Məhkəmə qərarları › İş №2(043)-380/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-380/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-380/2020 11.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x22 iclas katibliyi, iddiaçılar İddiaçı11, İddiaçı2, İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Cavabdeh qarşı «pul» tələbinə dairiddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8n, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 və İddiaçı15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 458 manat alınaraq İddiaçı1, digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8n, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 və İddiaçı15 hər biri üçün 300 manat olmaqla cəmisi 4200 manatpulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh tərəfindən Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısının 01.10.2002-ci il tarixli 65-saylı sərəncamı və 34saylı İcarə müqaviləsi ilə Daşkəsən rayonun Xoşbulaq kəndi ərazisində yerləşən 14 və 6 saylı yay otlaq sahəsindən (heyvandarlıq məqsədi üçün) 15 il müddətinə Daşkəsən rayonun Xoşbulaq kəndində yaşayan Maraqlı şəxs adına verilmiş müqavilənin müddətini uzatmaq adı ilə əvvəlcə İddiaçı1 əri Süleyman Atakişiyevdən 108 manat, sonra isə bir dəfə Xoşbulaq kəndində gələndə 50 manat, cəmi 158 manat, 2019-cu ilin may ayında İddiaçı1 300 manat, cəmi 458 manat pulu və digər iddiaçılar İddiaçı3 300 manat, İddiaçı4 Məhəmməd oğlundan 300 manat, İddiaçı5 300 manat, İddiaçı2 Məhəmməd qızından 300 manat, İddiaçı6 Nəriman oğlundan 300 manat, İddiaçı7 300 manat, İddiaçı8 300 manat, İddiaçı9 300 manat, İddiaçı10 300 manat, İddiaçı11 300 manat, İddiaçı12 300 manat, x2 300 manat, İddiaçı14 300 manat və İddiaçı15 Əli qızından 300 manat cəmisi 4200 manat aldığı pulu tələb etməklərinə baxmayaraq vermədiyi üçün iddia ərizəsi ilə məhkəmə aidiyyəti üzrə Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinə müraciət edirlər. İddiaçılar x10, İddiaçı3, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı2 Məhəmməd qızı, İddiaçı6 Nəriman oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11, İddiaçı14, Bağırova x24 rayonun Xoşbulaq kəndində yaşayırlar və kənddə hər birinin öz həyətində olan tövlədə mal-qara saxlamaqla məşğul olurlar və yay aylarında saxladıqları heyvanları yay otlaq-örüş sahələrində otarmaq üçün Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısının 01.10.2002-ci il tarixli 65-saylı sərəncamı və 34 saylı İcarə müqaviləsi ilə Daşkəsən rayonun Xoşbulaq kəndi ərazisində yerləşən 14 və 6 saylı yay otlaq sahəsindən (heyvandarlıq məqsədi üçün) 15 il müddətinə Daşkəsən rayonun Xoşbulaq kəndində yaşayan Maraqlı şəxs adına 23 yanvar 2003-cü il tarixli, JN-2739, Kod-5060001 nömrəli x18 Hüququna dair Şəhadətnaməsi də almışlar. Onlar həmin 14 və 6 saylı yay otlaq sahəsindən 15 il müddətinə istifadə etmişlər və həmin müqavilənin və müvəqqəti istifadə hüququ 2018-ci ilin 23 yanvar tarixdə başa çatdığından müqavilənin yenidən artırmaq üçün Daşkəsən rayon İcra Hakimiyyətinə müraciət etmək istəyiblər. Lakin, 2018-ci ilin may ayında həmin ərazinin verilməsi ilə əlaqədar olaraq müqavilənin müddəti keçdiyi üçün, müqavilənin müddətini uzatmaq məqsədi ilə 2018-ci ilin may ayının axırlarında iddiaçılar x10, İddiaçı3, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı2 Məhəmməd qızı, İddiaçı6 Nəriman oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11, İddiaçı14, İddiaçı15 Əli qızı və üçüncü şəxs Maraqlı şəxs ilə birlikdə Daşkəsən Rayon Məhkəməsinin qarşısına toplaşıb sənədləri məhkəməyə təqdim etmək üçün söhbətlər aparan zaman əvvəllər tanımadıqları, özünü vəkil kimi təqdim edən Cavabdeh onlara yaxınlaşaraq problemləri ilə maraqlanıb və torpaq ərazisinin yenidən alınıb istifadə etdiklərinə köməklik edəcəyini demişdir. Onlar həmkəndlilər heç biri etiraz etməyiblər və İradə ilə razılaşıblar. Həmin vaxt İradə 93 ha ərazinin müqaviləsinin uzadılacağına söz verib və onlardan həmin işi görməsi müqabilində 5000 (beş min) manat pul tələb edib. Lakin İradə ilə ilkin olaraq razılaşıblar və sonradan guya onlara yaxşılıq edərək, 4500 (dörd min beş yüz) manat pul ilə razılaşıb. Onlar, kənd sakinləri də İradə ilə razılaşıb və ilkin olaraq Cavabdeh İddiaçı1 əri x3 108 manat pul alıb ki, vergiyə keçirəcək. Bir neçə gün keçdikdən sonra İradə Xoşbulaq kəndinə tək gəlib və əri Süleyman Atakişiyevdən təkrar olaraq 50 manat yol pulu alıb. Həmin gün gecəni İddiaçı2 evində qalıb. Həmin axşam İddiaçı2 evində söhbət edən zaman iddiaçılar x10, İddiaçı3, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı2 Məhəmməd qızı, İddiaçı6 Nəriman oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11. İddiaçı14 və İddiaçı15 Əli qızı ilə görüşüb hər birindən 300 (üç yüz) manat pul düşdüyünü, yığıb verməyi o da işləri ilə məşğul olmasını bildirib. Həmin vaxt Daşkəsən rayonun Xoşbulaq kəndində yaşayan Maraqlı şəxs öz adına olan 23 yanvar 2003-cü il tarixli, JN-2739, Xod-5060001 nömrəli x18 Hüququna dair Şəhadətnaməsini İradəyə verib. İşi düzəldəcəyinə yəni müqavilənin müddətini artırmağa görə digər iddiaçılar İddiaçı3 300 manat, İddiaçı4 Məhəmməd oğlundan 300 manat, İddiaçı5 300 manat, İddiaçı2 Məhəmməd qızından 300 manat, İddiaçı6 Nəriman oğlundan 300 manat, İddiaçı7 300 manat, İddiaçı8 300 manat, İddiaçı9 300 manat, İddiaçı10 300 manat, İddiaçı11 300 manat, İddiaçı12 300 manat, x2 300 manat, İddiaçı14 300 manat və İddiaçı15 Əli qızından 300 manat cəmisi 4200 manat almışdır. İddiaçı1 İradəyə bilidirib ki, o, 300 manatı imkanı olmadığı üçün sonra verəcəkdir. Lakin orada olanlar onun iştirakı ilə birlikdə cəmi 14 nəfər digər iddiaçılar, hər biri 300 manat pul toplayıb 4200 manat pulu İradəyə veriblər. İddiaçı1 isə İradəyə 300 manat borcu qalıb. Onlar pulu verəndən sonra İradə onlara deyib ki, narahat olmayın pulu xərcləyib torpağın yeni sənədini alıb onlara verəcəkdir, onlar 15 nəfər kənd sakinləri seviniblər ki, işləri düzəlib və mal-qaralarını otarmaq üçün yenidən yay otlaq sahələri olacaqdır. Həmin vaxtdan təxminən 1 il keçmiş lakin, İradə onların sənədini düzəldib verməyib, hər dəfə İddiaçı1 zəng edəndə deyib ki, elə bilirsiniz asan işdi, bununla əlaqədar məşğulam alıb sənədi sizə verəcəm. Onlarda İradəyə inanıblar. Hər dəfə zəng edəndə İradə İddiaçı1 300 manat vermədiyini xatırladıb tələb etmişdir. 2019-cu ilin may ayında İradəni yenidən Xoşbulaq kəndinə çağırıblar, həmin vaxt taksi ilə gəlib və onlara deyib ki, yer onlara verilib uzağı bir neçə günə sənədi alıb onlara verəcək, malqaranızı rahatlıqla həmin əraziyə buraxmalarını deyib. Lakin, onlar İradəyə deyiblər ki, onların mal-qarasını qoymurlar, həmin yeri başqa şəxslərə müqavilə ilə veriblər. Bu zaman İradə yenə israrla onlara deyib ki, ola bilməz mümkün deyil yeri almışdır, onların hansı istəsə adınıza keçirilib müqaviləniz uzadılacaqdır. Sonradan onlar evlərinə gedəndə İradə İddiaçı1 kənara çəkib deyib ki, sən niyə 300 manatı vermirsən, neçə vaxtdır bu işdə əziyyət çəkmişdir, onda təsirlər edirlər və yorulmuşdur, axır ki, yeri alıb onlara verdirmişdir. İddiaçı1 yenə İradənin sözlərinə inanıb və ona etibar etdiyi üçün evə gedib 300 manat pul götürüb yanına qayıdıb Xoşbulaq kəndinin dükanlar adlanan ərazisində İradəyə verib. Həmin vaxtdan indiyə kimi İradə İddiaçı1 və digər kənd sakinlərini aldadıb pullarını mənimsəmiş, onlar dəfələrlə İradədən pullarını tələb etsələr də İradə onlara pulu verməkdən imtina etmiş, nədə işlərini düzəldib sənədlərini verməmişdir. Bundan sonra İddiaçı1 26.10.2019-cu il tarixdə Daşkəsən RPŞ-nə ərizə ilə müraciət edərək 2018-ci ilin may ayının axırlarında, Xoşbulaq kəndinin inzibati ərazisində yerləşən uzun illərdir müqavilə ilə istifadə etdikləri 93 ha otlaq sahəsinin sənədinin müddətinin uzadılaraq, onlara veriləcəyinə söz verərək işin müqabilində əvvəllər tanımadığı Cavabdeh onun etibarından sui istifadə edərək 300 (üç yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirib, pulunun alınaraq özünə qaytarılmasını xahiş edib. Eyni zamanda Daşkəsən rayon Xoşbulaq kənd sakinləri İddiaçı3 Sirək oğlu, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı2 Məhəmməd qızı, İddiaçı6 Nəriman oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11, İddiaçı14, İddiaçı15 Əli qızı və x1 RPŞ-nə ərizə ünvanlayaraq, əvvəllər tanımadıqları Gəncə şəhərində yaşayan Cavabdeh onlara özünü vəkil kimi təqdim edərək, yay otlaq sahəsi kimi istifadə etdikləri ümumilikdə 93 ha otlaq sahəsinin sənədlərinin müddətini uzadaraq istifadə etmələri üçün onlara alıb verəcəyini vəd verərək, işin müqabilində hər birindən 300 manat olmaqla, ümumilikdə 4500 manat pullarını aldadaraq ələ keçirdiyini bildirib, pullarının alınıb özlərinə qaytarılmasını və onlara qarşı dələduzluq etmiş Cavabdeh cəzalandırılmalarını xahiş etmişlər. Lakin, Daşkəsən rayon Polis Şöbəsinin İstintaq Qrupunun baş müstəntiqi, polis mayoru Nadir Abbasov icraatında olan HK-1/666 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə 07 noyabr 2019-cu il tarixli çıxarmış, həmin qərarın surətini 07 noyabr 2019-cu il tarixli, 666 №-li məktubla göndərilmiş və mülki qaydada məhkəməyə şikayət etmək hüquqları izah edilmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı x10 iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək bildirdi ki, onun və əri tərəfindən birgə vəsaitləri hesabına cavabdehə 108, 50 və 300 manat olmaqla cəmi 458 manat pul verilmişdir, lakin, iddia ərizəsində yanlış olaraq 457 manat göstərilmişdir. Həmin halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, onlar yəni iddiaçılar 2018-ci ilin may ayında İradə ilə razılaşıblar və ilkin olaraq Cavabdeh əri x3 108 manat pul alıb ki, vergiyə keçirəcək. Bir neçə gün keçdikdən sonra İradə Xoşbulaq kəndinə tək gəlib və əri Süleyman Atakişiyevdən təkrar olaraq 50 manat yol pulu alıb. Həmin gün gecəni İradə İddiaçı2 evində qalıb. Həmin axşam İddiaçı2 evində söhbət edən zaman iddiaçılar x10, İddiaçı3, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı2 Məhəmməd qızı, İddiaçı6 Nəriman oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11, İddiaçı14 və İddiaçı15 Əli qızı həmin evə toplaşmış və İradə ilə görüşmüşlər. Onların hər birinə 300 (üç yüz) manat pul düşmüş yığıb İradəyə vermişlər ki, İradə həmin işlər ilə məşğul olsun. Həmin vaxt Maraqlı şəxs öz adına olan 23 yanvar 2003-cü il tarixli, JN-2739, Xod-5060001 nömrəli x18 Hüququna dair Şəhadətnaməsini İradəyə verib. İşi düzəldəcəyinə yəni müqavilənin müddətini artırmağa görə digər iddiaçılar İddiaçı3 300 manat, İddiaçı4 Məhəmməd oğlundan 300 manat, İddiaçı5 300 manat, İddiaçı2 Məhəmməd qızından 300 manat, İddiaçı6 Nəriman oğlundan 300 manat, İddiaçı7 300 manat, İddiaçı8 300 manat, İddiaçı9 300 manat, İddiaçı10 300 manat, İddiaçı11 300 manat, İddiaçı12 300 manat, x2 300 manat, İddiaçı14 300 manat və İddiaçı15 Əli qızından 300 manat cəmisi 4200 manat pulu yığılıb İradəyə vermişlər. Onun həmin vaxt 300 manata imkanı olmadığı üçün sonra verəcəyini bildirmiş və 300 manat borclu qalmışdır. Lakin ondan başqa orada olan 14 nəfər digər iddiaçılar, hər biri 300 manat pul toplayıb 4200 manat pulu İradəyə veriblər. Onlarda İradəyə inanıblar. Hər dəfə zəng edəndə İradə ona 300 manat vermədiyini xatırladıb tələb etmişdir. 2019-cu ilin may ayında İradəni yenidən Xoşbulaq kəndinə çağırıblar, həmin vaxt taksi ilə gəlib və onlara deyib ki, yer onlara verilib uzağı bir neçə günə sənədi alıb onlara verəcək, mal-qaranızı rahatlıqla həmin əraziyə buraxa biləcəklərini deyib. Lakin, onlar İradəyə deyiblər ki, onların mal-qarasını qoymurlar, həmin yeri başqa şəxslərə müqavilə ilə veriblər. Bu zaman İradə yenə israrla onlara deyib ki, ola bilməz mümkün deyil yeri almışdır, onların hansı istəsə adına keçirib müqavilə uzadılacaqdır. Sonradan onlar evlərinə gedəndə İradə onu kənara çəkib deyib ki, sən niyə 300 manatı vermirsən, neçə vaxtdır bu işdə əziyyət çəkirəm, on da təsirlər edirlər və yorulmuşdur, axır ki, yeri alıb onlara vermişdir. O, yenə İradənin sözlərinə inanıb və ona etibar etdiyi üçün evə gedib 300 manat pul götürüb yanına qayıdıb Xoşbulaq kəndinin dükanlar adlanan ərazisində İradəyə verib. Həmin vaxtdan indiyə kimi İradə ona və digər kənd sakinlərini aldadıb pullarını mənimsəmiş, onlar dəfələrlə İradədən pullarını tələb etsələr də İradə onlara pulu verməkdən imtina etmiş, nədə işlərini düzəldib sənədlərini verməmişdir. Bundan sonra Daşkəsən rayon Polis Şöbəsinə müraciət etmişlər, toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuş, mülki qaydada məhkəməyə şikayət etmək hüquqları izah edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini, Cavabdeh 458 manat alınaraq ona, digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8n, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 və İddiaçı15 hər biri üçün 300 manat olmaqla cəmisi 4200 manatpulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarında iştirak etmiş digər iddiaçılar İddiaçı3, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı2 Məhəmməd qızı, İddiaçı6 Nəriman oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9 olu, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11, İddiaçı14 və İddiaçı15 Əli qızı eyni məzmunlu izahatlar verərək Zenfıra Atakişiyevanın izahatında göstərilən xüsusatları təsdiqlədilər və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada şəxsən bildiriş verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh öz izahatında bildirdi ki, 2011ci il tarixdən 2019-cu il tarixədək nümayəndə kimi fəaliyyət göstərmişdir. O, İddiaçı2 Məhəmməd qızını, İddiaçı1 və onun əri x7 tanıyır. O Daşkəsən Rayon Məhkəməsində olarkən Zenfira ona yaxınlaşaraq demişdir ki, torpağın icarə müddətinin uzadılmasında onlara köməklik etsin, o da razılaşmışdır. Daşkəsən rayonu Xoşbulaq kənd sakini Cəlaləddinə verilmiş torpaq sahəsinin icarə müddəti bitdiyi üçün orderlə onun nümayəndəsi qismində Daşkəsən rayon Məhkəməsinə müraciət edərək həmin müddəti uzatmışdır. Göstərdiyi xidmətə görə hissə-hissə cəmi təxminən 370-400 manat pul almışdır və həmin pulun çox hissəsini yola xərcləmişdir. İşin həll edilməsi üçün bir gün Daşkəsən rayonu Xoşbulaq kəndində qalmış lakin tarixini xatırlamır. İddiaçı3, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı6 Nəriman oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9 olu, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11, İddiaçı14 və İddiaçı15 Əli qızını tanımır, onlarla əvvəllər hər hansı əlaqəsi olmamış, onlardan bu və ya digər səbəbdən hər hansı miqdarda pul almamışdır. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs izahatında bildirdi ki, Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısının 01.10.2002-ci il tarixli 65-saylı sərəncamı və 34 saylı İcarə müqaviləsi ilə Daşkəsən rayonun Xoşbulaq kəndi ərazisində yerləşən 14 və 6 saylı yay otlaq sahəsindən (heyvandarlıq məqsədi üçün) 15 il müddətinə onun adına 23 yanvar 2003-cü il tarixli, JN-2739, Kod-5060001 nömrəli x18 Hüququna dair Şəhadətnamə verilmişdir. Daşkəsən rayonun Xoşbulaq kənd sakinləri olan iddiaçılar həmin 14 və 6 saylı yay otlaq sahəsindən 15 il müddətinə istifadə etmişlər və həmin müqavilənin və müvəqqəti istifadə hüququ 2018-ci ilin 23 yanvar tarixdə başa çatdığından müqavilənin yenidən artırmaq üçün Daşkəsən rayon İcra Hakimiyyətinə müraciət etmək istəyiblər. Lakin, 2018-ci ilin may ayında həmin ərazinin verilməsi ilə əlaqədar olaraq müqavilənin müddəti keçdiyi üçün, müqavilənin müddətini uzatmaq məqsədi ilə 2018-ci ilin may ayının axırlarında o və iddiaçılar x10, İddiaçı3, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı2 Məhəmməd qızı, İddiaçı6 Nəriman oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11, İddiaçı14, İddiaçı15 Əli qızı ilə birlikdə Daşkəsən Rayon Məhkəməsinin qarşısına toplaşıb sənədləri məhkəməyə təqdim etmək üçün söhbətlər aparan zaman əvvəllər tanımadıqları, özünü vəkil kimi təqdim edən Cavabdeh onlara yaxınlaşaraq problemləri ilə maraqlanıb və torpaq ərazisinin yenidən alınıb istifadə etmələrinə köməklik edəcəyini demişdir. Həmkəndliləri heç biri etiraz etməyiblər və İradə ilə razılaşıblar. Həmin vaxt İradə 93 ha ərazinin müqaviləsinin uzadılacağına söz verib və onlardan həmin işi görməsi müqabilində 5000 (beş min) manat pul tələb edib. Lakin İradə ilə ilkin olaraq razılaşıblar və sonradan guya onlara yaxşılıq edərək, 4500 (dörd min beş yüz) manat pul ilə razılaşıb. Kənd sakinləri də İradə ilə razılaşıblar və iddiaçıların hər birindən 300 manat alıb. O, öz adına olan 23 yanvar 2003-cü il tarixli, JN-2739, Xod- 5060001 nömrəli x18 Hüququna dair Şəhadətnaməsini İradəyə verib. Lakin həmin işin görülməsi müqabilində o İradəyə pul verməyib. Hazırda onunla həmin torpaqla bağlı hər hansı bir müqavilə bağlanılmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş x12 ifadəsində bildirdi ki, Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısının 01.10.2002-ci il tarixli 65-saylı sərəncamı və 34 saylı İcarə müqaviləsi ilə Daşkəsən rayonun Xoşbulaq kəndi ərazisində yerləşən 14 və 6 saylı yay otlaq sahəsindən (heyvandarlıq məqsədi üçün) 15 il müddətinə Maraqlı şəxs adına 23 yanvar 2003-cü il tarixli, JN-2739, Kod-5060001 nömrəli x18 Hüququna dair Şəhadətnamə olmuşdur. Onlar həmin 14 və 6 saylı yay otlaq sahəsindən 15 il müddətinə istifadə etmişlər və həmin müqavilənin və müvəqqəti istifadə hüququ 2018-ci ilin 23 yanvar tarixdə başa çatdığından müqavilənin yenidən artırmaq üçün Daşkəsən rayon İcra Hakimiyyətinə müraciət etmək istəyiblər. Lakin, 2018-ci ilin may ayında həmin ərazinin verilməsi ilə əlaqədar olaraq müqavilənin müddəti keçdiyi üçün, müqavilənin müddətini uzatmaq məqsədi ilə 2018-ci ilin may ayının axırlarında iddiaçılar x10, İddiaçı3, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı2 Məhəmməd qızı, İddiaçı6 Nəriman oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11, İddiaçı14, İddiaçı15 Əli qızı və üçüncü şəxs Maraqlı şəxs ilə birlikdə Daşkəsən Rayon Məhkəməsinin qarşısına toplaşıb sənədləri məhkəməyə təqdim etmək üçün söhbətlər aparan zaman əvvəllər tanımadıqları, özünü vəkil kimi təqdim edən Cavabdeh onlara yaxınlaşaraq problemləri ilə maraqlanıb və torpaq ərazisinin yenidən alınıb istifadə etmələrinə köməklik edəcəyini demişdir. Həmkəndliləri heç biri etiraz etməyiblər və İradə ilə razılaşıblar. Həmin vaxt İradə 93 ha ərazinin müqaviləsinin uzadılacağına söz verib və onlardan həmin işi görməsi müqabilində 5000 (beş min) manat pul tələb edib. Lakin İradə ilə ilkin olaraq razılaşıblar və sonradan guya onlara yaxşılıq edərək, 4500 (dörd min beş yüz) manat pul ilə razılaşıb. Kənd sakinləri də İradə ilə razılaşıb və ilkin olaraq Cavabdeh ondan 108 manat pul alıb ki, vergiyə keçirəcək. Bir neçə gün keçdikdən sonra İradə Xoşbulaq kəndinə tək gəlib və ondan təkrar olaraq 50 manat yol pulu alıb. Həmin gün gecəni İddiaçı2 evində qalıb. Həmin axşam İddiaçı2 evində söhbət edən zaman iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı2 Məhəmməd qızı, İddiaçı6 Nəriman oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11. İddiaçı14 və İddiaçı15 Əli qızı ilə görüşüb hər birinə 300 (üç yüz) manat pul düşdüyünü, yığıb verməyi o da işləri ilə məşğul olmasını bildirib. Həmin vaxt Maraqlı şəxs öz adına olan 23 yanvar 2003-cü il tarixli x18 Hüququna dair Şəhadətnaməsini İradəyə verib. İşi düzəldəcəyinə yəni müqavilənin müddətini artırmağa görə iddiaçılar İddiaçı3 300 manat, İddiaçı4 Məhəmməd oğlundan 300 manat, İddiaçı5 300 manat, İddiaçı2 Məhəmməd qızından 300 manat, İddiaçı6 Nəriman oğlundan 300 manat, İddiaçı7 300 manat, İddiaçı8 300 manat, İddiaçı9 300 manat, İddiaçı10 300 manat, İddiaçı11 300 manat, İddiaçı12 300 manat, x2 300 manat, İddiaçı14 300 manat və İddiaçı15 Əli qızından 300 manat cəmisi 4200 manat pul yığılaraq Cavabdeh verilib. Arvadı İddiaçı1 İradəyə bildirib ki, o, 300 manatı imkanı olmadığı üçün sonra verəcəkdir. Lakin orada olan14 nəfər digər iddiaçılar, hər biri 300 manat pul toplayıb 4200 manat pulu İradəyə veriblər. İddiaçı1 isə İradəyə 300 manat borcu qalıb. Onlar pulu verəndən sonra İradə onlara deyib ki, narahat olmayın pulu xərcləyib torpağın yeni sənədini alıb onlara verəcəkdir, onlar 15 nəfər kənd sakinləri seviniblər ki, işləri düzəlib və mal-qaralarını otarmaq üçün yenidən yay otlaq sahələri olacaqdır. Həmin vaxtdan təxminən 1 il keçmiş lakin, İradə onların sənədini düzəldib verməyib, hər dəfə zəng edəndə deyib ki, elə bilirsiniz asan işdi, bununla əlaqədar məşğulam alıb sənədi sizə verəcəm. Onlarda İradəyə inanıblar. Hər dəfə zəng edəndə İradə İddiaçı1 300 manat vermədiyini xatırladıb tələb etmişdir. 2019-cu ilin may ayında İradəni yenidən Xoşbulaq kəndinə çağırıblar, həmin vaxt taksi ilə gəlib və onlara deyib ki, yer onlara verilib uzağı bir neçə günə sənədi alıb onlara verəcək, mal-qaranızı rahatlıqla həmin əraziyə buraxa bilərsiz. Həmin vaxt Cavabdeh arvadı İddiaçı1 borclu qaldığı 300 manatı istəmiş, Zenfira da 300 manatı ona vermişdir. Ümumi olaraq onların ailəsinin birgə vəsaiti hesabına 108, 50, 300 manat olmaqla cəmi 458 manat pul Cavabdeh verilmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatını, şahid ifadəsini dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallına əlavə edilmiş Daşkəsən RPŞ-nin HK-1/666 saylı materialı üzrə 20 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh 2018-ci ilin may ayının axırlarında Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən, kənd sakinlərinin təsərrüfatlarında olan heyvanları otarmaq üçün istifadə edilən və kənd sakinlərinə icarəyə verilən torpaq sahəsinin 15 illik müddəti bitdiyi üçün İddiaçı3, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı2 Məhəmməd qızı, x23, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11, İddiaçı14, İddiaçı15 Əli qızına özünü vəkil kimi təqdim etdikdən sonra həmin müddəti artıracağı adı altında adları göstərilən şəxslərin etibarından sui istifadə edərək eləcə də aldadaraq hər birindən ayrılıqda 300 manat ümumilikdə 4200 manat pullarını ələ keçirmişdir. Qeyd olunan xüsusat ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Cavabdeh eyni məqsədlə 2019-cu ilin may ayının axırlarında Daşkəsən rayonu Xoşbulaq kənd sakini x8 aldadaraq onun 300 manat pulunu ələ keçirdiyindən qeyd olunan xüsusat ilə əlaqədar Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin, yəni xırda talama inzibati xətasının tərkib əlaməti olduğundan onun barəsində Daşkəsən RPŞ-nin İTB- də inzibati xəta haqqında işlər üzrə icraat açılması nəzərə alınmışdır. İş materiallına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 18.02.2020-ci il tarixli 3(104)-61/2020 saylı qərarından görünür ki,Daşkəsən Rayon Məhkəməsinin (hakim Azad Əliyev) 28 dekabr 2019-cu il tarixli, 3(030)-277/2019 saylı qərarı ilə Cavabdeh İXM-in 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir və həmin qərardan Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamışdır. Mülki işin faktiki hallarından aydın olur ki, Cavabdeh 2018-ci ilin may ayının axırlarında Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən, kənd sakinlərinin təsərrüfatlarında olan heyvanları otarmaq üçün istifadə edilən və kənd sakinlərinə icarəyə verilən torpaq sahəsinin 15 illik müddəti bitdiyi üçün, x10, İddiaçı3, İddiaçı4 Məhəmməd oğlu, İddiaçı5, İddiaçı2 Məhəmməd qızı, İddiaçı6, İddiaçı7, Rzayeva x16 Anar Nəriman olu, İddiaçı10, İddiaçı11, İddiaçı12, x11, İddiaçı14, İddiaçı15 Əli qızınaözünü vəkil kimi təqdim etdikdən sonra, həmin müddəti artıracağı adı altında, onların hər birinin etibarından sui istifadə edərək və aldadaraq, eləcə də x4 və əri x9 458 manat, digər iddiaçıların isə hər birindən ayrılıqda 300 manat olmaqla ümumilikdə 4658 manat pullarını ələ keçirmişdir. Cavabdeh qeyd edilən əməlinə Daşkəsən RPŞ-nin HK-1/666 saylı materialı üzrə 20 dekabr 2019-cu il tarixli qərarı ilə, Gəncə Apelyasiya Məhkəməsinin 18.02.2020-ci il tarixli, 3(104)-61/2020 saylı qərarı vəDaşkəsən Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 3(030)-277/2019 saylı qərarı ilə qərarı ilə qiymət verilmiş və cavabdehin iddiaçılardan pul alması faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1.-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 82.4-cü maddəsində göstərilir ki, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. CPM-in 65.4-cü maddəsində qeyd olunur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur (Mülki Məcəllənin 135.1. və 135.2. maddəsi). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. İddiaçılar və cavabdeh aralarında torpağın icarə müddətinin uzadılması barədə razılıqlarının olmasını etiraf etmişlər, həmçinin cavabdeh bu razılaşmanın müqabilində iddiaçılardan 370 və ya 400 manat almasını bildirməklə iddianı qismən qəbul etmişdir. Məhkəmə iclasında iddiaçılar, üçüncü şəxs və şahidin ifadəsi ilə, Daşkəsən Rayon Polis İdarəsində toplanmış materialla ümumilikdə 4658 manat pulun iddiaçılar tərəfindən cavabdehə verilməsi öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıların, üçüncü şəxsin və şahidin dəlillərini təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı x5 xeyrinə 458 manat, digər iddiaçılar İddiaçı3 xeyrinə 300 manat, İddiaçı4 Məhəmməd oğlunun xeyrinə 300 manat, İddiaçı5 xeyrinə 300 manat, İddiaçı2 Məhəmməd qızının xeyrinə 300 manat, İddiaçı6 Nəriman oğlunun xeyrinə 300 manat, İddiaçı7 xeyrinə 300 manat, İddiaçı8 xeyrinə 300 manat, İddiaçı9 xeyrinə 300 manat, İddiaçı10 xeyrinə 300 manat, İddiaçı11 xeyrinə 300 manat, İddiaçı12 xeyrinə 300 manat, x6 xeyrinə 300 manat, İddiaçı14 xeyrinə 300 manat və İddiaçı15 Əli qızının xeyrinə 300 manat olmaqla cəmisi 4658 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir İş materiallarından görünür ki, iddiaçılar tərəfində iddia ərizəsinin məhkəməyə veriməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir və iddiaçılar ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməmişlər. Buna görə məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı1 xeyrinə 458 manat, iddiaçılar İddiaçı3 xeyrinə 300 manat, İddiaçı4 Məhəmməd oğlunun xeyrinə 300 manat, İddiaçı5 xeyrinə 300 manat, İddiaçı2 Məhəmməd qızının xeyrinə 300 manat, İddiaçı6 Nəriman oğlunun xeyrinə 300 manat, İddiaçı7 xeyrinə 300 manat, İddiaçı8 xeyrinə 300 manat, İddiaçı9 xeyrinə 300 manat, İddiaçı10 xeyrinə 300 manat, İddiaçı11 xeyrinə 300 manat, İddiaçı12 xeyrinə 300 manat, x6 xeyrinə 300 manat, İddiaçı14 xeyrinə 300 manat və İddiaçı15 Əli qızının xeyrinə 300 manat olmaqla cəmisi 4658 manat pul tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x27 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev Əsli ilə düzdür:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar