Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3585/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə Hoffmann paltaryuyan, soyuducu, soba, plitə, aspirator üçün 1056 manat ödənilməmiş məbləğ, 185 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Gorenje tozsoran, Beurer masajor üçün 100 manat ödənilməmiş məbləğ, 30 manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqavilə üzrə 3 ədəd Hoffmann Siac markalı kondisioner üçün 2290 ödənilməmiş hissə, 277 manat dəbbə pulu olmaqla cəmi 3938 (üç min doqquz yüz otuz səkkiz) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə verərək işə iştirakları olmadan baxılmasını və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərində müqavilə bağlanaraq cavabdeh iddiaçıdan hər ay hissə-hissə ödəmək şərti ilə Hoffmann markalı paltaryuyan, soyuducu, soba, plitə, aspirator, Gorenje tozsoran, Beurer masajor, 3 ədəd Hoffmann Siac markalı kondisioner almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2139 manat olan Hoffmann markalı paltaryuyan, soyuducu, soba, plitə, aspirator üçün 1056 manat ödənilməmiş məbləğ, 185 manat dəbbə pulu, xx.xx.2019 -cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 246 manat olan Gorenje tozsoran, Beurer masajor üçün 100 manat ödənilməmiş məbləğ 30 manat dəbbə pulu, xx.xx.2019- cu il tarixli müqavilə üzrə alqısatqı qiyməti 3180 manat olan 3 ədəd Hoffmann Siac markalı kondisioner üçün 2290 manat ödənilməmiş məbləğ, 277 manat dəbbə pulu olmaqla ümumilikdə 3938 manat borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2019-cu il tarixli, 00463402 nömrəli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan 2139 manat dəyərində Hoffmann paltaryuyan, soyuducu, soba, plitə, aspirator almışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 24 ay müddətində hər ay 88 manat olmaqla ödəniş cədvəli üzrə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019 -cu il tarixli, 00736794 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC -dən 246 manat dəyərində Gorenje maokalı tozsoran, Beurer markalı masajor almışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay müddətinə hər ay 20 manat olmaqla ödəniş cədvəli üzrə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 00736779 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC-dən 3180 manat dəyərində 3 ədəd Hoffmann Siac markalı kondisioner almışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 24 ay müddətində hər ay 132 manat olmaqla ödəniş cədvəli üzrə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1056 manat ödənilməmiş məbləğ 185 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat ödənilməmiş məbləğ 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2290 manat ödənilməmiş məbləğ 277 manat dəbbə pulu olmaqla, ümumilikdə 3938,00 (üç min doqquz yüz otuz səkkiz) manat borcu qalmışdır; xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməs barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, «xxxx» MMC ilə Cavabdeh arasında məişət əşyalarının nisyə satışına dair xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə müqavilələr bağlanaraq, iddiaçı tərəfindən cavabdehə məişət əşyaları satılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş. cavabdeh müqavilələrin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəmə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, 00463402 nömrəli müqavilə üzrə tutulmalı olan 185 manat cərimə məbləği azaldılaraq 10 manat; xx.xx.2019 -cu il tarixli, 00736794 nömrəli müqavilə üzrə tutulmalı olan 30 manat cərimə məbləği azaldılaraq 5 manat; xx.xx.2019-cu il tarixli, 00736779 nömrəli müqavilə üzrə tutulmalı olan 277 manat cərimə məbləği azaldılaraq 10 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli 00463402 nömrəli müqavilə üzrə 1056 manat ödənilməmiş məbləğ, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli 00736794 nömrəli müqavilə üzrə 100 manat ödənilməmiş məbləğ, 5 manat cərimə, xx.xx.2019-cu il tarixli 00736779 nömrəli müqavilə üzrə 2290 manat ödənilməmiş məbləğ, 10 manat cərimə olmaqla ümumilikdə 3471,00 (üç min dörd yüz yetmiş bir) manat pul cavabdehdən tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00463402 nömrəli müqavilə üzrə 1056 manat ödənilməmiş məbləğ, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00736794 nömrəli müqavilə üzrə 100 manat ödənilməmiş məbləğ, 5 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli, 00736779 nömrəli müqavilə üzrə 2290 manat ödənilməmiş məbləğ 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 3471,00 (üç min dörd yüz yetmiş bir) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3585/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3585/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver