Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3558/2021 30.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul və qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul və qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində cavabdeh olaraq Cavabdeh, poçt ünvanı olaraq ünvan 1ü blan) göstərilmişdir ki, cavabdehin harada daimi olaraq yaşaması, qeydiyyatda olması barədə hər hansı bir sübut əlavə edilməmişdir. Bununla da cavabdehin poçt ünvanı dəqiq göstərilmədiyindən müəyyən etmək və həmin şəxsə məhkəmə sənədinin çatdırılması mümkün deyildir. Bununla da müəyyən olunur ki, iddia ərizənin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Həmçinin, iddiaçılar iddia ərizəsinin “xahiş etdi” hissəsində Cavabdeh 1450 manat borc pulun və 6850 manat dəyərində qızıl əşyalarının özünün və ya dəyərini alınıb İddiaçı1 və İddiaçı2 verilməsini xahiş etməklə bir cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişlər. Belə ki, iddia ərizəsində cavabdehə 1450 manat borc pul İddiaçı1 tərəfindən verildiyi göstərilmişdir. Bundan əlavə iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində bir qədər qeyrimüəyyənlik və tələbin dəqiq olmaması mövcuddur. Belə ki, iddia ərizəsində cavabdehdən alınıb onlara verilməli olan əmlakların hər birinin fərdi xüsusiyyətini (formasını), qiymətini və tələbini əsaslandırdığı halları və cavabdehə yönələn tələb dəqiq göstərilməmiş, nəticədə tələbdə qeyri-müəyyənlik yaranmışdır. Həmçinin tələb edilən əmlakların dəyəri barədə sübutu iddia ərizəsinə əlavə etməmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3.-ci maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul və qızıl-zinyət əşyları” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlik geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3558/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3558/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver