Məhkəmə qərarları › İş №2(043)-4013/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-4013/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-4013/2020 27.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 3061.A-ci il tarixli xx.xx.2019 №-li alqı-satqı müqaviləsinin ləğv edilməsinə, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh1 9 ay ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 270 (iki yüz yetmiş) günə görə 1223 (bir min iki yüz iyirmi üç) manat; iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3077 №-li alqı-satqı müqaviləsinin ləğv edilməsinə, 1 (bir) Changan Honor VT markalı, 2018-ci buraxılış ili, tipi universal, rəngi ağ, dövlət qeydiyyat nişanı ** PV *** olan minik avtomaşını Cavabdeh1 geri alınıb İddiaçı MMC-yə təhvil verilməsinə, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4077 (dörd min yetmiş yeddi) manat 9 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 270 (iki yüz yetmiş) günə görə 1223 (bir min iki yüz iyirmi üç) manat, cəmi 5300 (beş min üç yüz) manat məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub “İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hər bir şəxsin hüququdur, lakin nəzərə alınmalıdır ki, MPM-in 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddiaçının tələbi dəqiq göstərilməlidir, iddia bir neçə cavabdehə qarşı verildikdə isə, onların hər birinə yönələn tələb göstərilməlidir. MPM-in 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi şəxslər cavabdeh hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh3 cavabdeh kimi göstərsə də, iddia ərizəsində ona qarşı yönəltdiyi tələbi – yəni, həmin cavabdehdən nəyi tələb etdiyini göstərməmişdir. Bundan başqa, iddia ərizəsində iddiaçının 3061.A-ci il tarixli xx.xx.2019 №-li alqısatqı müqaviləsi üzrə Cavabdeh1 qarşı irəli sürdüyü tələb də aydın deyil. Belə ki, iddia ərizəsinin məzmununda cavabdehin göstərilən müqavilə üzrə 4077 manat əsas borcu və gecikdirilmiş günlər üçün hesablanmış 1223 manat cərimə borcunun olması qeyd edilsə də, iddia ərizəsinin sonunda onun cavabdehdən həmin müqavilə üzrə nəyi tələb etməsi dəqiq göstərilməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələbinə əməl olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi”tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar