Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3614/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqavilə üzrə pulun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqavilə üzrə pulun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli GNOC-476 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 3972,09 (üç min doqquz yüz yetmiş iki manat, doqquz qəpik), faiz borcuna görə 283,7 (iki yüz səksən üç manat yetmiş qəpik) manat, cəmi 4255,79 (dörd min iki yüz əlli beş manat yetmiş doqquz qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına; Tələblərin xx.xx.2019-cu il tarixli GNOC-476 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Gəncə” filialı ilə cavabdeh - Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli GNOC- 476 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi, Sep- 2 ədəd, çəkisi- 41,7 qr., əyarı- 583; Braslet-yolka- 1 ədəd, çəkisi- 21,7 qr., əyarı- 583; Sırqa-üzük-dəst- 1 ədəd, çəkisi- 17,1 qr., əyarı- 583; Üzük- 1 ədəd; çəkisi- 4,9 qr., əyarı- 583; Üzük- 1 ədəd; çəkisi (xalis) - 2,7 qr., əyarı- 583; Cəmi: 88,1 qr. Həmin qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2019-cu il tarixli GNOC-476 saylı kredit müqaviləsi üzrə cəmi 4255,79 (dörd min iki yüz əlli beş manat yetmiş doqquz qəpik) manat borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqavilə üzrə pulun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3614/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3614/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver