Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3984/2021 16.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 31.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********31215 “Samsung Galaxy A10”, İMEİ kodu **********37280 “Samsung Galaxy A10” markalı 2 ədəd telefon üçün 702 manat ödənilməmiş hissə, 70 manat cərimə; 09.09.2020-ci il tarixli müqaviləsinə əsasən, “LG Led” markalı televizor üçün 955,2 manat ödənilməmiş hissə, 95,8 manat cərimə; 06.10.2020-ci il tarixli müqaviləsinə əsasən “Hoffmann Led” markalı televizor üçün 240 manat ödənilməmiş hissə, 24 manat cərimə, 06.10.2021-ci il tarixli müqaviləsinə əsasən, “Hoffmann Led” markalı televizor üçün 240 manat ödənilməmiş hissə, 24 manat cərimə pulu; 07.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********727999 “Samsung Galaxy A11” markalı telefon üçün 369 manat ödənilməmiş hissə, 36 manat cərimə pulu olmaqla, ümumilikdə 2492 manat borc, 44,92 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 31.08.2020-ci il, 09.09.2020-ci il, 06.10.2020-ci il və 07.10.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********31215 “Samsung Galaxy A10”, İMEİ kodu **********37280 “Samsung Galaxy A10” markalı 2 ədəd telefon, “LG Led” markalı televizor, “Hoffmann Led” markalı televizor, İMEİ kodu **********727999 “Samsung Galaxy A11” markalı telefon almış və nəticədə 2492 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 832 manat (18 ay x 39 manat + 130 manat ilkin ödəniş) olan İMEİ kodu **********31215 “Samsung Galaxy A10”, İMEİ kodu **********37280 “Samsung Galaxy A10” markalı 2 ədəd telefon üçün ümumilikdə, 772 manat olmaqla ondan, 702 manat ödənilməmiş hissə, 70 manat cərimə; 09.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1155,2 manat (24 ay x 39,8 manat + 200 manat ilkin ödəniş) olan “LG Led” markalı televizor üçün 1051 manat olmaqla ondan, 955,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 95,8 manat cərimə; 06.10.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 248 manat (3 ay x 80 manat + 8 manat ilkin ödəniş) olan “Hoffmann Led” markalı televizor üçün 264 manat olmaqla ondan, 240 manat ödənilməmiş hissə, 24 manat cərimə; 07.10.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 381 manat (3 ay x 123 manat + 12 manat ilkin ödəniş) olan İMEİ kodu **********727999 “Samsung Galaxy A11” markalı telefon üçün 405 manat olmaqla ondan, 369 manat ödənilməmiş hissə, 36 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 350 manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 31.08.2020-ci il, 09.09.2020-ci il, 06.10.2020-ci və 07.10.2020-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 832 manat olan İMEİ kodu **********31215 “Samsung Galaxy A10”, İMEİ kodu **********37280 “Samsung Galaxy A10” markalı 2 ədəd telefon, dəyəri 1155,2 manat olan “LG Led” markalı televizor, dəyəri 248 manat olan İMEİ kodu **********727999 “Samsung Galaxy A11” markalı telefon, dəyəri 381 manat olan İMEİ kodu **********727999 “Samsung Galaxy A11” markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ kodu **********31215 “Samsung Galaxy A10”, İMEİ kodu **********37280 “Samsung Galaxy A10” markalı 2 ədəd telefon üçün hər ay 39 manat, “LG Led” markalı televizor üçün hər ay 39,8 manat, “Hoffmann Led” markalı televizor üçün hər ay 80 manat və İMEİ kodu **********727999 “Samsung Galaxy A11” markalı telefon üçün hər ay 123 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 28 oktyabr 2021-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31.08.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ kodu **********31215 “Samsung Galaxy A10”, İMEİ kodu **********37280 “Samsung Galaxy A10” markalı 2 ədəd telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 832 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 702 manat borcunu ödəmədiyindən, həmin məbləğə 70 manat cərimə hesablanmış; 09.09.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “LG Led” markalı televizor üçün 24 ay müddətinə ödəmək şərti ilə dəyəri 1155,2 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 955,2 manat borcunu ödəmədiyindən, həmin məbləğə 95,8 manat cərimə hesablanmış; 06.10.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “Hoffmann Led” markalı televizor üçün 3 ay müddətinə ödəmək şərti ilə dəyəri 248 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 240 manat borcunu ödəmədiyindən, həmin məbləğə 24 manat cərimə hesablanmış; 07.10.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ kodu **********727999 “Samsung Galaxy A11” markalı telefon üçün 3 ay müddətinə ödəmək şərti ilə dəyəri 381 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 369 manat borcunu ödəmədiyindən, həmin məbləğə 36 manat cərimə hesablanmış; İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh İMEİ kodu **********31215 “Samsung Galaxy A10”, İMEİ kodu **********37280 “Samsung Galaxy A10” markalı 2 ədəd telefon üçün 702 manat ödənilməmiş hissə, 70 manat cərimə, “LG Led” markalı televizor üçün 955,2 manat ödənilməmiş hissə, 95,8 manat cərimə, “Hoffmann Led” markalı televizor üçün 240 manat ödənilməmiş hissə, 24 manat cərimə, İMEİ kodu **********727999 “Samsung Galaxy A11” markalı telefon üçün 369 manat ödənilməmiş hissə, 36 manat cərimə, ümumilikdə 2492 manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 44,92 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə əsas borc üzrə 2266,2 manat ödənilməmiş hissə, 225,8 manat cərimə borcu olmaqla, ümumilikdə 2492 (iki min dörd yüz doxsan iki) manat borc pul və məhkəmə xərci qismində 44,92 (qırx dörd manat doxsan qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3984/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3984/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver