Məhkəmə qərarları › İş №2(043)-353/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-353/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-353/2021 07.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan «xxxx» MMC-nin xeyirinə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A10 markalı telefon üçün 156 manat ödənilməmiş məbləğ, 47 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A10 markalı telefon üçün 350 manat ödənilməmiş məbləğ, 84 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 1674 manat ödənilməmiş məbləğ, 256 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Dect Panasonıc markalı ev telefonu üçün 117 manat ödənilməmiş məbləğ, 34 manat cərimə olmaqla cəmi 2718 (iki min yeddi yüz on səkkiz) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə “xxxx” MMC arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, tarixlərində bağlanmış müqavilələrə əsasən, cavabdeh iddiaçından Samsung Galaxy A10 markalı telefon, Samsung Galaxy A10 markalı telefon, Samsung markalı soyuducu, 2 ədəd Dect Panasonıc markalı ev telefonu almış və nəticədə 2718 (iki min yeddi yüz on səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 368 manat olan Samsung Galaxy A10 markalı telefon üçün 156 manat ödənilməmiş məbləğ, 47 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 420 manat olan Samsung Galaxy A10 markalı telefon üçün 350 manat ödənilməmiş məbləğ, 84 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1710 manat olan Samsung markalı soyuducu üçün 1674 manat ödənilməmiş məbləğ, 256 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 140,4 manat olan 2 ədəd Dect Panasonıc markalı ev telefonu üçün 117 manat ödənilməmiş məbləğ, 34 manat cərimə borcu yaranmışdır. Cavabdeh oğluna məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2019-cu il tarixli, 00877307 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh 368 manat dəyərində Samsung Galaxy A10 markalı telefonu alaraq 12 ay ərzində hər ay 26 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 01062836 nömrəli müqavilə və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh 420 manat dəyərində Samsung Galaxy A10 markalı telefonu alaraq 12 ay ərzində hər ay 35 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 01076025 nömrəli müqavilə və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh 1710 manat dəyərində Samsung markalı soyuducunu alaraq 18 ay ərzində hər ay 95 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 01136998 nömrəli müqavilə və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh 140,4 manat dəyərində 2 ədəd Dect Panasonıc markalı ev telefonu alaraq 6 ay ərzində hər ay 23,4 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 156 manat ödənilməmiş məbləğ 47 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 350 manat ödənilməmiş məbləğ 84 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1674 ödənilməmiş məbləğ 256 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 117 manat ödənilməmiş məbləğ 34 manat cərimə olmaqla ümumilikdə 2718 (iki min yeddi yüz on səkkiz) manat borcu qalmışdır; xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, 01062836 nömrəli müqavilə üzrə tutulmalı olan 84 manat cərimə məbləği azaldılaraq 10 manat; xx.xx.2019-cu il tarixli, 01076025 nömrəli müqavilə üzrə tutulmalı olan 256 manat cərimə məbləği azaldılaraq 56 manat həddində müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli 00877307 nömrəli müqavilə üzrə 156 manat ödənilməmiş məbləğ, 47 manat cərimə, xx.xx.2019-cu il tarixli 01062836 nömrəli müqavilə üzrə 350 manat ödənilməmiş məbləğ, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli 01076025 nömrəli müqavilə üzrə 1674 manat ödənilməmiş məbləğ, 56 manat cərimə, xx.xx.2019-cu il tarixli 01136998 nömrəli müqavilə üzrə 117 manat ödənilməmiş məbləğ, 34 manat cərimə olmaqla ümumilikdə 2444 (iki min dörd yüz qırx dörd) manat pul cavabdehdən tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli 00877307 nömrəli müqavilə üzrə 156 manat ödənilməmiş məbləğ 47 manat cərimə, xx.xx.2019-cu il tarixli 01062836 nömrəli müqavilə üzrə 350 manat ödənilməmiş məbləğ 10 manat cərimə, xx.xx.2019-cu il tarixli 01076025 nömrəli müqavilə üzrə 1674 manat ödənilməmiş məbləğ 56 manat cərimə, xx.xx.2019-cu il tarixli 01136998 nömrəli müqavilə üzrə 117 manat ödənilməmiş məbləğ 34 manat cərimə olmaqla, ümumilikdə 2444 (iki min dörd yüz qırx dörd) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar