Məhkəmə qərarları › İş №2(043)-3476/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3476/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3476/2020 20.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı«xxxx» KB ASC-in Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m üə y y ə n e t d i m : «xxxx» KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh«xxxx» KB ASC-in xeyrinə 1101,77 (bir min bir yüz bir manat 77 qəpik) manat əsas, 132,91 (bir yüz otuz iki manat 91 qəpik) manat faiz borcu və 30 manat rüsumun tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 127tkKPZ/15 nömrəli kredit xətti və bank hesabı müqaviləsinəəsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 30% olmaq şərtilə ilkin olaraq 800 manat məbləğində kredit limiti ayrılmışvəödəniş kartı təqdim olunmuşdur. Müqavilənin 8.3-cü bəndinəəsasən “Borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1(bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalana” qarşı kredit üzrəəsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günüüçün ödənilməli olan əsas borc məbləğinin illik 180%-dən 360%-dək miqdarında və kreditdın istifadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günüüçün ödənilməli olan kreditdən istifadəyə görə fazi məbləğinin illik 180%-dən 360%dək miqdarında cərimə tətbiq edir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə «xxxx» KB ASC-yə1101,77 (bir min bir yüz bir manat 77 qəpik) manat əsas, 132,91 (bir yüz otuz iki manat 91 qəpik) manat faiz borcu vardır.Cavabdeh müqaviləşərtlərinəəməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdehüzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. xx.xx.2015-ci il tarixli, 127tkKPZ/15 nömrəli müqavilədən görünür ki, cavabdehə 60 ay müddətinə, illik 30% olmaq şərtilə ilkin limiti 800 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2020-ci il tarixli BANK/PİKMD/908326 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh «xxxx» KB ASC-yə1101,77 (bir min bir yüz bir manat 77 qəpik) manat əsas, 132,91 (bir yüz otuz iki manat 91 qəpik) manat faiz borcu olmaqla, cəmi 1234,68 (bir min iki yüz otuz dörd manat 68 qəpik) manat borcu vardır. xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, «xxxx» KB ASC Cavabdeh plastik kart vermişdir. xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 284- 1-ci maddəsinəəsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinəəsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinəəsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinəəsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnaməçıxarılmalıdır. Cavabdehyazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinəəsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinəəsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinəəsasən, öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinəəsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1- ci maddəsinəəsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, kredit borcunu ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli xx.xx.2015-ci il tarixli, 127tkKPZ/15 nömrəli kredit xətti və bank hesabı müqaviləsi üzrə1101,77 (bir min bir yüz bir manat 77 qəpik) manat əsas, 132,91 (bir yüz otuz iki manat 91 qəpik) manat faiz olmaqla, cəmi 1234,68 (bir min iki yüz otuz dörd manat 68 qəpik) manat kredit borcuCavabdehalınaraq iddiaçı«xxxx» KB ASC-yəödənilməlidir. MPM-in 119.1-ci maddəsinəəsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 216-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 127tkKPZ/15 nömrəli kredit xətti və bank hesabı müqaviləsi üzrə1101,77 (bir min bir yüz bir manat 77 qəpik) manat əsas, 132,91 (bir yüz otuz iki manat 91 qəpik) manat faiz borcu olmaqla, cəmi 1234,68 (bir min iki yüz otuz dörd manat 68 qəpik) manat kredit borcu vəödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı«xxxx» KB ASC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində GəncəŞəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar