Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3826/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı Gəncə şəhər İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Gəncə şəhər İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Gəncə şəhər İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ev siqnal ötürücüsünü yarasız vəziyyətə salındığına görə 108,32 məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı məhkəmə iclasında cavabdehin anket məlumatları öyrənilərkən müəyyən edilmişdir ki, iş ərazi aidiyyətinin pozulması ilə məhkəməyə verilmişdir. Belə ki, cavabdehə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Tələb mülki hüquq pozuntularından irəli gələn maddi ziyanın ödənilməsi ilə bağlıdır. Hazırkı tələbə iddiaçının seçməsinə görə və ya müstəsna aidiyyət qaydaları tətbiq edilmir. Ümumi qaydaya uyğun olaraq bu tələb üzrə iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerə görə verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və cavabdeh mülki işin aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon məhkəməsinə göndərilməsinə etirazlarının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 44, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Gəncə şəhər İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3826/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3826/2021
06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver