Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3498/2021 27.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış 29.06.2019-cu il tarixli ödəmə müqaviləsinə əsasən 530 manat və 26.06.2019-cu il tarixdən indiyə kimi olan müddətdə 210 gün üçün hər günü 5 % olmaqla manatın, 29.06.2019-cu il tarixli ödəmə müqaviləsinə görə ödənilməmiş 640 manatın və 29.06.2019-cu ildən hal-hazıra kimi 200 günün hər gecikdirilmiş gün üçün 5 % olmaqla manatın, 02.07.2019-cu il tarixli ödəmə müqaviləsinə görə ödənilməmiş 240 manat və gecikdirilmiş 210 günə görə hər gecikdirilmiş gün üçün 5 % olmaqla manatın cəmi olaraq ödənilməmiş 1410 manatın və gecikdirilmiş günlər üçün 1471,05 manat pul cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin göstərişinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Qanunun mənasına görə işdə iştirak edən şəxslərin adları dedikdə, onları adı, ata adı və soyadının göstərilməsi nəzərdə tutulmuşdur ki, işdə iştirak edən şəxsin şəxsiyyətini dəqiq müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-cı maddəsində də qeyd olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Lakin, iddiaçı iddia tələbində cavabdeh “Cavabdeh”ndan onlar arasında bağlanılmış 29.06.2019-cu il tarixli “nisyə alqı-satqı” müqaviləsi üzrə yaranmış pul məbləğini tələb etsə də, iddia ərizəsinə əlavə edilmiş 29.06.2019-cu il tarixli müqaviləsində “alıcı” kimi “X1” qeyd edilmişdir. Bununla da müəyyən edilir ki, iddia ərizəsində iddiaçı tərəfindən cavabdehin soyadı düzgün göstərilməmişdir ki, bununla da iddiaçı iddia ərizəsinin məzmunu ilə bağlı qanunvericiliyin tələbinə əməl etməmişdir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələbinə görə iddiaçının cavabdehə qarşı olan tələbi dəqiq və aydın olmalıdır. İddiaçı iddia tələbində cavabdehdən aralarında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə gecikdirilmiş günlər üçün yaranmış faiz borclarını tələb etsə də, iddia ərizəsinin “xahiş edirəm” hissəsində hər bir müqavilə üzrə həmin faiz məbləğlərini dəqiq şəkildə göstərmədiyindən, onun tələbini müəyyənləşdirmək mümkün deyil. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3498/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3498/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver