Məhkəmə qərarları › İş №2(043)-3550/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3550/2021

30.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3550/2021 30.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin an qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın 12 dekabr 1981-ci il tarixli, 2K-149 nömrəli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Belə ki, o ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 05 iyul 2021-ci il tarixdə ərizə ilə DƏDRXnin Gəncə Ərazi idarəsinə müraciət etmişdir və onun ərizəsinə baxılmışdır. Sifarişli məktubla ona göndərilən 22 iyul 2021-ci il tarixli bildirişdə göstərilir ki, ərazidə mübahisə olduğu üçün əmlaka müayinə baxışına şərait yaradılmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh qonşusu Cavabdeh onu öz evinə girib-çıxmağa qoymur, hər vasitə ilə maneçilik törədir, bu yerlərin ona məxsus olduğunu bildirir. Ona deyir ki, gətirib onun qapısının ağzında özünə əl damı tikəcədir. DƏDRX-nin 3 saylı Gəncə Ərazi idarəsinin əməkdaşlarına əmlaka müayinə baxışı keçirməyə maneçilik törədir. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik və tələbin dəqiq olmaması mövcuddur. İddiaçı ərizədə maneənin nədən ibarət olması, kimin tərəfindən hansı hərəkətlərlə edilməsi və edilən hansı maneənin aradan qaldırılmasını dəqiq göstərməməklə qeyri-müəyyən xahiş etmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizəsi müəyyən olunmuş forma və məzmununa riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3.-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçının diqqətinə çatdırılır ki, iddia tələbinin dəqiq əsaslandırmaqla və nəyi xahiş etməsini dəqiq göstərməklə, yenidən məhkəməyə müraciət edəbilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdim: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar