Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3905/2020 18.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 “nisyə alqı-satqı” müqaviləsi əsasında götürdüyü 576 (beş yüz yetmiş altı) manat dəyərində olan “Mətbəxt stol-stul” dəsti üçün ödəmədiyi 432 (dörd yüz otuz iki) manatın və məhkəmə xərci olan 30 (otuz) manatın tutulub, onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Xoşbəxtlik” mağazada əşyalarının satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VOEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nağd, həmdə kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 1-ci döngə ev 5, mənzil 33-də yaşayan və qeydiyyatda olan, X2 xx xxxxxxx 2019-cu il tarixdə mağazaya gələrək, “Nisyə alqı-satqı” müqaviləsinə əsasən, dəyəri 576 (beş yüz yetmiş altı) manat olan, 1 ədəd “Mətbəxt stol-stul” dəstini 12 ay müddətinə ödəmək şərti ilə götürmüşdür. Müqavilə əsasında hər ay qrafiq üzrə 48.0 AZN ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Borclu aylar üzrə 3 ay ödəniş etmişdir. Qalan borcu yəni 432 (dörd yüz otuz iki) manatı bu günə kimi ödəməmişdir. Mağazaya ödənilməli olan borcunun ödənilməsi ilə bağlı olaraq ona xəbərdarlıq göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. “Nisyə alqı-satqı” müqaviləsinin şərtlərinə könüllü əməl etmək istəmir. Qeyd etmişdir ki, müqavilənin 6.1-ci maddəsinə əsasən cavabdeh aldığı malların borcunu qaytarana qədər, borcun təminatı kimi həmin əşyalara girov qoyulmuş və satılması qadağan olmuşdur. Cavabdehin borcu ödəmək fikri belə yoxdur. Nisyə götürdüyü mallardan qalan pula görə mağazanın dövriyyəsinə pul daxil olmadığından mağazaya ziyan dəyib. Beləliklə mağazaya cavabdeh bu gün də ziyan vurmaqda davam edir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə xx xxxxxx 2020-ci il tarixli bildirişi göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh dəyəri 576 (beş yüz yetmiş altı) manat olan “mətbəx stol-stul” dəstinin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar üçün “mətbəx stol-stul” dəsti üçün hər ay 48 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 576 (beş yüz yetmiş altı) manat dəyərində olan “mətbəx stol-stul” dəstini qəbul etmişdir. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh həmin müqavilə üzrə 576 (beş yüz yetmiş altı) manat dəyərində olan “mətbəx stol-stul” dəsti üçün 12 ay müddətinə hər ay 48 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüş, ilk 03 ayı ödəniş etmiş, lakin sonrakı aylarda heç bir ödəniş etməmişdir. xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh əsas borc üzrə 432 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı əsas borcdan 432 manat ödənilməmiş hissə və məhkəmə xərci qismində 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 462 (dörd yüz altmış iki) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3905/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3905/2020
18.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver