Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3870/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı "xxxx" MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadədəşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən e t d i m: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 2502 (iki min beş yüz iki) manat əsas, 623 (altı yüz iyirmi üç) manat faiz, 175 (bir yüz yetmiş beş) manat cərimə olmaqla, cəmi 3300 (üç min üç yüz) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsinə və tələbin girov predmeti olan : 583 əyarlı, xalis çəkisi 8.7 qram olan 2-ədəd sep, 585 əyarlı, xalis çəkisi 24 qram olan komplekt briliant, 583 əyarlı, ümumi çəkisi 13.5 qram və xalis çəkisi 12.9 qram olan 3-ədəd üzükdan ibarət qızıl- zinət əşyalarına yönəldilməsi, həmin əmlakın hərracda satılması və satışından əldə olunmuş vəsaitin cavabdehin borcu hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 263, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3870/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3870/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver