Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3572/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Sadıqov Rı̇ zvan Müslüm oğlunun, Abdullayev Nı̇ zami Kamal oğlunun və İbrahı̇ mov Elşad Fı̇ rudı̇ n oğlunun iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas məbləğ üzrə 14157,13 manat, faiz borcu üzrə 1873,29 manat, cərimə borcu üzrə 254,70 manat, gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 2165,03 manat olmaqla, ümumilikdə 18450,15 kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin arasında xx xxxxxx 2014-cü il tarixində kredit verilməsi haqqında № 1014-MB/1357 saylı müqavilə bağlanmış və həmin Müqaviləyə əsasən Bank tərəfindən Cavabdehə illik 28 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli № 1014- ZM 1357.1 saylı, Cavabdeh2 ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli № 1014-ZM/1357.2 saylı, Cavabdeh3 ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli № 1014-ZM /1357.3 Cavabdeh4 ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdürlər.Lakin, borcalan öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində borcalanın Banka 14157.13 manat məbləğində əsas borc, 1873.29 manat məbləğində faiz borcu, 254.70 manat məbləğində cərimə borcu, 2165.03 manat gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi, ümumilikdə isə 18450.15 məbləğində borcu qalmışdır.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Borcluya və Zaminə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.Eyni zamanda, Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verələk, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasındacavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 hər biri ayrıayrılıqda iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan borcverən İddiaçı ASC ilə borcalan X2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 1014-MB/1357 saylı bank hesabı və kredit müqaviləsindən görünür ki, borcverən tərəfindən borcalana 36 ay müddətinə illik 28 % faiz hesablanmaqla 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Firuddin oğlu arasında xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən zaminlər İddiaçı ASC ilə borcalan X2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 1014-MB/1357 saylı bank hesabı və kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddia ərizəsinin məzmunundan və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, borcalan X2 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə borcalan X2 arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasının təmini üsulu kimi iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2015-ci il tarixdə borclu Natiq Süleymanov ölmüşdür. Borclunun Bank qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Hazırda isə iddiaçı zaminlik müqaviləri üzrə zamin olan cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan borclu mərhum Natiq Süleymanovun kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcunu, faiz borcunu və cərimə borcunun ödənilməsini tələb edir. Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, bank zaminlərə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2017-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədikdə, zaminlərin öhdəliklərinə xitam verilmiş hesab edilir. Odur ki, cavabdehlərin zaminlik müqavilələrindən irəli gələn öhdəliklərinə müddətin keçməsinə görə xitam verildiyindən, onlara qarşı həmin müqavilələrə istinad olunaraq irəli sürülmüş iddia də tələbi təmin edilə bilməz. Bundan başqa, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 hər biri ayrıayrılıqda məhkəməyə ərizə təqdim edərək, iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə hesab edir ki, iddia həm də ona görə rədd edilməlidir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür və mübahisə tərəfi olan cavabdehlər isə iddia müddətinin tətbiq edilməsi barədə ərizələrini məhkəməyə təqdim etmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3572/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3572/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver