Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3684/2021 17.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 (üç min) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdeh borcundan 500 manat ödəniş etdiyindən 2500 (iki min beş yüz) manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinə MPM-in 53-cü maddəsinə əsasən iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh əvvəllər tanımamışdır. Cavabdeh təxminən 2017-ci ilin avqust ayında tanımışdır. 2017-ci ilin avqust ayında öz səhhəti ilə əlaqədar olaraq Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına getmişdir, Cavabdeh da orada təsadüfən tanımışdır. Həmin ərəfədə, anası Aybəniz Nuriyevanın xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxartmaq istəmişdir, buna görə də xəstəxanada tibbi bacısı işləyən Pərvanə ilə söhbət edib məsləhət alıb bu barədə maraqlanmaq istəmişdir. Həmin vaxt Cavabdeh təsadüfən söhbəti eşitmişdir və söhbətə müdaxilə edib bildirmişdir ki, anasını təqaüdə çıxarda bilər. Gəncə şəhər İcra Hakimiyyətində memar işləyir və bu işi düzəldə biləcək tanışları vardır. Bu səbəbdən də aralarında münasibət yaranmışdır. O da Cavabdeh inanmış və düşünmüşdür ki, Cavabdeh anası Aybəniz Nuriyevanı təqaüdə çıxarda bilər. Buna görə Rövşənlə münasibət yaratmış və anasının təqaüdə çıxarılmasında ona köməklik etməyini Rövşəndən xahiş etmişdir. O, Rövşənə anasının xəstəliyinin nevroloji xəstəlik olduğunu və anasının təqaüd üçün müraciət etdiyini, lakin nəticə əldə edilmədiyini söyləmişdir. Rövşən isə həkimlərlə danışıb həll edəcəyini demişdir. Anasının həkiminin nevropatoloq Raqif həkim olduğunu demişdir, Rövşən də danışıb həll edəcəyini, bunun müqabilində isə 3000 manat pul verməli olacağını bildirmişdir. O da Rövşənlə razılaşmışdır. Bundan sonra Rövşən ona zəng edib sənədlərin düzəlməsi və adın sistemdən silinməsi üçün 3000 manat puldan 700 manatının verilməli olduğunu dedi, buna görə 15.09.2017-ci il tarixdə Gəncə şəhəri Cavadxan küçəsində Rövşənlə görüşmüşdür və “Kapital Bank”-a aid hesab kartından 700 manat pul çıxardıb həmin küçədə Cavabdeh vermişdir. Həmin pulu Cavabdeh verən vaxt yanında heç kim olmamışdır. Cavabdeh pulu ondan alıb həmin pula sənədləri düzəltdirəcəyini demişdir və çıxıb getmişdir. 07.11.2017-ci il tarixdə Cavabdeh yenidən ona zəng edib pul lazım olduğunu bildirdi, o da yenə Gəncə şəhər Cavadxan küçəsində “Kapital Bank”-a aid hesab kartından 400 manat və 1100 manat pul çıxarıb həmin küçədə “Muğan Bank”-ın qarşısında Rövşənlə görüşüb ona vermişdir. Rövşən isə 400 manat pulu həkimə verib epiqrizi dəyişdirəcəyini bildirmişdir. Aradan bir qədər keçmiş yəni, 30.01.2018-ci il tarixdə Cavabdeh ona həmin işlə bağlı 100 manat pul lazım olduğunu demişdir. O, Gəncə şəhər Cavadxan küçəsində “Kapital Bank”-a aid hesab kartından 100 manat pul çıxarıb “Kapital Bank”-ın içərisində Rövşənə vermişdir, Cavabdeh isə həmin pulu götürüb çıxıb getmişdir Bundan sonra təxminən 2017-ci ilin dekabr ayında tarixi dəqiq yadında qalmayan vaxtda Rövşən zəng edib Bakı şəhərinə getdiyini və pul lazım olduğunu demişdir, o da buna görə Gəncə şəhər Mərkəzi poçtdan Cavabdeh adına 150 manat pul göndərmişdir. Lakin həmin pul göndərişinə dair olan qəbzi hazırda itirmişdir. 2017-ci ilin təxminən dekabr ayında o, Cavabdeh ünvanını dəqiq bilmədiyini, lakin Gəncə şəhəri Dəyirmanın dairəsi adlanan ərazidə yaşadığı ünvana getmişdir və orada Cavabdeh ondan 300 manat pul istəmişdir, buna görə də o, Rövşənə 300 manat pul vermişdir. Bundan sonra Rövşən zəng edib təqaüd işi ilə bağlı Gəncə şəhər 3 nömrəli xəstəxanada işləyən Səadət həkimə pul vermək lazım olduğunu demişdir. O da 2018-ci ilin ortalarında tarixi dəqiq yadında olmayan vaxtda Gəncə şəhəri, Cavadxan küçəsində Rövşənlə görüşüb 3000 manatdan qalan 250 manatı Rövşənə vermişdir. O, ümumilikdə Cavabdeh 3000 manat pul vermişdir. Rövşəndən iş barəsində maraqlandıqda Cavabdeh başının qarışıq olduğunu, buna görə işin uzandığını bidirmişdir. O isə vermiş olduğu pulu geri istədikdə Rövşən aldadaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində cinayət işinə baxılmış və qərar qəbul edilmişdir. Hazırda Cavabdeh ona dəymiş ziyanın 500 manatını ödəmişdir. Uzun müddət keçməsinə baxmayaraq qalan 2500 manatı ödəməkdən boyun qaçırmışdır. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, iddiaçıdan aldığı pulu ayrı-ayrı şəxslərə verdiyi üçün qaytara bilməmişdir. İddiaçıya 500 manat qaytarmış qalan 2500 manatı isə hissə-hissə qaytaracaqdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 04.03.2021-ci il tarixli borcun qaytarılması ilə bağlı öhdəlik qəbzindən görünür ki, Cavabdeh İddiaçı 3000 manat borcundan 500 manat ödəniş etdiyini, yerdə qalan 2500 manat borcundan 500 manatını 10 gün müddətinə, yerdə qalan 2000 manatını hər ay 200 manat olmaqla ödəcəyini öz öhdəsinə götürmüşdür. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 1(044)-11/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Cavabdeh barəsində olan cinayət işinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. Göründüyü kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 3000 manat zərər dəymiş, həmin zərərdən cavabdeh 500 manatını ödəmiş, qalan 2500 manatı ödəməkdən yayındığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu zərəri ödəməyə borclu olduğu üçün iddia təmin olunmalı cavabdehdən 2500 manat pul alınaraq iddiaçının xeyrinə verilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 2500 (iki min beş yüz) manat pul alınaraq İddiaçı xeyrinə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3684/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3684/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver