Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3638/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor «xxxxxxx» MMC borclu Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borcludan kreditorun xeyrinə 1454 manat əsas borcun, 20 manat ödənilmiş dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının, cəmi 1475 manat pul vəsaitinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki,ünvan 1 mənzil 31 ünvanında qeydiyyatda olan borclu Cavabdeh İddiaçı MMC-dən xx xxxxxx 2013-cii il tarixli GNKD4239834 saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 734 manat olan məişət avadanlığı əldə etmişdir. Daha sonra borclu İddiaçı MMC-dən xx xxxxxxx 2013-cü il tarixli GNKD4451173 saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1148 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun hər iki müqavilə üzrə ilkin ödəniş etdikdən sonra kreditora 1454 (min dörd yüz əlli dörd) manat borcu qalmışdır. Odur ki, borcludan 1454 manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 1 (bir) manat məbləğində bank xidməti haqqının, cəmi 1475 (min dörd yüz yetmiş beş manat) məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-4368/2016 saylı xx xxxx 2016-cı il tarixli məhkəmə əmrinə əsasən (hakim Nuru Quliyev) borclu – xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olan, ünvan 1 mənzil 31 ünvanındayaşayan Cavabdeh 1454 manat əsas, 1 manat bank xidməti haqqı borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsait tutularaq kreditor – Bakı şəhəri, Mətbuat pr., 24Ş Az 1073-də yerləşən “xxxxxxx” MMCyə ödənilməlidir. Mülki iş üzrə borclu Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4368/2016 saylı xx xxxx 2016-cı il tarixli əmrinin ləğv edilib, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Borclu etirazını onunla əsaslandırmışdır ki, onun kreditora heç bir borcu yoxdur və ödəməli olduğu pulun hamısını ödəmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4368/2016 saylı xx xxxxxxx 2020-ci il tarixli qərdadına əsasən həmin məhkəmənin xx xxxx 2016-cı il tarixli 2(043)-4368/2016 saylı məhkəmə əmri ləğv edilərək, iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixdə keçirilən hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, onun iddiaçıya cəmi 200 manat borcu qalmış, qalan borc məbləğini isə ödəmişdir. Uzun müddət keçdiyinə görə ödəniş qəbzlərini itirmiş və buna görə də onları məhkəməyə təqdim edə bilmir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə «xxxxxxx» MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh «xxxxxxx» MMC-dən alqı-satqı qiyməti 734 manat olan məhsul üçün 24 manat ilkin ödəniş etməklə, qalan məbləği 10 ay müddətinə hər ay 71 manat ödəmək şərtilə almışdır. Həmçinin iş materiallarında olan Cavabdeh ilə «xxxxxxx» MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh «xxxxxxx» MMC-dən alqı-satqı qiyməti 1148 manat olan məhsul üçün 68 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətinə hər ay 60 manat ödəmək şərtilə almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-ci il tarixli müqavilə üzrə 539 manat, xx.xx.2013-cü il tarixli müqavilə üzrə 915 manat olmaqla, ümumilikdə 1454 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə sübutetmə vəzifəsinin bölgüsü baxımından alqısatqı müqaviləsi üzrə əşyanın alıcıya verilməsini satıcı (iddiaçı), satılan əşyanın dəyərinin ödənilməsini isə alıcı (cavabdeh) sübut etməlidir. Hazırki mülki iş üzrə iddiaçının nisyə alqı-satqı müqavilələri üzrə satılmış əşyaları cavabdehə verməsi işin mübahisəsiz halıdır. Bununla belə iddiaçı cavabdehin hər iki müqavilə üzrə ümumilikdə 1454 manat ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdeh isə etiraz ərizəsində iddiaçıya ümumiyyətlə borcunun olmadığını, məhkəmənin hazırlıq iclasında verdiyi izahatında isə iddiaçıya cəmi 200 manat borcu qaldığını bildirsə də, nisyə-alqı satqı müqavilələri üzrə alınmış əşyaların dəyərinin (tam və ya qismən) ödənilməsini təsdiq edən sübutlarını (ödəniş qəbzi) məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyanın nisyə alqı-satqı müqavilələri bağlamışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, hər iki müqavilə üzrə yaranmış ümumilikdə 1454 manat borc Cavabdeh tutularaq iddiaçı «xxxxxxx» MMC-yə ödənilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və bank xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, cavabdehdən iddiaçının ödədiyi 20 manat dövlət rüsumunu və 1 manat bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc alınaraq iddiaçıya, 10 manat dövlət rüsumu isə dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1454 (min dörd yüz əlli dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi və bank xidmət haqqı kimi 21 (iyirmi bir) manat pul tutularaq «xxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3638/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3638/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver