Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-378/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia qaldıraraq, mərhum X4 qanun üzrə vərəsəsi Cavabdeh 379,79 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 379,80 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun, habelə 0.40 (qırx qəpik) bank xidmət haqqının tutularaq, «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Gəncə filialı ilə X6 arasında bağlanmış 02.05.2019-cu il tarixli, BPM**********46 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya, 18 ay müddətinə illik 24 faizlə 1500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 01.07.2020-ci il tarixdə vəfat etmişdir. Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 09.07.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın 26.11.2021-ci il tarixli maliyyə arayışına əsasən, X4 vəfat etdiyi tarixə banka ödənilməmiş 379,79 manat əsas, 0,01 manat faiz olmaqla, cəmi 379,80 manat məbləğində borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi O.Dəmirli iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş 02.05.2019-cu il tarixli, BPM**********46 nömrəli kredit müqaviləsindən görünür ki, X9 oğluna illik 24% ödəmək şərtilə, 18 ay müddətinə, 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankı ASC-nin maliyyə arayışından görünür ki, X4 ödəməli olduğu məbləğ əsas borc üzrə 379,79 manat, faiz borcu üzrə isə 0,01manat, cəmi borc 379,80 manat, rüsum üzrə tələb edilən məbləğ isə 30.4 manat təşkil edir. Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 09 iyul 2020-ci il tarixli, 2073 nömrəli məktubundan görünür ki, mərhum X9 oğlunun adına vərəsəlik işi açılmışdır və miras əmlaka dair vərəsələrdən arvadı Cavabdeh vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum X6 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 1500 manat məbləğində kredit verilmişdir. Lakin, T.Əliyev 01.07.2020-ci il tarixdə vəfat etmiş, onun bank qarşısında 379,80 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. T.Əliyev öldükdən sonra onun arvadı – hazırki iş üzrə Cavabdeh yeganə vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmiş və bu barədə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin Cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsə mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsənin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum T.Əliyevin kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, kredit müqaviləsi üzrə yaranmış 379,80 manat borc və 30,40 manat dövlət rüsumu və xidmət haqqından ibarət məhkəmə xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 02.05.2019-cu il tarixli, BPM**********46 nömrəli kredit müqaviləsi üzrə 379,79 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 379,80 manat (üç yüz yetmiş doqquz manat, səksən qəpik) borc və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 30,40 manat (otuz manat qırx qəpik) pul vəsaiti alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-378/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-378/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver