Məhkəmə qərarları › İş №2(043)-3894/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3894/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3894/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. Maddənin mətnindən aydın göründüyü kimi iddia ərizəsinə dövlət rüsumu ilə bağlı hər hansı sənəd yox, onun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı əlavə edilmişdir. İlk növbədə qeyd olunur ki, ödəniş tapşırığı qəbz deyildir və ödəməni yox, ödəmə istəyini bildirən sənəddir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa qeyd edilməlidir ki, iddia ərizəsi iddiaçının nümayəndəsi kimi X1 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş etibarnamədən görünür ki, həmin etibarnamə ilə C.H.Qurbanova hüquqi şəxsin adından iddia ərizəsini imzalamaq və digər hərəkətləri etmək səlahiyyəti xx xxxxxxx 2020-ci il tarixədək verilmiş, iddia ərizəsi isə xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərilməsi üçün poçta təqdim edilmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar