Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3790/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “əmlak kompleksinin boşaldılması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-3790/2021 saylı, 14.10.2021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1318.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin cavabdehin qanunsuz sahibliyindən alınmaqla, cavabdehin həmin əmlakdan məcburi qaydada çıxarılması və həmin əmlak kompleksinin tam boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-3790/2021 saylı, 14.10.2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsi məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan "xxxx" ASC şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi üzrə İddiaçı ASC ilə cavabdeh "xxxx" ASC arasında yaranmış münasibət, müqavilə münasibətlərindən yaranan münasibət olmamaqla yanaşı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn münasibət də deyildir. Məhkəmənin qeyd edilən mövqeyi ilə bağlı qeyd edirlər ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" ASC arasında yaranmış müqavilə və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi münasibətləri üzrə məhkəmə mübahisəsi olmuş və tam yekunlaşmışdır. Hazırda mübahisələndirilən iddia tələbində bank qeyd edilən mübahisə üzrə yekun icra sənədinin icrası olaraq açıq hərracda satin aldığı və mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində adına qeydiyyata aldırdığı daşınmaz əmlakın qanunsuz sahiblikdən alınması, cavabdehin həmin əmlakdan məcburi qaydada çıxarılması və tam boşaldılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qərarının 14-cü bəndində qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qeyd edilən qərarın şərhindən də göründüyü kimi, əşya hüquq münasibətinin yaranmasının mütləq şərti kimi, mübahisənin hər iki tərəfinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması qeyd edilmişdir. Hazırki iddia tələbinin predmeti isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından, məhkəmənin mübahisənin əşya hüquq münasibətindən irəli gəlməsinə əsaslanmaqla iş üzrə gəldiyi yekun nəticə yanlışdır və Mülki Prossesual Məcəllənin tələblərinə ziddir. Qanunverici məhkəmə aidiyyətin yeni qayda müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Hazırki iddia tələbinin bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməməsinə, habelə hər iki tərəfin sahibkarlıq subyekti olmasına baxmayaraq tələbin mülkiyyət hüquqularının sərbəst həyata keçirilməsi ilə bağlı olduğundan işə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, həm İddiaçı ASC, həm də "xxxx" ASC sahibkarlıq fəaliyyətini həyat keçirmək üçün dövlət qeydiyyatından keçmiş kommersiya hüquqi şəxslərdir və onlar arasında yaranmış mübahisə əşya hüquqi münasibətdən irəli gəlir, yəni mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli, 18.09.2020-ci il tarixli qərarının 13-cü bəndində isə göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində isə göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Göründüyü kimi, hazırkı mübahisə üzrə həm İddiaçı ASC, həm də "xxxx" ASC kommersiya hüquqi şəxsləri olmaqla, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətləri olmadığına görə, eləcə də onlar arasında yaranmış mübahisə əşya hüquqi münasibətdən irəli gəldiyinə görə həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Məhkəmə, qeyd olunanlara əsaslanaraq hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv olunması üçün əsas vermir. Buna görə də şikayət təmin edilməməli, şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-3790/2021 saylı, 14.10.2021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3790/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3790/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver