Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-358/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat pulun və banka ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. İki az yaşlı uşaqları həmin qətnamə əsasında onun himayəsinə verilmişdir. Böyük oğlu xx xxx 2008-ci il təvəllüdlü X3 xəstəliyə görə pensiya alır. Nikah dövründə həmin pensiyanın alınması üçün bank kartı keçmiş həyat yoldaşının adına verilmişdir. Dekabrın 5-dən fevral ayına kimi hər ay həmin pulu o özü almışdır. Fevral ayında artıq həmin pensiyanın həkim nəzarətindən keçmə vaxtı olduğu üçün oğlu müayinədən keçdikdən sonra pensiyanın yenidən verilməsi qərara alındı. Həmin ərəfədə karantin rejimi olduğuna görə sənədin işlənilməsi gecikdi. Ona görə də mart, aprel, may, iyun aylarının pulu yığılaraq iyun ayının sonunda alacaqları bildirildi. Həmin vaxt isə pulu alarkən kartın bloklandığı ona məlum olmuşdur. Cavabdeh kartı bağlatdırmış, pulu isə mənimsəmişdir. O cavabdehə müraciət edərək həmin pulu geri qaytarmasını xahiş etsə də, cavabdeh həmin pulu borclarına verdiyini bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, pulu hələ də qaytarmayıb. Rəvanı Bakı şəhərində yerləşən Oksigen xəstəxanasında müalicə etdirir və uşaq tez-tez masaj edilməli, üzgüçülük ilə məşğul olmalıdır. Bunların hamısı pul tələb etdiyinə görə o maddi çətinlikdən həmin ərəfədə onun bu kimi tələblərini yerinə yetirə bilməmişdir. Onun uşağına dövlət tərəfindən verilən müalicə pulu mənimsənilib və geri qaytarılmayıb. Mart, aprel, may, iyun aylarının pullarını hər ay 200 manat olmaqla, cəmi 800 manat pulu cavabdeh mənimsəmişdir. Odur ki, Kərimov Rəvanın onun himayəsində olmasını nəzərə alaraq 4 ay üçün cəmi 800 manat pulun alınmasını və dövlət tərəfindən uşağa verilən pulu keçmiş həyat yoldaşı tərəfindən mənimsənilməsinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, xx xxx 2020-ci il tarixədək kart onda olmuş və sonuncu dəfə həmin tarixdə kartdan 100 manat pul çəkmişdir. Bundan sonra isə kart cavabdehdə olmuş və kartdan xəbəri olmamışdır. Daha sonra isə kartı öz adına dəyişdirtmişdir. Bu müddət ərzində cavabdeh kartdan istifadə etmiş və pulları öz məqsədləri üçün götürmüşdür. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, xx xxx 2008-ci il təvəllüdlü uşaqları X1 xəstəliyi ilə əlaqədar olaraq dövlət tərəfindən müavinət ödənilir. Həmin kart hesabı valideyn kimi onun adına açılmışdır. Nikahları pozulduqdan sonra o, iddiaçıya kartı öz adına dəyişdirtdirməsi barədə xəbərdarlıq etmiş, bildirmişdir ki, onun banka olan borcunu bank həmin kartdan silə bilər. Buna baxmayaraq iddiaçı vaxtında bu addımı atmamışdır. Banka olan borcu isə nikah dövründə xxxxdan aldıqları “Birkart” kredit kartı ilə bağlı olmuşdur. Həmin kartdan çıxardıqları vəsaiti isə ailənin ümumi ehtiyacları üçün sərf etmişlər. İddiaçı ilə ayrıldıqdan sonra o, kartdan heç vaxt pul çıxarmayıb. Ümumilikdə 629 manat pul kartdan avtomatik olaraq kredit borcuna görə silinmişdir. Həmin borc onun iddiaçı ilə ümumi borcu olduğundan kartdan silinmiş pulun iddiaçıya qaytarılması barədə tələbi əsassız hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-2481/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri Kəpəz Rayonu Qeydiyyat Şöbəsində 2007-ci ilin aprel ayının 12-ci günündə akt qeydləri kitabında 325 nömrə ilə qeydə alınmış nikahın pozulması və nikah pozulduqdan sonra xx xxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2010-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları qət edilmişdir. İş materiallarında olan Cavabdeh adına açılmış ******************** saylı hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə karta 300 manat pul köçmüş və xx.xx.2020-ci il tarixdə kartdan 300,83 manat pul kredit borcuna görə çıxılmışdır. xx.xx.2020-ci il tarixdə isə karta 329,03 manat pul köçmüş və xx.xx.2020-ci il tarixdə 226,22 manat, xx.xx.2020-ci il tarixdə isə 102,81 manat pul kartdan kredit borcuna görə çıxılmışdır. İddiaçının və cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, ******************** saylı hesab Cavabdeh adına açılsa da həmin hesaba köçürülən məbləğ onların nikahından doğulmuş X1 ödənilən müavinətdir. İddiaçı bildirir ki, sonuncu dəfə kartdan bankomat vasitəsilə xx.xx.2020-ci il tarixdə 100 manat pul çıxarmışdır. Bundan sonra kartdan xərclənən məbləğlər isə cavabdeh tərəfindən çıxarılmışdır. Lakin təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən sonra karta iki dəfəyə ümumilikdə 629,03 manat pul köçürülmüş və həmin məbləğ avtomatlaşdırılmış qaydada kredit borcuna silinmişdir. Həmin kredit borcu isə tərəflərin nikahda olduqları dövrdə alınmış “xxxx” ASCyə məxsus kredit kartına görə yaranmışdır. İddia tələbinin hüquqi əsası kimi əsassız varlanmaya dair normalar çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd olunan normalar baxımından əsassız varlanmanın iki forması fərqləndirilir: əmlakın artması formasında əsassız varlanma və əmlakın azalmasının qarşısının alınması (xərclərə qənaət) formasında əsassız varlanma. Tədqiq edilmiş materiallarla kartdakı pul vəsaitinin nağdlaşdırılmadığı və başqa hesaba köçürülmədiyi, bank tərəfindən kredit borcuna çıxıldığı müəyyən edildiyindən əmlakın artması şəklində əsassız varlanma istisna olunur. Cavabdehin öz şəxsi borcuna görə kartdan pul vəsaiti tutulmuş olsa idi xərclərə qənaət formasında əsassız varlanma əmələ gələcəkdi. Lakin həmin kredit borcunun tərəflərin birgə təsərrüfat apardıqları dövrdə yarandığı müəyyən edildiyindən cavabdehin xərclərə qənaət formasında əsassız varlanması qənətinə gəlmək də mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-358/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-358/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver