Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3465/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2300 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-in nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 ilə "xxxx" ASC arasında 22.05.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Sonata” markalı, ** DK ***qeydiyyat nömrə nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 25.11.2019-cu il tarixdə “Hyundai Sonata” markalı, ** DK ***qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Ak.H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Audi A4” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı awomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2300 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri DYPİ-dən 25.11.2019-cu il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 332.4-cü və 327.1 -ci maddələri ilə təqsirli bilinmişdir. Bakı şəhəri DYPİ-in "xxxx" ASC-yə təqdim etdiyi 02.12.2019-cu il tarixli, 046-63134 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Sonata” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-22.05.2019-cu il tarixli PAA********** nömrəli sığorta müqaviləsindən görünür ki, sığortalı X4 məxsus Hyundaı Sonata minik markalı 20DK741 qeydiyyat nömrə nişanlı avtomobil 22.05.2020-ci il tarixə qədər "xxxx" ASC tərəfindən sığorta edilmişdir. 25.11.2019-cu il tarixli, İXP ******* nömrəli protokolun surətindən görünür ki, Hyundaı Sonata minik markalı 20DK741 qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 332.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. 02.12.2019-cu il tarixli arayışın surətindən görünür ki, X4 məxsus olan Hyundaı Sonata minik markalı 20DK741 qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Cavabdeh inzibati xəta törətmiş və X2 məxsus olan Audi A4 markalı 10ZZ067 qeydiyyat nömrə nişanlı avtomobilə zərər vurmuşdur. 27.11.2019-cu il tarixli hesablama vərəqindən görünür ki, X2 məxsus olan Audi A4 markalı 10ZZ067 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 2300 manat pul hesablanmışdır. 06.12.2019-cu il tarixli 19-11467/12/AA-9481/19 nömrəli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış 22.05.2019-cu il tarixli PAA********** nömrəli sığorta müqaviləsi üzrə "xxxx" ASC tərəfindən X2 2300 manat ödəniş edilmişdir. 09.12.2019-cu il tarixli 017873 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 2300 manat ödəniş edilmişdir. 11.12.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hyundaı Sonata minik markalı 20DK741 qeydiyyat nömrə nişanlı avtomobil X4 məxsusdur. 04.08.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Audi A4 markalı 10ZZ067 dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. Məhkəmə iclasında müəyyən olundu ki, X6 ilə “"xxxx"” ASC arasında 22.05.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Sonata” markalı, ** DK ***qeydiyyat nömrə nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunmuşdur. Cavabdeh 25.11.2019-cu il tarixdə “Hyundai Sonata” markalı, ** DK ***qeydiyyat nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən Bakı şəhəri, Ak.H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Audi A4” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı awomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2300 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Göründüyü kimi cavabdehin avtomobili hadisə törədilən zamani idarə etməyə hüququ olmamış və təqsirli hərəktləri nəticəsində üçüncü şəxsin avtomobilinə maddi zərər mürmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 936.2.-cı maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur» MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Yol nəqliyyat hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş vermişdir. Hadisə zamanı zərərçəkən şəxs X3 tərəfindən idarə olunan Audi A4 markalı 10ZZ067 dövlət qeydiyyat nişanlı avtomobilə 2300 (iki min üç yüz) manat məbləğində zərər dəymiş, və dəymiş zərər iddiaçı tərəfindən X2 tam olaraq ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin X1 zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş sığortaçıya yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia qismən təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 2300 (iki min üç yüz) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbinin 500 manat xidmət haqqının tutulmasına gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı bu barədə hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. MPM-in 119.1 -ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. İş üzrə ödənilməmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 2300 (iki min üç yüz) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. İş üzrə ödənilməmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3465/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3465/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver