Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3906/2020 18.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli “nisyə alqı-satqı” müqaviləsi üzrə götürülmüş malların ödənilməmiş hissəsi olan 385 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2018-ci il tarixdə mağazaya gələrək, nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 1116 manat olan 1 ədəd “Heyner” markalı soyuducunu 12 ay müddətinə ödəmək şərti ilə almışdır. Müqavilə əsasında o, hər ay 85 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh 7 ay ödəniş etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh mağazadan yenidən həmin qrafik üzrə etibardan istifadə edərək “Ouyuks” tozsoranını və Gree markalı kondisionerini 12 ay ərzində ayda 77 manat ödəmək şərti ilə almışdır. Sonradan mağazaya heç bir ödəniş etməmişdir. Onun hazırda mağazaya qrafik üzrə 385 manat ödənilməmiş borcu vardır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə əsasında ondan götürülmüş əşyaların dəyərinin ödənilməmiş hissəsini (385 manat) tələb etmişdir. Lakin, iddia ərizəsinin məzmununda cavabdehin iddiaçı ilə iki dəfə yəni, xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə nisyə alqı-satqı müqavilələri bağlaması və ondan məişət əşyaları alması qeyd edilmişdir. Belə olan halda, 385 manat məbləğində pul vəsaitinin hansı qaydada hesablanması, bu borcun hansı müqavilə üzrə yaranmış borc olmasını, ümumiyyətlə hər bir müqavilə üzrə cavabdehin borcunun nə qədər təşkil etməsini iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa işə baxılmasının sadələşdirilmiş qaydasında yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb etmə hüququ barədə mübahisə olduğundan və buna görə də hazırki iddia ərizəsinə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması mümkün olmadığından ərizənin qəbul olunmasından imtina edilməlidir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 284-4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3906/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3906/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver