Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3587/2020 30.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı “xxxxxxxxxxx”MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İMEi kodu **********51944 Samsung Galaxy A30 markalı telefon üçün 430 manat ödənilməmiş hissə, 43 manat cərimə cəmi 473 manat, HOFFMAN markalı mikrodalğalı soba üçün 255 manat ödənilməmiş hissə, 13 manat cərimə olmaqla, cəmi 268 manat borc, ümumilikdə 741 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********51944 “Samsung Galaxy A30” markalı telefon və “HOFFMANN” markalı mikrodalğalı soba almış və nəticədə 741 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 554 manat (12 ay x 43 manat + 38 manat ilkin ödəniş) olan İMEİ kodu **********51944 “Samsung Galaxy A30” üçün 473 manat olmaqla ondan 430 manat ödənilməmiş hissə, 43 manat cərimə borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 270 manat (18 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı mikrodalğalı soba üçün 268 manat olmaqla ondan, 255 manat ödənilməmiş hissə,13 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 139 manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki,iş materiallarına əlavə edilmiş: “xxxxxxxxxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrdən görünür ki, “xxxxxxxxxxx” MMC alıcıya dəyəri 554 manat olan İMEİ kodu **********51944 “Samsung Galaxy A30” markalı telefon və 270 manat olan “HOFFMANN” markalı mikrodalğalı sobanındəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ kodu **********51944 “Samsung Galaxy A30” üçün hər ay 43 manat, “HOFFMANN” markalı mikrodalğalı soba üçün hər ay 15 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli “xxxxxxxxxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC-dən İMEİ kodu **********51944 “Samsung Galaxy A30” üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 554 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 430 manat borcunu ödəmədiyindən, həmin məbləğə 43 manat cərimə hesablanmış, xx.xx.2019-cuil tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC-dən “HOFFMANN” markalı mikrodalğalı soba üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 270 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 255 manat borcunu ödəmədiyindən, həmin məbləğə 13 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxxxxxxxxx” MMC-nin xeyrinə Cavabdeh İMEİ kodu **********51944 “Samsung Galaxy A30” üçün 430 manat ödənilməmiş hissə, 43 manat cərimə, cəmi 473 manat, “HOFFMANN” markalı mikrodalğalı soba üçün 255 ödənilməmiş hissə, 13 manat cərimə olmaqla, ümumilikdə 741 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə 685 manat ödənilməmiş hissə, 56 manat cərimə olmaqla, ümumilikdə 741 manat borc pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 771 (yeddi yüz yetmiş bir) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3587/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3587/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver