Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3781/2021 13.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 24247,70 manat əsas borc, 5430,06 manat faiz və 2361,81 manat cərimə borcu olmaqla, cəmi 32039,57 (otuz iki min otuz doqquz manat, əlli yeddi qəpik) manat və və 30 manat məbləğində dövlət rüsumunun tutularaq Finex Kredit» BOKT ASC-yə ödənilməsi, tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş 880 əyarlı, 41,8 qram çəkidə 1 ədəd bilərzik, 750 əyarlı 11,4 qram çəkidə 1 ədəd üzük, 585 əyarlı 59,3 qram çəkidə 1 ədəd boyunbağı, 585 əyarlı 24,9 qram çəkidə 1 ədəd kulon, 583 əyarlı, 8,8 qram çəkidə 1 ədəd üzük, 583 əyarlı 27,2 qram çəkidə 1 ədəd lom, 583 əyarlı 77 qram çəkidə olan 1 ədəd boyunbağı, 585 əyarlı 34,2 qram çəkidə olan 1 ədəd bilərzik, 585 əyarlı, 15,3 qram çəkidə 2 ədəd üzük, 585 əyarlı 7 qram çəkidə 1 ədəd bilərzik, 585 əyarlı 7,5 qram çəkidə 1 ədəd saat, 583 əyarlı, 117,3 qram çəkidə 2 ədəd saat və qolbaqı, 583 əyarlı 20,1 qram çəkidə 1 ədəd boyunbağı, 585 əyarlı 32,4 qram çəkidə 2 ədəd dəst, 585 əyarlı 20,8 qram çəkidə 3 ədəd kulon və bilərzik, 583 əyarlı 49,8 qram çəkidə 1 ədəd saat və qolbaq, 583 əyarlı 10 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi və satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə cavabdeh arasında bağlanmış 05.10.2020-ci il tarixli 3400/20 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 38% ödəmək şərtilə 25735 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 24 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Kreditin təminatı kimi 05.10.2020 tarixli, 3400/20/G saylı girov müqaviləsinə əsasən qızıl zinət-əşyaları girov qoyulmuşdur. Girov müqaviləsinə 1 saylı əlavədə qızılzinət əşyalarının çeşidləri, əyyarı və çəkisi göstərilmişdir. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, buna baxmayaraq cavabdeh 06.11.2020 tarixində 1547 manat, 14.12.2020 tarixində 1547 manat, 10.02.2021 tarixində 1000 manat olmaqla cəmi 4095.00 manat ödəniş etmişdir. Ödənilən məbləğdən 1487.30 manat əsas borca, 2606.70 manat faiz borcuna silinmişdir. Cavabdeh 10.02.2021 tarixindən başlayaraq kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Cavabdehin iddiaçıya 17.08.2021-ci il tarixinə olan borcu 24247,70 manat əsas, 5430,06 manat faiz və 2361,81 manat cərimə borcu olmaqla, cəmi 32039,57 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, pandemiya şəraitində banka olan borcunu ödəyə bilməmişdir. O, cərimə borcunun həddindən artıq yüksək hesablandığından azaldılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 05 oktyabr 2020-ci il tarixli 3400/20 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 38 faiz ödəmək şərti ilə 25735 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 05 oktyabr 2020-ci il tarixli 3400/20 saylı girov müqaviləsindən və qiymətləndirmə aktından görünür ki, Cavabdeh İddiaçı BOKT ASC ilə bağladığı 05 oktyabr 2020-ci il tarixli, 3400/20 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi 880 əyarlı, 41,8 qram çəkidə 1 ədəd bilərzik, 750 əyarlı 11,4 qram çəkidə 1 ədəd üzük, 585 əyarlı 59,3 qram çəkidə 1 ədəd boyunbağı, 585 əyarlı 24,9 qram çəkidə 1 ədəd kulon, 583 əyarlı, 8,8 qram çəkidə 1 ədəd üzük, 583 əyarlı 27,2 qram çəkidə 1 ədəd lom, 583 əyarlı 77 qram çəkidə olan 1 ədəd boyunbağı, 585 əyarlı 34,2 qram çəkidə olan 1 ədəd bilərzik, 585 əyarlı, 15,3 qram çəkidə 2 ədəd üzük, 585 əyarlı 7 qram çəkidə 1 ədəd bilərzik, 585 əyarlı 7,5 qram çəkidə 1 ədəd saat, 583 əyarlı, 117,3 qram çəkidə 2 ədəd saat və qolbaqı, 583 əyarlı 20,1 qram çəkidə 1 ədəd boyunbağı, 585 əyarlı 32,4 qram çəkidə 2 ədəd dəst, 585 əyarlı 20,8 qram çəkidə 3 ədəd kulon və bilərzik, 583 əyarlı 49,8 qram çəkidə 1 ədəd saat və qolbaq və 583 əyarlı 10 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyalarını girov qoymuşdur. İş materiallarına əlavə edilmiş 17.08.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 05 oktyabr 2020-ci il tarixli, 3400/20 saylı kredit müqaviləsi üzrə 17.08.2021ci il tarixinə olan borcu 24247,70 manat əsas, 5430,06 manat faiz və 2361,81 manat cərimə borcu olmaqla, cəmi 32039,57 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını və tutmanın girov predmeti olan əşyalara yönəldilməsini əsaslı hesab edir. Cərimə (dəbbə pulu) ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin maddi və əmlak vəziyyəti, eyni zamanda iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla tələb edilən dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən kredit borc üzrə 24247,70 manat əsas, 5430,06 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 29777,76 manat kredit borcu iddiaçının xeyrinə tutulmalı, tutma cavabdehə məxsus 880 əyarlı, 41,8 qram çəkidə 1 ədəd bilərzik, 750 əyarlı 11,4 qram çəkidə 1 ədəd üzük, 585 əyarlı 59,3 qram çəkidə 1 ədəd boyunbağı, 585 əyarlı 24,9 qram çəkidə 1 ədəd kulon, 583 əyarlı, 8,8 qram çəkidə 1 ədəd üzük, 583 əyarlı 27,2 qram çəkidə 1 ədəd lom, 583 əyarlı 77 qram çəkidə olan 1 ədəd boyunbağı, 585 əyarlı 34,2 qram çəkidə olan 1 ədəd bilərzik, 585 əyarlı, 15,3 qram çəkidə 2 ədəd üzük, 585 əyarlı 7 qram çəkidə 1 ədəd bilərzik, 585 əyarlı 7,5 qram çəkidə 1 ədəd saat, 583 əyarlı, 117,3 qram çəkidə 2 ədəd saat və qolbaqı, 583 əyarlı 20,1 qram çəkidə 1 ədəd boyunbağı, 585 əyarlı 32,4 qram çəkidə 2 ədəd dəst, 585 əyarlı 20,8 qram çəkidə 3 ədəd kulon və bilərzik, 583 əyarlı 49,8 qram çəkidə 1 ədəd saat və qolbaq və 583 əyarlı 10 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq, tələb təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 30 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağalanmış 05 oktyabr 2020-ci il tarixli, 3400/20 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 24247,70 manat əsas, 5430,06 manat faiz və 100 manat cərimə borcu olmaqla, cəmi 29777,76 (iyirmi doqquz min yeddi yüz yetmiş yeddi manat yetmiş qəpik) manat və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov predmeti olan Cavabdeh məxsus 880 əyarlı, 41,8 qram çəkidə 1 ədəd bilərzik, 750 əyarlı 11,4 qram çəkidə 1 ədəd üzük, 585 əyarlı 59,3 qram çəkidə 1 ədəd boyunbağı, 585 əyarlı 24,9 qram çəkidə 1 ədəd kulon, 583 əyarlı, 8,8 qram çəkidə 1 ədəd üzük, 583 əyarlı 27,2 qram çəkidə 1 ədəd lom, 583 əyarlı 77 qram çəkidə olan 1 ədəd boyunbağı, 585 əyarlı 34,2 qram çəkidə olan 1 ədəd bilərzik, 585 əyarlı, 15,3 qram çəkidə 2 ədəd üzük, 585 əyarlı 7 qram çəkidə 1 ədəd bilərzik, 585 əyarlı 7,5 qram çəkidə 1 ədəd saat, 583 əyarlı, 117,3 qram çəkidə 2 ədəd saat və qolbaq, 583 əyarlı 20,1 qram çəkidə 1 ədəd boyunbağı, 585 əyarlı 32,4 qram çəkidə 2 ədəd dəst, 585 əyarlı 20,8 qram çəkidə 3 ədəd kulon və bilərzik, 583 əyarlı 49,8 qram çəkidə 1 ədəd saat və qolbaq və 583 əyarlı 10 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızılzinət əşyaları açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3781/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3781/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver