Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3594/2020 29.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə əlavə qətnamə çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli, 800805-847854/1 nömrəli müqavilə üzrə 1274,62 manat əsas borc , 117,32 manat faiz borcu olmaqla, cəmi 1391,94 (bir min üç yüz doxsan bir manat 94 qəpik) manat kredit borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyirlərinə ödənilməsi, tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi gorov qoyulmuş və Cavabdeh məxsus olan 583 əyyarlı, 19.1 qram çəkidə 3 ədəd qızıl-zinət əşyaları (boyunbağı 2 ədəd, üzük 1 ədəd) və 750 əyyarlı, 16,6 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (sırğa 1 cüt, kulon 1 ədəd) yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-3594/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə verərək qətnamədə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması göstərilmədiyindən xx.xx.2020-ci il tarixli, 2(043)-3594/2020 saylı qətnamədə düzəliş edilərək “qət etdi” hissəsində ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, hazırki iş üzrə çıxarılmış qətnamədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi təmin edilməsinə baxmayaraq, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qətnamənin qət etdi hissəsində qeyd olunmamışdır. Tərəflərə qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin çıxarılması məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü əlavə qətnamə çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalı, iddia ərizəsi verilərəkən İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh alınaraq İddiaçı ASC-in xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh iddia ərizəsi verilərəkən İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyirinə ödənilsin. Əlavə qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3594/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(043)-3594/2020
29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver