Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-377/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 268 (iki yüz altmış səkkiz) manat pulun və 30 (otuz) manat məhkəmə xərcinin alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci i tarixli qərardadla iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, ona məxsus olan Gəncə şəhəri Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Xoşbəxtlik”(Xəmsə Elektroniks) mebel mağazasında mebel və digər avadanlıqların satışı ilə məşğul olur. Malların satışını həm nəğd, həm də kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan Cavabdeh1 xx.xx.2019-cu il tarixdə mağazaya gələrək, X1 zamin qoyaraq, dəyəri 468 (dörd yüz altmış səkkiz) manat olan “Samsunq A-10”markalı telefonu 1 il müddətinə hər ay tərtib olunmuş qrafik üzrə 39 manat ödəmək şərti ilə “Nisyə alqı- satqı" müqaviləsi üzrə götürmüşdür. Cavabdeh malı götürəndən sonra qrafik üzrə cəmi 6 ay ödəniş etmişdir. Qalan borcunu yəni 268 (iki yüz altmış səkkiz) manatı bu günə kimi ödəməmişdir. Cavabdehlə dəfələrlə əlaqə yaradılsa da, buna məhəl belə qoymamış, ödənişi başa çatdırmaqdan yayınmışdır. Ötən müddət ərzində cavabdehə xəbərdarlıq məktubu da göndərilmişdir. Lakin bunun da heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehin borcu ödəmək fikri belə yoxdur. Hazırda onunla əlaqə saxlamaqdan yayınır. Cavabdeh ’’Nisyə alqı-satqı müqaviləsinin” şərtlərinə əməl etməmiş və belə bir fikri də yoxdur. Könüllü borcunu mağazaya ödəmək istəmir. Beləliklə də cavabdehin hərəkətləri nəticəsində xx.xx.2019-cu ildən bu günə kimi mağazaya xeyli miqdarda ziyan dəymiş yəni malların pulu mağazanın dövriyyəsinə daxil olmamışdır. Hazırda da, cavabdeh mağazaya ziyan vurmaqda davam edir. Buna görə də, bu barədə məhkəməyə iddia tələbi ilə müraciət etməyə məcbur olmuşdur.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 34 nömrəli müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı hissə-hissə hər ay 39 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə alqı-satqı qiyməti 468 manat olan “Samsunq A-10”markalı telefonu almışdır. xx.xx.2019-cu il tarixli 34 nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilənin təmin üsulu kimi Cavabdeh2 satıcı qarşısında borclu Cavabdeh1 oğlu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, cavabdeh 468 manat puldan 200 manat ödəniş etmişdir və 268 manat borcu qalmışdır. xx.xx.2020-ci il tarixli xəbərdardıqdan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; xx.xx.2006-cı il tarixli ********** nömrəli VÖEN-nin surətindən görünür ki, İddiaçı fiziki şəxs kimi vergi ödəyicisidir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərək əti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Borcun borclu Cavabdeh1 oğlundan və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə borclu və zamin iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli 34 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 268 (iki yüz altmış səkkiz) manat öənilməmiş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli 34 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 268 (iki yüz altmış səkkiz) manat pul və dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-377/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-377/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver