Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-368/2021 08.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “Samsung” markalı soyuducu üçün 1452,6 (min dörd yüz əlli iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) manat dəbbə; “Samsung” markalı paltaryuyan üçün 1452,6 (bir min dörd yüz əlli iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) manat dəbbə pulu olmaqla, ümumilikdə 3385.2 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3415.2 manat Cavabdeh alınaraq, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, “Samsung” markalı soyuducu, “Samsung” markalı paltaryuyan almış və nəticədə 3385,2 (üç min üç yüz səksən beş manat, iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1452,6 (min dörd yüz əlli iki manat, altmış qəpik) manat (18 ay x 80,7 manat + 0 manat ilkin ödəniş) “Samsung” markalı soyuducu üçün 1598 (bir min beş yüz doxsan səkkiz) manat olmaqla ondan, 1452,6 (bir min dörd yüz əlli iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1452,6 (bir min dörd yüz əlli iki manat, altmış qəpik) manat (18 ay x 80.7 manat + 0 manat ilkin ödəniş) “Samsung” markalı paltaryuyan üçün 1452,6 (bir min dörd yüz əlli iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məxsus ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanmış, Cavabdeh məhkəmə prosesi barədə məlumatı olduğunu, hazırda qospitalda müalicə aldığını və bu səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, işləmir və maddi imkanı yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir və bu barədə telefonoqram tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş, “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, “xxxx” MMC alıcıya dəyəri 1452,6 (min dörd yüz əlli iki manat, altmış qəpik) olan “Samsung” markalı soyuducunun və 1452,6 (min dörd yüz əlli iki manat, altmış qəpik) manat olan “Samsung” markalı paltaryuyan dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar “Samsung” markalı soyuducu üçün hər ay 80,7 manat və “Samsung” markalı paltaryuyan üçün hər ay 80,7 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, əsas borc üzrə 2905,2 (iki min doqquz yüz beş manat, iyirmi qəpik) manat borcu qalmış, həmin borca 480 (dörd yüz səksən) manat dəbbə pulu hesablanmaqla, ümumilikdə 3385,2 (üç min üç yüz səksən beş manat, iyirmi qəpik) manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin «xxxx» MMC ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən “Samsung” markalı soyuducunu və “Samsung” markalı paltaryuyanı ümumilikdə 2905,2 (iki min doqquz yüz beş manat iyirmi qəpik) manata almış, həmin məbləğdən heç bir ödəniş etməmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxx» MMC-nə 2905,2 (iki min doqquz yüz beş manat, iyirmi qəpik) manat əsas borcu qalmış, qalıq borca 480 (dörd yüz səksən) manat dəbbə pulu hesbalanmışdır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 480 (altı yüz qırx səkkiz) manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 2905,2 (iki min doqquz yüz beş manat, iyirmi qəpik) manat ödənilməmiş əsas borc, 200 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 3105,2 (üç min bir yüz beş manat, iyirmi qəpik) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, «xxxx» MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2905,2 (iki min doqquz yüz beş manat, iyirmi qəpik) manat ödənilməmiş əsas borc, 200 (iki yüz) manat dəbbə pulu və məhkəmə xərci qismində 30 (otuz) dövlət rüsumu olmaqla, ümumilikdə 3135,2 (üç min bir yüz otuz beş manat iyirmi qəpik) manat pul tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-368/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-368/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver