Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-367/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən «xxxx» MMC-in xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A20s markalı telefon üçün 324 manat ödənilməmiş məbləğ 76 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 1176 manat ödənilməmiş məbləğ 264 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 1224 ödənilməmiş məbləğ, 306 manat dəbbə pulu olmaqla cəmi 3370 (üç min üç yüz yetmiş) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh prpsında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan Samsung Galaxy A20s markalı telefon , Samsung Led markalı televizor , Samsung Led markalı televizor almış və nəticədə 3370 (üç min üç yüz yetmiş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 437 manat olan Samsung Galaxy A20s markalı telefon üçün 324 manat ödənilməmiş məbləğ 76 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1251 manat olan Samsung Led markalı televizor üçün 1176 manat ödənilməmiş məbləğ 264 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1750,2 manat olan Samsung Led markalı televizor üçün 1224 manat ödənilməmiş məbləğ 306 manat dəbbə pulu olmaqla, ümumilikdə 3370 manat borcu yaranmışdır. Cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu könüllü ödəməkdən boyun qaçırmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli, 01103560 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 437 manat dəyərində Samsung Galaxy A20s markalı telefon satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 36 manat olmaqla ödəniş cədvəli üzrə nəğd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 01144643 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 1251 manat dəyərində Samsung Led markalı televizor satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 98 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli, 20065324 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə alqı-satqı qiyməti 1750,2 manat olan Samsung Led markalı televizor satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 102 manat olmaqla ödəniş cədvəli üzrə nəğd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 324 manat ödənilməmiş məbləğ 76 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1176 manat ödənilməmiş məbləğ 264 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1224 manat ödənilməmiş məbləğ 306 manat dəbbə pulu olmaqla ümumilikdə 3370 (üç min üç yüz yetmiş) manat borcu qalmışdır; xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, 01144643 nömrəli müqavilə üzrə tutulmalı olan 264 manat cərimə məbləği azaldılaraq 64 manat; xx.xx.2020-ci il tarixli 20065324 nömrəli müqavilə üzrə tutulmalı olan 306 manat cərimə məbləği azaldılaraq 10 manat həddində müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli 01103560 nömrəli müqavilə üzrə 324 manat ödənilməmiş məbləğ 76 manat cərimə, xx.xx.2019-cu il tarixli 01144643 nömrəli müqavilə üzrə 1176 manat ödənilməmiş məbləğ 64 manat cərimə, xx.xx.2020-ci il tarixli 20065324 nömrəli müqavilə üzrə 1224 manat ödənilməmiş məbləğ 10 manat cərimə olmaqla ümumilikdə 2874 (iki min səkkiz yüz yetmiş dörd) manat pul manat cavabdehdən tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 01103560 nömrəli müqavilə üzrə 324 manat ödənilməmiş məbləğ 76 manat cərimə, xx.xx.2019-cu il tarixli 01144643 nömrəli müqavilə üzrə 1176 manat ödənilməmiş məbləğ 64 manat cərimə, xx.xx.2020-ci il tarixli 20065324 nömrəli müqavilə üzrə 1224 manat ödənilməmiş məbləğ 10 manat cərimə olmaqla, ümumilikdə 2874 (iki min səkkiz yüz yetmiş dörd) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-367/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-367/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver