Məhkəmə qərarları › İş №2(043)-3615/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3615/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3615/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqavilə üzrə pulun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqavilə üzrə pulun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli GNLMB-9036 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 548,44 (beş yüz qırx səkkiz manat qırx dörd qəpik) manat, faiz borcuna görə 60,41 (altmış manat, qırx bir qəpik) manat, cəmi 608,85 (altı səkkiz manat səksən beş qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına, tələblərin xx.xx.2020-ci il tarixli GNLMB- 9036 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASCnin “Gəncə” filialı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2020-ci il tarixli GNLMB-9036 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızılzinət - əşyalarına yönəldilməsi, sep- 1 ədəd, çəkisi- 4,3 qr., əyarı- 585; Klon- 4 ədəd, çəkisi- 7,3 qr., əyarı- 585; Sırqa- 1 ədəd, çəkisi- 2 qr., əyarı- 585; Üzük- 3 ədəd, çəkisi- 6 qr., əyarı- 583; Üzük- 2 ədəd, çəkisi - 8 qr, əyarı – 583, cəmi: 27,6 qr qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2020-ci il aırixli GNLMB-9036 saylı kredit müqaviləsi üzrə cəmi 608,85 (altı yüz səkkiz manat səksən beş qəpik) manat borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqavilə üzrə pulun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar