Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-363/2020 15.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1426 (min dörd yüz iyirmi altı) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh ilə çörək sexində birgə işləmişlər, Cavabdeh ona təklif etmiş ki, obyekt var şərik olaraq iş qurmaq üçün həmin obyekti icarəyə götürüb çörək bişirib satsınlar. O, Cavabdeh təkifı ilə razılaşmış, iş qurmaq üçün 27 iyul 2019- cu il tarixdən müxtəlif vaxtlarda 1876 manat borc vermişdir. Həmin puldan 300 manatını xəmir qatmaq üçün avadanlıq almaq üçün almış, lakin aparıb verməmişdir, soruşduqda “pulu neynəmisən” cavabdeh ona bildirmiş ki, “mağazaya borcu var idi, onu aparıb verib.” Daha sonra o, 450 manat tanışlarından alıb xəmir qatmaq üçün avadanlıq və sonra 200 manat çörək bişirmək üçün soba alıb obyektə Azərə təhvil vermişdir. 1126 manatı isə hissə-hissə müxtəlif vaxtlarda un almaq adı ilə cavabdeh ondan borc almışdır. O, isə hər dəfə ondan pulları neynədiyini soruşduqda hər dəfə ona bildirmiş ki, “oturub hesablaşarıq, işləri hələki qaydasına sala bilməmişəm”. O, hesablaşmaq üçün yanına getdikdə məlum olmuşdur ki, cavabdeh pulları öz ehtiyacı üçün xərcləmişdir. Ona görə də o, cavabdehdən pulunu tələb etmişdir. Cavabdeh öz xətt ilə 1876 manat borcu olması barədə ona qəbz yazaraq imzalamış və bildirmişdir ki, pulunu 10 gün ərzində verəcəkdir. Vaxt bitdikdən sonra o, pulu yenidən ondan tələb etdikdə xəmir qatmaq üçün avadanlığı ona təqdim edərək bildirmiş ki, “apar sat, pulunu götür”. Həmin avadanlığı 450 manata satıb pulunu götürmüşdür. Hal-hazırda Cavabdeh ona 1426 manat borcu vardır. Dəfələrlə 1426 manat pulunu istəsə də hər dəfə pulu verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, o, çörək bişirmə sexində iş qurmaq üçün iddiaçıdan hissə-hissə 1876 manat borc almışdır. İddiaçı çörək bişirmək üçün alınan avadanlığı sataraq onun borcundan çıxmışdır.Hazırda onun iddiaçıya 1426 manat borcu vardır. Borcunu ödəməyə etiraz etmir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: qəbzdən göünür ki, Cavabdeh İddiaçı 1876 manat borc almışdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmaqla, Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 4-cü döngə, ev 7-də qeydiyyatdadır Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında olan razılaşmaya görə iddiaçı cavabdehə müxtəlif vaxtlarda 1876 manat borc vermiş, cavabdeh həmin borcdan 450 manatını qaytarmış, 1426 manatını isə qnaytarmamışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını işdə olan sübutlarla birlikdə araşdırıb həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MPM-in 217.3-cü maddəsində əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləolanhaldaməhkəməhesabedirki, iddiaəsaslıolduğundantəminolunmalı, cavabdehdən1426 (min dörd yüz iyirmi altı) manat alınaraq İddiaçınun xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh1426 (min dörd yüz iyirmi altı) manat pul və ödənilmiş dövlət rüsumununəvəziolaraq30,0 manat alınıbİddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-363/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-363/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver