Məhkəmə qərarları › İş №2(043)-366/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-366/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-366/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, iddiaçı Ərizəçi Cavabdeh Alıhüseyn qızına qarşı «pul tələbi»nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi Cavabdeh Alıhüseyn qızına qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbində cavabdehə 12000 manat pul verdiyini və cavabdehin həmin məbləğin bir hissəsini (270 manat) ona qaytardığını bildirərək, ona məxsus pulun geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Lakin, iddiaçı cavabdehdən hansı məbləğdə pulun alınıb ona verilməsini dəqiq göstərməmiş, bununla da iddia ərizəsinin məzmununa dair qanunvericiliyin müəyyən etdiyi qaydaya riayət etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti iddia ərizəsində mütləq şəkildə göstərilməlidir. Həmin Məcəllənin 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. İddia ərizəsində cavabdehdən tələb olunan pulun məbləği göstərilmədiyindən, iddianın ümumi qiymətini, həmçinin qeyd edilən iddia tələbi üçün ödənilməli olan dövlət rüsumunu da müəyyən etmək mümkün olmur. Çünki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddia ərizəsi üzrə ödənilməli olan dövlət rüsumu iddianın qiymətindən bilavasitə asılıdır. İddiaçı şəhid ailəsi statusuna malik olduğuna görə dövlət rüsumunu ödəməkdən azad olsa da, gələcəkdə iddia təmin olunduğu təqdirdə, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Odur ki, iddianın qiymətinin və hazırki iş üzrə ödənilməli olan dövlət rüsumunun müəyyən edilməsi vacibdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün iddiaçı Ərizəçi Cavabdeh Alıhüseyn qızına qarşı «pul tələbi»nə dair iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Ərizəçi Cavabdeh Alıhüseyn qızına qarşı «pul tələbi»nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar