Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-366/2020 02.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili x3, Cavabdeh etibarnamə üzrə nümayəndəsi x5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ******* (bir milyon altı yüz on bir min) manat borcun qaytarılması, həmin borcun əsassız olaraq özündə saxlaması ilə bağlı 3 (üç) il müddətində bank uçot dərəcəsi nəzərə alınmaqla faizlərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslanldırmışdır ki, Cavabdeh Müseyb qızı ilə 16 aprel 2015-ci ildə Gəncə şəhəri 2 saylı notariat ofisində notarial qaydaa təsdiqlənmiş “kredit(borc) müqaviləsi bağlamışlar. Həmin müqavilə əsasında Cavabdeh ondan 1611.000 manat pul alaraq altı ay müddətdən sonra, yəni 16.04.2016-cı il tarixdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə razılaşmış müddətin keçməsinə baxmayarq borclu Cavabdeh həmin borcu qaytarmamışdır. Borcun qaytarılması ilə bağlı ona dəfələrlə müraciət edilməsinə baxmayaraq borclu borcunu qaytarmamışdır. 15 yanvar 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi R.Abdullayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmişlər. 05 fevral 2020-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi ərizəyə qarşı etiraz edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyindən, işə mahiyyəti üzrə baxılmışdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi x12 iddianı qəbul etməyərək izahatında göstərdi ki, nümayəndəsi olduğu Cavabdeh ilə iddiaçı arasında Cəncə şəhər 2 saylı notariat ofisində 16 aprel 2015-ci il tarixdə Kredit(Borc) müqaviləsi bağlanaraq 3M-01-97 reyestr nömrə ilə qeydə alınmışdır. Həmin müqaviləyə əsasən, iddiaçıdan 1.611.000 (bir milyon altı yüz on bir min) manat məbləğində borcun alınması və 6 ay müddətinə cavabdeh tərəfindən ödənilməsi barədəöhdəlik götürülmüşdür. Bundan əlavə həmin notariat ofisində müqavilə tərəfləri (kredit verən və borcalan) vəşahidlər x13 və onun tərəfindən təsdiqlənməklə 16.04.2015-ci il tarixdə akt tərtib edilmişdir. Həmçinin həmin tarixdə cavabdeh tərəfindən Gəncəşəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nömrəli mənzili, Gəncə şəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 3-10 nömrəli mənzili, Gəncə şəhəri Qala küçəsi, 8 nömrəli evin 1 nömrəli mənzili, Gəncə şəhəri Qala küçəsi 10 nömrəli evin 1 nömrəli mənzili və Gəncə şəhəri, Cavadxan küçəsi 38 nömrəli evin 6 nömrəli mənzili üzərində sərəncam verilməsinə dair iddiaçıya etibarnamə verilmişdir. Həmin Akta əsasən, ona məxsus Gəncə şəhəri, Cavadxan küçəsi ev 38, mənzil 1-2, Cavadxan küçəsi ev 38, mənzillər 3-10 və Qala küçəsi ev 10 mənzil 1 Qala küçəsi ev 8 mənzil 1 Qala küçəsi ev 8 mənzil 2 Cəfər Cabbarlı ev 20, Cavadxan küçəsi 38 zirzəmi girov olaraq 1.611.000 manat borc pulun əvəzi kimi İddiaçı verilməsi və 6 ay müddəti keçdikdən sonra adına rəsmiləşdirilməsi imzalarla təsdiqlənmişdir. Bundan sonra qeyd olunan daşınmaz əmlaklar notariat qaydasında alqı satqı müqaviləsinə əsasən iddiaçı tərəfə satılmışdır. Bununla da faktiki olaraq borc müqaviləsində borc verilmiş məbləğ tam ödənildiyindən və götürülmüşöhdəlik tərəflərindən tam icra olunduğundan, qeyd olunan müqaviləöz qüvvəsini itirmişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq göstərmişdir ki, hətta iddiaçı onları məcbur edib razılaşdırılmış aktda qeyd olunmayan borc puldan qat-qat dəyiri yuxarı olan əmlakları öz arvadının adna alqı-satqı yolu ilə qeyd etdirmişdir. Cavabdehin iddiaçıya borcu qalmadığını göstərərək iddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 16 aprel 2015-ci tarilxi kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ******* (bir milyon altı yüz on bir min) manat «1500000 ( bir milyon beş yez min) ABŞ dolları" məbləğində borc pul almışdır. 16 aprel 2015-ci il tarixli aktdan görünür ki, İddiaçı Cavabdeh məxsus Gəncə şəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nömrəli mənzilini və Gəncəşəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 3-10 nömrəli mənzilini ******* (bir milyon altı yüz on bir min) manata, ******* ( bir milyon beş yez min) ABŞ dollarına Cavabdeh almasına dair razılığa gəlmişlər. Həmin məbləğ İddiaçı tərəfindən x4 ödənilmiş, lakin həmin əmlaklar girovda olduğu üçün hazırda onları İddiaçı adına rəsmiləşdirmək mümkün olmadığıüçün tərəflər arasında həmin məbləğə dair 06 (altı) ay müddətinə borc müqaviləsi bağlanmış vəCavabdeh Gəncə şəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nömrəli mənzilini və Gəncəşəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 3-10 nömrəli mənzilini, Gəncəşəhəri, Qala küçəsi, 8 nömrəli evin 1 nömrəli mənzilini, Gəncə şəhəri, Qala küçəsi, 10 nömrəli evin 1 nömrəli mənzilini və Gəncə şəhəri, Cavadxan küçəsi 38 nömrəli evin 6 nömrəli mənzilin üzərində sərəncam verilməsinə dair İddiaçı adına etibanamg verərək həmin əmlaklar bankda girovda olduğu üçün əgər Cavabdeh 6 ay müddətinə banka olan borcunu ödəyib Gəncəşəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nömrəli mənzilini və Gəncəşəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 3-10 nömrəli mənzilini Salman Hacıyevin adına rəsmiləşdirə bilməsə İddiaçı banka oln borcu ödəyib östərilən əmlaklarıi stədiyi şəxsin adına rəsmiləşdirə bilər. Cavabdeh həmin etibarnaməni ləğv edə bilməz, İddiaçı isə 06 ay bitənədək Gəncə şəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nömrəli mənzilini və Gəncə şəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 3-10 nömrəli mənzili istisna olmaqla qalan əmlakların üzərində heç bir əməliyyat apara bilməz. Prnisə Əmrahva göstərilən müddətdə qeyd edilən öhdəlikləri tam yerinə yetirərsə P.Hacıev onunla bağlanan borc müqaviləsini və aldığı əmlakdan başqa adına qeyd edilən digər etibarnamələri ləğv etməyi üzərinə götürür . 10.06.2015-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, x6, Gəncə şəhəri Cavadxan küçəsi, 38 nömrəli evin 3- 10 nöirəli mənzilini x1. 10.06.2015-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, x6, Gəncəş əhəri Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nöirəli mənzilini x1. 10.06.2015-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, x6, Gəncə şəhəri Qala küçəsi, 8 nömrəli evin 1 nömrəli mənzilini x1. 20.04.2016-cı il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, x6, Gəncə şəhəri, Qala küçəsi, 10 nömrəli evin 1 nömrəli mənzilini x1. 20.04.2016-cı il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, x6, Gəncə şəhəri, Qala küçəsi, 8 nömrəli evin 2 nömrəli mənzilini x1. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında 16 aprel 2015-ci il tarixdə kredit(borc) müqaviləsi bağlanaraq İddiaçı tərəfindən Cavabdeh ******* (bir milyon altı yüz on bir min) manat məbləğində borc verilmişdir. 16 aprel 2015-ci il tarixdə İddiaçı Cavabdeh məxsus Gəncəşəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nömrəli mənzilini və Gəncə şəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 3-10 nömrəli mənzilini ******* (bir milyon altı yüz on bir min) manat pulun əvəzində alması barədəöz aralarında razılığa gəlmişlər. Lakin həmin əmlaklar girovda olduğu üçün tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Cavabdeh Gəncə şəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nömrəli mənzilinin, Gəncə şəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 3-10 nömrəli mənzilinin, Gəncə şəhəri, Qala küçəsi, 8 nömrəli evin 1 nömrəli mənzilinin, Gəncə şəhəri, Qala küçəsi, 10 nömrəli evin 1 nömrəli mənzilinin və Gəncəşəhəri, Cavadxan küçəsi 38 nömrəli evin 6 nömrəli mənzilinin üzərində sərəncam verilməsinə dair İddiaçı adına etibanamə verərək həmin əmlaklar bankda girovda olduğu üçün Cavabdeh 6 ay müddətinə banka olan borcunu ödəyib Gəncə şəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nömrəli mənzilini və Gəncə şəhəri, Cavadxan küçəsi, 38 nömrəli evin 3-10 nömrəli mənzilini iddiaçı tərəfin adına rəsmiləşdirməsini bu mümkün olmadığı təqdirdə isə İddiaçı banka oln borcu ödəyib göstərilən əmlakları istədiyi şəxsin adına rəsmiləşdirməsi iləşərtləndirmişlər. Bununla bağlı ipoteka saxlayan «xxxxxxxxxxxx» ASC ilə üçüncü şəxs x13, ipoteka qoyan x2 (ipotekanın predmeti Gəncə şəhəri, Cavadxan küçəsi, bina 38 mənzil 6) borcalan Cavabdeh arasında öhdəliyin ötürülməsi barədə müqavilə bağlanaraq Cavabdeh banka olan 650000 manat pulun «xxxxxxxxxxxx» ASC-yəödənilməsi öhdəliyi x10 ötürülmüşdür. Tərəflər arasında olan razılaşmaya uyğun olaraq iddiaçı tərəfindən pul öhdəliynin bir qismi banka ödənildikdən sonra Cavabdeh, mülkiyyətində olan Gəncəşəhəri Cavadxan küçəsi, 38 nömrəli evin 3-10 nöirəli mənzilini,Gəncəşəhəri Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nöirəli mənzilini,Gəncəşəhəri Qala küçəsi, 8 nömrəli evin 1 nömrəli mənzilini, Gəncəşəhəri, Qala küçəsi, 10 nömrəli evin 1 nömrəli mənzilini alqı satqı yolu ilə iddiaçı tərəfin mülkiyyətinə keçirmişdir və həmin halları tərəflər özləri də mübahisələndirməmişdir. Tərəflər arasında olan 16 aprel 2015-ci il tarixli razılaşmadan da (Aktdan) müəyyən olunmuşdur ki, Cavabdeh göstərilən müddətdəüzərinə götürdüyüöhdəlikləri yəni Gəncə şəhəri Cavadxan küçəsi, 38 nömrəli evin 3-10 nöirəli mənzilini,Gəncə şəhəri Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nömrəli mənzilini iddiaçının mülkiyyətinə keçirərsə İddiaçı onunla bağlanan borc müqaviləsini aldığıəmlaklardan başqa adına qeyd edilən digər etibarnamələri ləğv etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə cavabdehin iddiaçya olan borcu cavabdehə məxsus Gəncə şəhəri Cavadxan küçəsi, 38 nömrəli evin 3-10 nöirəli mənzilinin və Gəncə şəhəri Cavadxan küçəsi, 38 nömrəli evin 1-2 nömrəli mənzilinin alqı satqı yolu ilə iddiaçının mülkiyyətinə keçirilməsi ilə razılaşdırılmış və həmin mənzillər alqı satqı müqaviləsi üzrə iddiçının mülkiyyətinə keçmişdir.Cavabdeh həmin kredit müqaviləsi və onun tərkib hissəsi olaraq 16 aprel 2015-ci il tarixli Akt (Razılaşma) üzrə üzərinə düşən öhdəliyi tam icra etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan-sonra MPM) 217.3-cü maddəsində göstərilir ki, qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən işüzrəödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ******* (bir milyon altı yüz on bir min) manat borcun qaytarılması, həmin borcun əsassız olaraq özündə saxlaması ilə bağlı 3 (üç) il müddətində bank uçot dərəcəsi nəzərə alınmaqla faizlərin vəödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-366/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-366/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver