Məhkəmə qərarları › İş №2(043)-3494/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3494/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3494/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzi olaraq 2510 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş 2510 (iki min beş yüz on) manat məbləğində zərərin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək, izahatında göstərdi ki, iddiaçı 29.07.2021-ci il tarixdə təxminən saat 23-30 radələrində özünə məxsus olan VAZ- 21725 markalı ** DM *** qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhərində B.Qasımov küçəsi ilə düzünə hərəkət edən zaman yol ayrıcına daxil olduqda sol tərəfdən Ağamirzə Əhmədov küçəsindən hərəkətdə olan VAZ 21154 markalı ** DB *** qeydiyyat nömrə nişanlı avtomobil dayanma nişanının tələblərini pozaraq yol ayrıcına daxil olmuş bu zaman iddiaçının idarə etdiyi VAZ 21725 markalı ** DM *** qeydiyyat nömrə nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, yol hadisəsini törədən Cavabdeh olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin qabaq sol qanadı, qabaq sol qapı ,arxa sol qapı və arxa qanadı əzilərək iddiaçıya ziyan dəymişdir. 31.07.2021-ci il tarixdə Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” İstehsalat birliyi “Avtomotoservis və ticarət Gəncə Müəssisəsinin verdiyi qüsur aktı ilə məlum olur ki, iddiaçıya əxsus olan VAZ-21725 markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir etdirilməsi üçün 2510 (iki min beş yüz on) manat pul lazımdır. Bununla bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh məhəl qoymayaraq iddiaçıya dəymiş zərəri ödəməkdən yayınmışdır.Ona görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AD 686596 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ- 21725 markalı ** DM *** qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. 21.06.2021-ci il tarixli 7E-14811 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh 20BD623 qeydiyyat nişanlı VAZ21154 minik markalı avtomobili 21.09.2026-cı il tarixə qədər sürmək hüququ olmuşdur. 29.07.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 29.07.2021-ci il tarixdə saat 23:30-da Cavabdeh İXM-nin 327.1, 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 29.07.2021-ci tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh oğlu yol nəqliyat hadisəsinin törədilməsində təqsirli bilinərək İXM-in 327.6-ci maddəsi ilə 100 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” İstehsalat birliyi “Avtomotoservis və ticarət Gəncə Müəssisəsinin verdiyi qüsur aktından görünür ki, VAZ- 21725 markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə 2510 (iki min beş yüz on) manat ziyan vurulmuşdur. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının məxsus VAZ- 21725 markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra- MPM)14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh oğlundan vurulmuş maddi zərərin əvəzi olaraq 2510 (iki min beş yüz on) manat pul tutularaq İddiaçı verilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh oğlundan vurulmuş maddi zərərin əvəzi olaraq 2510 (iki min beş yüz on) manat pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir ) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar