Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(043)-3714/2021 08.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Tağıyev Cavid Tahir oğlu, Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək borclu xx.xx.1990-cı ildə Xanlar rayonunda anadan olmuş və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti-265 ünvanında qeydiyyatda olan Borclu 05.02.2020-ci il tarixli müqavilə üzrə 1022 (bir min iyirmi iki) manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor MMC-in məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında 05.02.2020-ci il tarixində hissə-hissə ödəmək şərti ilə ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı Borclu Kreditor mağazasından ümumi dəyəri 1224 manat olan “Dnepr 3+2” künc divan mebeli almışdır. Müqavilənin 3.4-cü bəndinə uyğun olaraq alıcı Borclu ödəniş cədvəlinə uyğun olaraq 12 ay ərzində aylıq 102 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 1022 manatı mağazaya ödəməmişdir. Bu barədə borcluya dəfələrlə xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməmişdir. İş materiallarında olan 05.02.2020-ci il tarixli, ******* nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu Kreditor MMC-dən hər ay hissə-hissə olmaqla 1 ədəd dəyəri 1224 manat olan “Dnepr 3+2” künc divan mebeli almışdır. 05.02.2020-ci il tarixli, ******* nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, alıcı Borclu ödəniş cədvəlinə uyğun olaraq 12 ay ərzində aylıq 102 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Borclu 05.02.2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş 1022 (bir min iyirmi iki) manat məbləğində əsas borcu vardır. Bildirişdən görünür ki, borcluya borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Borclu isə müqavilə üzrə öhdəliyi icra etməmişdir MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1990-cı ildə Xanlar rayonunda anadan olmuş və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti-265 ünvanında qeydiyyatda olan Borclu 05.02.2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 1022 (bir min iyirmi iki) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Kreditor MMC-in hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3714/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(043)-3714/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver