Məhkəmə qərarları › İş №2(043)-3875/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3875/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3875/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə üç müqavilə üzrə 856,2 manat ödənilməmiş hissə, 84,8 manat cərimə, cəmi 941 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 971 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 07.02.2020-ci il tarixli müqaviləyə əsasən sonuncunun alqı-satqı qiyməti 559,4 manat (18 ay x 30,8 manat+5 manat), İMEİ kodu **********90412 olan “Samsung Galaxy A20 S” markalı telefon üçün 308,4 manat ödənilməmiş hissə, 30,6 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə 17.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 514,8 manat (12 ay x 34,4+102 manat) olan İMEİ kodu **********93028 olan “Samsung Galaxy A20 S” telefon üçün 235,8 manat ödənilməmiş hissə, 23,2 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə 03.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 432 manat (18 ay x 24 manat), “Gorenje” markalı kombi üçün 312 manat ödənilməmiş hissə, 31 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 650 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 17.02.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 559,4 manat, İMEİ kodu **********90412 olan “Samsung Galaxy A20 S” telefonu 5 manat ilkin ödəniş etməklə nisyə qaydada almış, malın qiymətini ayda 30,8 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 17.02.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 514,2 manat olan İMEİ kodu **********93028 olan “Samsung Galaxy A20 S” markalı telefonu 102 manat ilkin ödəniş etməklə nisyə qaydada almış, malın qiymətini ayda 34,4 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 432 manat, “Gorenje” markalı telefonu nisyə qaydada almış, malın qiymətini ayda 24 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.02.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 251 manat ödəmiş, 308,4 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 30,6 manat cərimə hesablanmışdır. 17.02.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 279 manat ödəmiş, 235,8 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 23,2 manat cərimə hesablanmışdır. 03.03.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 120 manat ödəmiş, 312 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 31 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən üç müqavilə üzrə 856,2 manat ödənilməmiş hissə, 84,8 manat dəbbə pulu olmaqla, cəmi 941 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 07.02.2020-ci il tarixli müqavilə üzrə 308,4 manat ödənilməmiş hissə, 30,6 manat dəbbə pulu, 17.02.2020-ci il tarixli müqavilə üzrə 235,8 manat ödənilməmiş hissə, 23,2 manat dəbbə pulu, 03.03.2020-ci il tarixli müqavilə üzrə 312 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu olmaqla, ümumilikdə 941 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 971 (doqquz yüz yetmiş bir) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar