Məhkəmə qərarları › İş №2(043)-370/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-370/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-370/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann Led televizor üçün 1037 manat ödənilməmiş məbləğ, 238 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Ütü Philips, X4 EU, Sonorous Surefix üçün 495 manat ödənilməmiş məbləğ, 148 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Xiaomi Mi A2 Lite 3 markalı telefon üçün 374 ödənilməmiş məbləğ, 111 manat dəbbə pulu olmaqla cəmi 2403 (iki min dörd yüz üç) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə bağlanmış nisyə alqı –satqı müqavilələrinə əsasən, cavabdeh iddiaçıdan Hoffmann Led televizor, Ütü Philips, X4 EU, Sonorous Surefix, Xiaomi Mi A2 Lite 3 markalı telefon almış və öhdəliyi yerinə yetirmədiyi üçün 2403 (iki min dörd yüz üç) manat borcu yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1098 manat olan Hoffmann Led televizor üçün 1037 manat ödənilməmiş məbləğ, 238 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 540 manat olan Ütü Philips, X4 EU, Sonorous Surefix üçün 495 manat ödənilməmiş məbləğ, 148 manat dəbbə pulu, xx.xx.2019- cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 744 manat olan Xiaomi Mi A2 Lite 3 markalı telfon üçün 374 ödənilməmiş məbləğ, 111 manat dəbbə pulu olmaqla ümumilikdə 2403 (iki min dörd yüz üç) manat miqdarında borcu yaranmışdır. Cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu könüllü ödəməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2019-cu il tarixli, 00820402 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 1098 manat dəyərində Hoffmann Led televizor satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 18 ay ərzində hər ay 61 manat olmaqla ödəniş cədvəli üzrə nəğd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 00820424 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 540 manat dəyərində Ütü Philips, X4 EU, Sonorous Surefix satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 45 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 00620745 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə alqı-satqı qyməti 744 manat olan Xiaomi Mi A2 Lite 3 markalı telefon satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 62 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1037 manat ödənilməmiş məbləğ, 238 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 495 manat ödənilməmiş məbləğ, 148 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 374 ödənilməmiş məbləğ, 111 manat dəbbə pulu olmaqla ümumilikdə 2403 (iki min dörd yüz üç) manat borcu qalmışdır; xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, 00820402 nömrəli müqavilə üzrə tutulmalı olan 238 manat cərimə məbləği azaldılaraq 38 manat; xx.xx.2019-cu il tarixli, 00820424 nömrəli müqavilə üzrə tutulmalı olan 148 manat cərimə məbləği azaldılaraq 48 manat; xx.xx.2019-cu il tarixli, 00620745 nömrəli müqavilə üzrə tutulmalı olan 111 manat cərimə məbləği azaldılaraq 11 manat həddində müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli 00820402 nömrəli müqavilə üzrə 1037 manat ödənilməmiş məbləğ, 38 manat cərimə, xx.xx.2019-cu il tarixli 00820424 nömrəli müqavilə üzrə 495 manat ödənilməmiş məbləğ, 48 manat cərimə, xx.xx.2019-cu il tarixli 00620745 nömrəli müqavilə üzrə 374 manat ödənilməmiş məbləğ, 11 manat cərimə olmaqla ümumilikdə 2003 (iki min üç ) manat cavabdehdən alınaraq «xxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00820402 nömrəli müqavilə üzrə 1037 manat ödənilməmiş məbləğ, 38 manat cərimə, xx.xx.2019-cu il tarixli 00820424 nömrəli müqavilə üzrə 495 manat ödənilməmiş məbləğ, 48 manat cərimə, xx.xx.2019-cu il tarixli 00620745 nömrəli müqavilə üzrə 374 manat ödənilməmiş məbləğ, 11 manat cərimə olmaqla, ümumilikdə 2003 (iki min üç ) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar