Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3546/2020 01.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun əmək haqqı kartından Z-GTKR1482328A137 saylı kredit müqaviləsi və BRED1482331A137 saylı kredit müqaviləsi üzrə tutulan 9500 manat pulun və bundan sonra ödəniləcək 13500 manat kredit borcunun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o hərbiçidir, hazırda N saylı hərbi hissədə xidmət edir. Cavabdeh da hərbiçidir. Cavabdeh ilə birlikdə xidmətdə olublar. xx.xx.2019-cu il tarixdə cavabdeh onun yanına gələrək atası xəstə olduğu üçün əməliyyat olunmasına görə təcili pul lazım olduğunu bildirmiş və xxxxdan kredit götürmək istədiyini və ona zamin durmasını xahiş etmişdir. Cavabdehin atasının vacib əməliyyat olunması üçün ona zamin durmuş və cavabdeh Kapitalbankdan ümumilikdə 15400 manat kredit götürmüşdür. Cavabdeh bir müddət keçdikdən sonra Gəncə şəhərinə təyin olunduğundan, onun əməkhaqqı kartı dəyişərək, Beynəlxalq bankdan əmək haqqı almağa başlamışdır. Lakin, özü hazırda əmək haqqını Kapitalbankdan alır. Bundan sonra, yəni 2020-ci ilin yanvar ayından cavabdeh krediti ödəməmişdir. O, əmək haqqını Kapitalbankdan aldığı üçün bank avtomatik olaraq cavabdehin kredit borcunu onun əmək haqqı kartından tutmağa başlamışdır. Dəfələrlə cavabdehin ünvanına getməsinə baxmayaraq, cavabdeh kredit borcunu ödəmir. Hal-hazırda kimi onun əmək haqqı kartından ümumilikdə 9500 manatdan çox kredit borcu ödənilmiş və mütamadi olaraq bundan sonra da onun əmək haqqından cavabdehin kredit borcuna görə hər ay tutulmalar aparılır. O, hərbçi olmasına baxmayaraq, elə ay olur ki, əmək haqqı kartından bir manat belə ala bilmir. Həyat yoldaşı xəstədir. Cavabdeh vaxtında və ümumiyyətlə kredit borcunu ödəmədiyi üçün bütün əmək haqqı onun kredit borcuna çıxılır. Onun hesablamalarına görə 48 ay müddətinə onun yerinə kredit ödəyəsi olsa 25000 manatdan artıq kredit ödəyəcəkdir. Odur ki, onun indiyə kimi ödədiyi krediti, yəni 9500 manat borcun və bundan sonra tutulacaq kredit borcunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, «xxxx» ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli, Z-GTKR1482328A137 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR1482328A137 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, «xxxx» ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli, Z-BRED1482331A137 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin «xxxx» ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, BRED1482331A137 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İş materiallarına əlavə olunmuş “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışlardan görünür ki, İddiaçı kart hesabından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Z-BRED1482331A137 nömrəli və Z-GTKR1482328A137 nömrəli zaminlik müqavilələri üzrə xx.xx.2020-ci il tarixdə 539,36 manat, xx.xx.2020-ci il tarixdə 235,47 manat, xx.xx.2020-ci il tarixdə 0,07 manat, xx.xx.2020-ci il tarixdə 426,80 manat, xx.xx.2020-ci il tarixdə 61,43 manat, xx.xx.2020-ci il tarixdə 232,53 manat, xx.xx.2020-ci il tarixdə 0,04 manat, xx.xx.2020-ci il tarixdə 275 manat, xx.xx.2020-ci il tarixdə 197,58 manat, xx.xx.2020-ci il tarixdə 461,38 manat, xx.xx.2020-ci il tarixdə 122,94 manat, xx.xx.2020-ci il tarixdə 0,89 manat, xx.xx.2020-ci il tarixdə 460,59 manat, xx.xx.2020-ci il tarixdə 0,45 manat, xx.xx.2020-ci il tarixdə 461,25 manat, xx.xx.2020-ci il tarixdə 92,93 manat, xx.xx.2020-ci il tarixdə 461,47 manat və xx.xx.2020-ci il tarixdə 55,42 manat olmaqla, ümumilikdə 4085,60 manat pul tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, “xxxx” ASC ilə Cavabdeh arasında kredit müqavilələri bağlanmış, İddiaçı isə həmin kredit müqavilələri üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bankla zaminlik müqavilələri bağlamışdır. Borclu (cavabdeh) Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyini icra etmədiyinə görə, Bank zamin İddiaçı bank hesabından zaminlik müqavilələri üzrə ümumilikdə 4085,60 manat məbləğində pul tutmuşdur. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qeyd olunan pul məbləğini tələb etməkdə haqlıdır. İddiaçı tələbində cavabdehin kredit müqavilələri üzrə bank tərəfindən onun hesabından 9500 manat məbləğində pul vəsaitinin tutulmasını qeyd etsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 4085,60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia tələbinin “bundan sonra ödəniləcək 13500 manat kredit borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsinin tələbinə görə, zamin öhdəliyi icra etmiş olduğu halda, kreditorun borcluya qarşı tələb hüququ öhdəliyi icra etdiyi həcmdə zaminə keçir. Yəni, zamin öhdəliyi icra etməmişdirsə, kreditorun borcluya qarşı tələb hüququ ona keçmir. Başqa sözlə, zamin tərəfindən hələ icra edilməmiş, lakin gələcəkdə icra edilməsi nəzərdə tutulan öhdəliklə bağlı zaminin borcluya qarşı tələb irəli sürməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının gələcəkdə ödəniləcək 13500 manat kredit borcunun cavabdehdən tutulmasına dair tələbi əsassızdır. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4085,60 (dörd min səksən beş manat altmış qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3546/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3546/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver