Məhkəmə qərarları › İş №2(043)-3631/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3631/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3631/2020 18.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh, qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 (iki min beş yüz) manat dəymiş zərərin iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan sui istifadə edərək bacısı oğlu X1 “xxxx” ASC-nin Gəncə regional elektrik şəbəkəsinə sahə nəzarətçisi vəzifəsinə işə düzəltmək imkanının olduğunu və bunun müqabilində 2500 (iki min beş yüz) manat pul və müəyyən sənədlərin təqdim olunmasım ona təklif etmişdir. Bu barədə bacısı oğluna bildirdikdə onun pulu olmadığını, imkan olsa pul taparaq onun işə düzəlməsi üçün Şirzada təqdim etməyini xahiş etmişdir .O, isə borc pul alaraq Etibarın işə düzəlməsi üçün lazım olan sənədləri və 2500(iki min beş yüz) manat pulu xx xxxx 2019-cu il tarixdə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən Gəncə şəhəri, Kəpəz rayon İcra Hakimiyyətinin inzibatı binasının qarşısında olan kiçik parkda şəxsən Cavabdeh təqdim etmişdir. Həmin vaxt cavabdeh Etibarın uzağı bir ay müddətinə işə çıxacağına söz verərək öz üzərinə öhdəlik götürmüşdür. Bir ay vaxt keçdikdən sonra cavabdehlə əlaqə saxlayaraq öhdəliyini yerinə yetirməyini soruşmuş.O,isə cavabında aldadaraq yaxın vaxtlarda məsələnin həll olunacağını bildirmişdir. 2019-cu ilin dekabr ayında başa düşmüşdür ki, Şirzad onu aldatmışdır. Ona görə də 2019-cu ilin dekabr ayında Kəpəz rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Cavabdeh əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Müraciəti əsasında araşdırılma aparılarkən Cavabdeh əməlində cinayət tərkibi olduğu üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. maddəsi ilə nəzərdə tutulan ittiham elan olunaraq iş məhkəmə istintaqına göndərilmişdir. Gəncə Şəhəri, Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02(iki) il müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh məhkəmə istintaqında ona dəymiş zərəri ödəyəcəyinə söz verməsinə baxmayaraq zərəri ödəməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək iddiaçıya dəymiş 2500 manat ziyanı yaxın vaxtlarda ödəyəcəyini bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(043)-140/2020 nömrəli hökmündən görünür ki, Cavabdeh dələduzluq edərək İddiaçı 2500 manat pulunu mənimsədiyi üçün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu zərəri ödəməyə borclu olduğu üçün iddia təmin olunmalı cavabdehdən 2500 manat dəymiş zərər alınaraq iddiaçının xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 2500 (iki min beş yüz) manat təymiş zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar