Məhkəmə qərarları › İş №2(043)-3451/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3451/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3451/2021 15.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borcalan Cavabdeh hüquqi varisi cavabdeh Nümayəndə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti bocalan mərhum Cavabdeh hüquqi varisi Nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nümayəndə iddiaçı "xxxx" ASC-in xeyrinə 15.11.2016-cı il tarixli,4-15.11.2016-SM0169 saylı kredit müqaviləsinə əsasən 75,50 manat əsas borc, 12, 88 manat faiz borcu olmaqla cəmi 88,38 (səksən səkkiz manat 38 qəpik) manat borcun, həmçinin 05.11.2019-cu il tarixli BPM**********21 saylı kredit müqaviləsinə əsasən 845,49 manat əsas borc, 154,90 faiz borcu olmaqla cəmi 1000,39 (bir min manat 39 qəpik) manat məbləğində borcun və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək Cavabdeh hüquqi varisi Nümayəndə iddiaçı "xxxx" ASC-in xeyrinə 15.11.2016-cı il tarixində bağlanmış 4-15.11.2016-SM0169 saylı kredit müqaviləsinə əsasən 75,50 manat əsas, 12,88 manat faiz borcu olmaqla,cəmi 88,38 (səksən səkkiz manat 38 qəpik) manat borcun, həmçinin 05.11.2019-cu il tarixli BPM**********21 saylı kredit müqaviləsinə əsasən 845,49 (səkkiz yüz qırx beş manat 49 qəpik) manat əsas borcun və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azıldılması kimi baxmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı "xxxx" ASC-in “Gəncə” filialı ilə mərhum Cavabdeh arasında bağlanmış 15.11.2016-cı il tarixli, 4-15.11.2016-SM0169 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 1800 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 05.11.2019-cu il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Cavabdeh 07.01.2020-ci il tarixdə vəfat etmişdir. Gəncə Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 30.04.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Nümayəndə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş 07.07.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh vəfat etdiyi tarixə 15.11.2016-cı il tarixli, 4- 15.11.2016-SM0169 nömrəli kredit müqaviləsinə əsasən banka ödənilməmiş 75,50 manat əsas borcu, 12, 88 manat faiz borcu, cəmi 88,38 manat borcu, 05.11.2019-cu il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsinə əsasən banka ödənilməmiş 845,49 manat borcu qalmışdır. Cavabdeh Nümayəndənun mərhum Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq onla çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz üzərinə götürdüyü öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında Cavabdeh hüquqi varisi Nümayəndə iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 15.11.2016-cı il tarixli, 4-15.11.2016-SM0169 nömrəli kredit müqaviləsi üzrə borcu tam ödəmişlər və bu barədə bank tərəfindən ona qəbz verilmişdir. 05.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcdan bir qismini ödəmiş, yerdə qalan borcu ödəməyə etiraz etmir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 15.11.2016-cı il tarixli, 4-15.11.2016-SM0169 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ilə mərhum Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı tərəfindən istehlak məqsədi üçün 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 1800 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən verilmiş 02.09.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, 15.11.2016-SM0169 nömrəli müqavilə üzrə borc tam ödənilmişdir. 05.11.2019-cu il tarixli, BPM**********21 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ilə mərhum Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədi üçün 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir; 619 nömrəli maliyyə arayışından görünür ki, 15.11.2016-cı il tarixli, 4-15.11.2016- SM0169 saylı müqavilə üzrə cavabdehin ödənilməmiş 75,50 manat əsas borcu, 12, 88 manat faiz borcu, cəmi 88,38 manat borcu vardır. 601 nömrəli maliyyə arayışından görünür ki, 05.11.2019-cu il tarixli, BPM**********21 nömrəli müqavilə üzrə cavabdehin ödənilməmiş 845,49 manat, faiz borcu 154,90 manat olmaqla cəmi 1000,39 (bir min manat 39 qəpik) manat borcu vardır. 15.12.2021-ci il tarixli, 1006 saylı maliyyə arayışından görünür ki, 05.11.2019-cu il tarixli, BPM**********21 nömrəli müqavilə üzrə cavabdehin ödənilməmiş 845,49 manat, borcu vardır. AZ-İİ 061701 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 07.01.2020-ci il tarixdə ölmüşdür. Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinin 30.04.2021-ci il tarixli 1233 nömrəli məktubundan görünür ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Nümayəndə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir 08.06.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh hüquqi varisi Nümayəndə borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı cavabdehin 15.11.2016-cı il tarixli, 4-15.11.2016-SM0169 nömrəli kredit müqaviləsinə əsasən banka ödənilməmiş 75,50 manat əsas borcu, 12, 88 manat faiz borcu olduğunu iddia etsə də iddiaçı tərəfindən verilmiş 02.09.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, 15.11.2016-SM0169 nömrəli müqavilə üzrə borc tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Nümayəndə 05.11.2019-cu il tarixli, BPM**********21 nömrəli müqavilə üzrə 845,49 (səkkiz yüz qırx beş manat 49 qəpik) manat kredit borcu alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Nümayəndə 05.11.2019-cu il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsi üzrə 845,49 (səkkiz yüz qırx beş manat 49 qəpik) manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar