Məhkəmə qərarları › İş №2(043)-400/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-400/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-400/2022 08.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlu, İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 04.06.2019-cu il tarixli müqaviləsinə əsasən, “Gree” markalı kondisioner üçün 667 manat ödənilməmiş hissə, 66 manat cərimə; 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92080 olan “Nokia 3.1 Plus” markalı telefon üçün 87 manat ödənilməmiş hissə, 8 manat cərimə; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən “Samsung Led” markalı televizor üçün 1386 manat ödənilməmiş hissə, 138 manat cərimə pulu olmaqla, ümumilikdə 2352 manat borc, 43,52 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 04.06.2019-cu il, 19.10.2019-cu il və 07.11.2019-cu il tarixli müqavilələrinə əsasən, “Gree” markalı kondisioner, İMEİ kodu **********92080 olan “Nokia 3.1 Plus”, “Samsung Led” markalı televizor almış və nəticədə 2352 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1206 manat (18 ay x 67 manat + 0 manat ilkin ödəniş) olan “Gree” markalı kondisioner üçün ümumilikdə, 733 manat olmaqla ondan, 667 manat ödənilməmiş hissə, 66 manat cərimə; 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 348 manat (12 ay x 29 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********92080 olan “Nokia 3.1 Plus” markalı telefon üçün 95 manat olmaqla ondan, 87 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 manat cərimə; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1418 manat (18 ay x 77 manat + 32 manat ilkin ödəniş) olan “Samsung Led” markalı televizor üçün 1524 manat olmaqla ondan, 1386 manat ödənilməmiş hissə, 138 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 832 manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 04.06.2019-cu il, 19.10.2019-cu il və 07.11.2019-cu il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1206 manat olan “Gree” markalı kondisioner, dəyəri 348 manat olan İMEİ kodu **********92080 olan “Nokia 3.1 Plus” markalı telefon, dəyəri 1418 manat olan “Samsung Led” markalı televizorun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Gree” markalı kondisioner üçün hər ay 67 manat, İMEİ kodu **********92080 olan “Nokia 3.1 Plus” markalı telefon üçün hər ay 29 manat və “Samsung Led” markalı televizor üçün hər ay 77 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 07 dekabr 2021-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04.06.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “Gree” markalı kondisioner üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1206 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 667 manat borcunu ödəmədiyindən, həmin məbləğə 66 manat cərimə hesablanmış; 19.10.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ kodu **********92080 olan “Nokia 3.1 Plus” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 348 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 87 manat borcunu ödəmədiyindən, həmin məbləğə 8 manat cərimə hesablanmış; 07.11.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “Samsung Led” markalı televizor üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1418 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1386 manat borcunu ödəmədiyindən, həmin məbləğə 138 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh “Gree” markalı kondisioner üçün 667 manat ödənilməmiş hissə, 66 manat cərimə, İMEİ kodu **********92080 olan “Nokia 3.1 Plus” markalı telefon üçün 87 manat ödənilməmiş hissə, 8 manat cərimə, “Samsung Led” markalı televizor üçün 1386 manat ödənilməmiş hissə, 138 manat cərimə borcu olmaqla, ümumilikdə 2352 manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 43,52 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh “Gree” markalı kondisioner üçün 667 manat ödənilməmiş hissə, 66 manat cərimə, İMEİ kodu **********92080 olan “Nokia 3.1 Plus” markalı telefon üçün 87 manat ödənilməmiş hissə, 8 manat cərimə, “Samsung Led” markalı televizor üçün 1386 manat ödənilməmiş hissə, 138 manat cərimə borcu olmaqla, ümumilikdə 2352 (iki min üç yüz əlli iki) manat borc və məhkəmə xərci qismində 43,52 (qırx üç manat əlli iki qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar