Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-355/2020 06.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 480 (dörd yüz səksən) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin sonlarında Cavabdeh 2500 manat dəyərində ət məhsulunu vermişdir. Cavabdeh həmin pulun 2020 manatını geri qaytarmışdır. Lakin, qalan 480 manatını ödəməkdən boyun qaçırır. Pulu verdiyi vaxdan xeyli vaxt keçsə də cavabdeh indiyə kimi pulu geri qaytarmaqla bağlı bir söz deməmişdir. Cavabdeh həmin pulu ödməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Dəfələrlə pulunu isdəsə də aldığı pulu geri qaytarmaqda heç bir tərəddüd etməmişdir. Onun borcunu qaytaramayaraq cavabdeh öz üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Cavabdeh aralarındakı razılaşmanı könüllü şəkildə icra etmədiyi baxımından ona cavabdehə verdiyi pulun alınıb ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayonu Polis İdarəsi tərəfindən İddiaçı ərizəsi əsasında toplanmış materialdan görünür ki, Cavabdeh verdiyi izahatda iddiaçıya 382 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının izahatını və təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 2500 manat dəyərində nisyə mal almış, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməmiş, aldığı malın dəyərinin bir qismini ödəməməklə, iddiaçı qarşısında olan öhdəliyini nəzərdə tutulan vaxtda və qaydada icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdeh Gəncə şəhəri Nizami rayonu Polis İdarəsinə verdiyi izahatda iddiaçıya 382 manat borcu olduğunu bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddianı sübut etmək vəzifəsi, iddiaçının üzərinə düşdüyündən, iddiaçının iddia etdiyi məbləği yəni 480 manat borcu tam sübut edə bilmədiyini və cavabdehin polis idarəsinə verdiyi izahatda iddiaçıya olan borcunu qismən etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən 382 alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 91.3-cü maddəsinin tələbin görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh nisyə alınmış malın dəyəri qismində 382 (üç yüz səksən iki) manat pul və məhkəmə xərci qismində ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cəmi 402 (dörd yüz iki) manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x3 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-355/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-355/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver