il üzrə 90,45 manat, 2018-ci il üzrə 109,8 manat, 2019-cu il üzrə 109,35 manat, 2020-ci il üzrə 56,25 manat, 2021-ci il üzrə 177 manat olmaqla 313,87 manat məbləğində yekun borcu qalmışdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 16 nömrəli binada yerləşən 29 nömrəli mənzilin elektrik enerjisi ilə bağlı abonent saldosundan görünür ki, qeyd edilən mənzildə 2010-cu ildən hal-hazıradək hər ay mütəmadi olaraq elektik enerjisindən istifadə ilə bağlı ödənişlər edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərinə görə vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.4 maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərinə görə haqqın ödənilməsi vəzifəsi mülkiyyət hüquqi əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 139.1 maddəsinə əsasən kommunal xidmətlərinə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “X13”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinentinin 17 iyul 2014-cü il tarixli Qərarı 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı suların və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablanmanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iddia tələbinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və hesablanmış borcun hansı əsasla silinməli olmasını göstərə bilməmişdir. Bundan əlavə iddia tələbinə baxılarkən mənzildən daim istifadə və yaşayışın olması müəyyən edilmiş, cavabdeh tərəfindən yeni hesablama aparılmış, mənzildə bir nəfər sudan istifadə etməsi əsas götürülməklə yeni borc hesablanmış, bununla da iddia tələbindən göstərilən borc məbləği hazırda mövcüd olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, məhkəmə iclasında tədqiq olunması üçün iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir, əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-nin «X18» Törəmə Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar