Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3467/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ċavabdeh Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22.02.2021-ci il tarixli GNLMB-10458 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1997 manat, faiz borcuna görə 323,7 manat, 399,4 manat cərimə olmaqla cəmi 2720,1 (iki min yeddi yüz iyirmi manat 10 qəpik) manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin 22.02.2021-ci il tarixli GNLMB-10458 saylı saxlanc girov müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl zinət əşyalarının açıq hərracda sataraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait yetərli olmadıqda borcun cavabdehdən ümumi qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı “Rabitəbank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 22.02.2021-ci il tarixli GNLMB-10458 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 30% dərəcəsi olmaqla 18 ay müddətinə 1997 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-in “Gəncə” filialı ilə Cavabdeh arasında 22.02.2021-ci il tarixli GNLMB-10458 saylı saxlanc girov müqaviləsi bağlanaraq cavabdeh özünə məxsus braslet-yolka- 1 ədəd, çəkisi - 14,4 qram, əyarı - 583; sırğa-üzük-dəst-1 ədəd, çəkisi - 19,3 qram, əyarı-583; üzük-1 ədəd, çəkisi-5,8 qram, əyarı -750 qızıl-zinət əşyalarını girov qoymuşdur. Müqaviləsinin şərtlərinə görə cavabdeh müqavilə üzrə borcunu tam və vaxtında ödəməyi öhdəsinə götürsə də öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Müqaviləsinin 5.1-ci bəndinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. 07.09.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 22.02.2021-ci il tarixli GNLMB-10458 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1997 manat, faiz borcuna görə 323,7 manat, 399,4 manat cərimə olmaqla, cəmi 2720,1 (iki min yeddi yüz iyirmi manat 10 qəpik) manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə aralarında bağlanmış 22.02.2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla 18 ay müddətinə 1997 manat məbləğində kredit götürmüşdür.Özünə məxsus qızıl-zinət əşyalarını girov qoymuşdur. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Qızıl-zinət əşyalarının satılmasına etiraz etmədiyini bildirərək cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 22.02.2021-ci il tarixli GNLMB-10458 nömrəli kredit müqaviləsindən görünür ki, Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən “Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə illik 30 faiz dərəcəsi ilə 18 ay müddətinə 1997 manat məbləğində kredit verilmişdir. 22.02.2021-ci il tarixli GNLMB-10458 nömrəli girov müqaviləsindən və ona əlavə olunmuş girovun qiymətləndirilməsi və qəbul edilməsi aktından görünür ki, kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı kimi Cavabdeh özünə məxsus brasletyolka-1 ədəd çəkisi 14,4 qram əyarı 583; sırğa-üzük dəst 1 ədəd çəkisi 19,3 qram əyarı 583; üzük 1 ədəd çəkisi 5,8 qram əyarı 750 olan qızıl-zinət əşyalarını girov qoymuşdur. 07.09.2021-ci il tarixli, 7354 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 22.02.2021-ci il tarixli GNLMB-10458 nömrəli kredit müqaviləsi üzrə 1997 manat əsas, 323,7 manat faiz, 399,4 manat cərimə olmaqla, cəmi 2720,1 (iki min yeddi yüz iyirmi manat 10 qəpik) manat məbləğində borcu qalmışdır; 22.02.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh “Rabitəbank" Açıq Səhmdar Cəmiyyətindən 1997 manat pulu qəbul etmişdir. 18.05.2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 22.02.2021-ci il tarixli GNLMB-10458 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 1997 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi tərəflər arasında 22.02.2021-ci il tarixli GNLMB-10458 nömrəli girov müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM)-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 296.1 maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması olmadıqda girov saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin ödənilməmiş əsas borcunu və faiz borcunu müqayisəli şəkildə təhlil edərək, cərimə məbləğinin həddindən artıq yüksək olmasını nəzərə alaraq hesab edir ki, tutulmalı olan 399,4 manat cərimə məbləği azaldılaraq 9,4 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh X1 22.02.2021-ci il tarixli GNLMB-10458 nömrəli kredit müqaviləsi üzrə 1997 manat əsas, 323,7 manat faiz borcu, 9,4 manat cərimə olmaqla, cəmi 2330,1 (iki min üç yüz otuz manat 10 qəpik) manat kredit borcu alınaraq"xxxx"Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma 22.02.2021-ci il tarixli, GNLMB-10458 nömrəli girov müqaviləsi üzrə Cavabdeh məxsus braslet-yolka 1 ədəd çəkisi 14,4 qram əyarı 583; sırğa-üzük dəst 1 ədəd çəkisi 19,3 qram əyarı 583; üzük 1 ədəd çəkisi 5,8 qram əyarı 750 olan qızıl-zinət əşyalarına yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına Cavabdeh 22.02.2021-ci il tarixli GNLMB-10458 nömrəli kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməlidir. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc cavabdehdən ümumi qaydada tutulmalıdır. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa Cavabdeh qaytarılmalıdır MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 22.02.2021-ci il tarixli GNLMB-10458 nömrəli kredit müqaviləsi üzrə 1997 manat əsas, 323,7 manat faiz, 9,4 manat cərimə olmaqla, cəmi 2330,1 (iki min üç yüz otuz manat 10 qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyirinə ödənilsin. Tutma 22.02.2021-ci il tarixli GNLMB-10458 nömrəli saxlanc girov müqaviləsi üzrə Cavabdeh məxsus olan braslet-yolka 1 ədəd çəkisi 14,4 qram əyarı 583; sırğa-üzük dəst 1 ədəd çəkisi 19,3 qram əyarı 583; üzük 1 ədəd çəkisi 5,8 qram əyarı 750 olan olan qızılzinət əşyalarına yönəldilsin və həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına Cavabdeh 22.02.2021-ci il tarixli GNLMB-10458 nömrəli kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc cavabdehdən ümumi qaydada tutulsun. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa Cavabdeh qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3467/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3467/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver