Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(043)-3500/2021 24.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə şəhəri, Kəpəz rayonu, A.Məmmədov küçəsi ev 17 ünvanında yaşayan Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək Borclu 200 manat əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 220 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor ilə borclu arasında 03 iyul 2017-ci il tarixdə bağlanmış müqavilədə borclu ümumi qiyməti 1859 manat olan məişət avadanlığını almasını, əşyanın dəyərinin 359 manatını ödəməsini, qalan 1500 manat borcunu isə hər ay 100 manat olmaqla 15 ay müddətinə kreditora ödəyəcəyini etiraf etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Borclu 03 iyul 2017-ci il tarixli müqavilə üzrə 200 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında borcun etiraf edilməsinə dair müqavilə bağlanmış, borclu Kreditor MMC qarşısında 03 iyul 2017-ci il tarixli müqavilə üzrə 1500 manat borcu olduğunu etiraf etmişdir. Lakin, borclu müqavilə əsasında üzərinə götürdüyü pul öhdəliyini lazımınca yerinə yetirməmiş, həmin müqavilə üzrə 200 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, kreditor borcludan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi: 31.01.1958-ci ildə ünvan 2 ünvanında yaşayan Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 200 manat ödənilməmiş borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3500/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(043)-3500/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver