Məhkəmə qərarları › İş №2(043)-3611/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3611/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3611/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın ləğv olunması” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın ləğv olunması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Quşqara kəndində yerləşən, İddiaçı2 mülkiyyətində olmuş 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh1 ilə Cavabdeh2 arasında Göygöl rayon Notariat Kontorunda xx.xx.2011-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin və 0.08 ha torpaq sahəsinə dair İddiaçı2 adından Cavabdeh1 ilə Cavabdeh2 arasında Göygöl rayon Notariat Kontorunda xx.xx.2011-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin müqavilələrə əsasən 1.10 ha və 0.08 ha torpaq sahələrinə mülkiyyət hüququna dair Cavabdeh2 qızma verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar və cavabdehər məhkəmə iclasına gəlməmişlər. İddiaçılar işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı1 məhkəməyə teleqram vuraraq sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın ləğv olunması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar