Məhkəmə qərarları › İş №2(043)-3663/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3663/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3663/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh ASC-in “Gəncə Sukanal” TSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh ASC-in “Gəncə Sukanal” TSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-in “Gəncə Sukanal” TSC tərəfindən ona yazılmış 1125 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə İddiaçı ünvan 1 ünvanında, qeydiyyatdadır. Həmçinin Cavabdeh ASC-in hüquqi ünvanı AZ 1012, ünvan 2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən iddiaçı hazırki tələblə bağlı qeydiyyatda olduqları yerin rayon (şəhər) məhkəməsinə, yaxud da, cavabdehin qeydiyyatda olduğu yerin rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Lakin, iddiaçı qanunvericiliyin tələbini nəzərə almayaraq ərazi aidiyyətini pozaraq iddia ərizəsini Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim etmişdir. Eyni zamanda iddiaçı cavabdeh olaraq Cavabdeh ASC-in “Gəncə Sukanal” TSC göstərmişdir, lakin qanunvericiliyin tələbinə görə Cavabdeh ASC-in “Gəncə Sukanal” TSC hüquqi şəxs hesab edilmədiyindən cavabdeh olaraq Cavabdeh ASC-göstərilməlidir. Bu səbəbdəndə məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, həmin məsələ ilə bağlı aidiyyəti olaraq özünün və ya cavabdehin qeydiyyatda olduğu yerin müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı Cavabdeh ASC-in “Gəncə Sukanal” TSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı özünün və ya cavabdehin rəsmi qeydiyyatda olduğu yerin rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar