Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-402/2020 08.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, iddiaçı x4 etibarnamə üzrə nümayəndəsi İddiaçı və vəkili x8, cavabdehlər Cavabdeh1 və x2 iştirakları ilə, İddiaçı x4 cavabdehlər Cavabdeh1 və x3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və x3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərə ödədiyi 99,500 (doxsan doqquz min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa 24 dekabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı vəsatəti ilə əsl iddiaçı x7 İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı x4 etibarnamə üzrə nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 2016-cı ilin mart ayının 1 -də Cavabdeh1 ilə nümayəndəsi olduğu qardaşı oğlu x7 razılaşaraq Cavabdeh1 məxsus Gəncə şəhəri, Avtozavod yolu ərazisində yerləşən fərdi yaşayış evini hissə-hissə ödəmək şərti ilə 170 000 (yüz yetmiş min) manat məbləğində razılaşaraq alqı-satqı yolu ilə almışdır. İlkin olaraq Cavabdeh1 ilə onun nümayəndəsi olduğu qardaşı oğlu x7 arasında Gəncə şəhəri 1 saylı notariat kontorunda 01.03.2016-cı il tarixli beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinə əsasən həmin vaxtı beh olaraq əvvəlcə 10 000 (on min) manat pulu cavabdehlərə notariat kontorunda vermişlər. Razılaşmalarına əsasən həmin evin alqı-satqı müqaviləsi 30.12.2016-cı il tarixədək bağlanılmalı idi və həmin evin alqı-satqı müqaviləsinin məsuliyyətini Cavabdeh1 öz üzərinə götürmüşdür. Hər-hansı anlaşılmazlıq yaranacağı təqdirdə 30.12.2016-cı il tarixədək beh şəklində verilmiş 10 000 (on min) pul geri qaytarılmalı idi. Müqavilə bağalanan günü Cavabdeh1 elə həmin Gəncə şəhəri 1 saylı notariat kontorunda arvadı Cavabdeh2 adına bütün səlahiyyətlərinə aid baş etibarnamə vermiş və ona bildirmiş ki, bundan sonra pulu rəsmi surətdə bank vasitəsi ilə arvadı Mərziyənin adına göndərsin və bütün danışıqları onunla aparsın. Qardaşı oğlu x7 ona beş il müddətinə bütün hüquqlarına dair və səlahiyyətlərini həyata keçirmək üçün etibarnamə vermişdir. Hazırda həmin etibarnamə qüvvədədir. Razılaşmalarına əsasən o, şəxsən 18 mart 2016-cı il tarixdə x11 Bankının Gəncə filialı vasitəsi ilə 39500 (otuz doqquz min beş yüz) manat, 28 sentyabr 2016-cı il tarixdə 10 000 manat, 08 noyabr 2016-cı il tarixdə MuğanBank ASC-in Gəncə filialı vasitəsi ilə 10 000 manat və 10 may 2017-ci il tarixdə MuğanBank ASC-in Gəncə filialı vasitəsi ilə 20 000 manat pulu Cavabdeh2 adına keçirmiş və həmin pulları Cavabdeh2 almışdır. Bundan əlavə 10 000 (on min manat) pulu 2017-ci ilin yayında vermişdir.Onun tərəfindən cavabdehlərə göstərilən evə görə rəsmi olaraq 99.500(doxsan doqquz min beş yüz) manat pul ödənilmişdir. Ancaq ölkədə baş verən pulun devalvasiyası ilə əlaqədar ödəmədə ləngimələr olduğundan pulun qalanını razılaşdıqlar müddətə, yəni 2016-cı ilin dekabr ayının 30-dək ödəyə bilməmişlər. Buna görə cavabdehlərə 2016-cı ilin dekabr ayında gedib vəziyyətini izah etmiş, tərəfindən evin alqı-satqısına görə ödənilmiş on min manat behin geri qaytarılmasını istəyəndə Cavabdeh2 ona bildirmiş ki, “indi pulları yoxdur, eybi yox, pulu hissə-hissə düzəldib verərsiniz, ev sizinkidir.” O, razılaşmış və buna görə 2017-ci ilin yaz və yay aylarında yuxarıda göstərdiyi vaxtlarda beh müqaviləsi üzrə ödəniş etmişdir.Bundan sonra təqribən 2017-ci ilin payızında gedib Mərziyyə Abbasovaya demişdir ki, pulu düzəldə bilməmişlər, evi alası olmadıqları üçün, pulun qaytarılmasını xahiş etmişlər. Lakin cavabdehlər artıq 3 ildir ki nə onların pullarını qaytarır, nə də evi onlara satırlar. Hazırda cavabdehlər Cavabdeh1 və arvadı x5 evi onlara satmaq fikrindən yayınıblar. Hazırda onlar evi 250 000 manata başqasına satmaq qərarına gəlmişlər. Cavabdehlər onların pulunu qaytarmadıqları üçün məcbur olub məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçının vəkili Nünbət Salahov iddiaçının nümayəndəsinin göstərdiklərini təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh x5 iddianı qəbul edərək göstərdi ki, 2016-cı ildə evlərin qiyməti fərqli idi, indi isə evlərin qiyməti qalxmışdır. Ona görə də evi yüksək qiymətə satmaq qərarına gəlmişlər. Hazırda pulları yoxdur, ancaq sentyabr ayına kimi evi satıb iddiaçının pulunu qaytaracaqlar. Məhkəmə iclasında Cavabdeh1 cavabdeh x5 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasına etiraz etmədi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhər 1 saylı notariat ofisində bağlanmış 01.03.2016-cı il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh1 ilə x7 arasında beh müqaviləsi bağlanaraq Cavabdeh1 özünə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ərazisində yerləşən fərdi yaşayış evini, 170000 (bir yüz yetimiş min) manat məbləğində Nazim Abdullayevə satamsına razılaşaqar beh olaraq 10000 manat almasını, həmin evin alqı-satqı müqaviləsinin bağlanmasının 30.12.2016-cı il tarixədək müəyyənləşdirilməklə, evin alqı-satqı müqaviləsinin məsuliyyətini gələcəkdə satıcı Cavabdeh1 öz üzərinə götürmüşdür. Hər hansı anlaşmamazlıq yaranacağı təqdirdə 30.12.2016-cı il tarixdə beh şəklində verilmiş pulun qaytarlacağı ilə şərtləndirilmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Ödəniş qəbzlərinin əsli ilə üzləşdirilmiş surətlərindən görünür ki, iddiaçının nümayəndəsi İddiaçı tərəfindən 18 mart 2016-cı il tarixdə QSC Bank Standard KB Gəncə filialı vasitəsi ilə 39500 (otuz doqquz min beş yüz) manat, 28 sentyabr 2016-cı il tarixdə 10000 (on min) manat, MuğanBank» ASC-in Gəncə filialının vasitəsi ilə 08 noyabr 2016-cı il tarixdə «10000 (on min) manat və 10 may 2017-ci il tarixdə 20 000 manat pulu Cavabdeh2 adına keçirmişdir.Cavabdeh1 tərəfindən təsdiq olunmuş qəbzdən görünür ki, İddiaçı ümumilikdə 11400 (on bir min dörd yüz) manat almışdır. (Cavabdeh1 özü də etiraf etmişdir.) Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər öz aralarında cavabdehə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ərazisində yerləşən fərdi yaşayış evinin 170000 (bir yüz yetimiş min) manat məbləğində iddiaçıya satılamsına dair qarşılıqlı razılığa gələrək, aralarında01.03.2016-cı il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisində beh müqaviləsi bağlanaraq, iddiaçı tərəfindən cavabdehə 10000 (on min) manat beh verilmişdir. Həmin evin alqı-satqı müqaviləsinin bağlanması 30.12.2016-cı il tarixədək müəyyənləşdirilməklə, evin alqı-satqı müqaviləsinin məsuliyyətini gələcəkdə satıcı Cavabdeh1 öz üzərinə götürmüşdür. Müqavilə hər hansı anlaşmamazlıq yaranacağı təqdirdə 30.12.2016-cı il tarixdə beh şəklində verilmiş pulun qaytarlacağı ilə şərtləndirilmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilənin şərtlərində göstərilən müddətdə yəni 31 dekabr 2016-cı tarixədək tərəflər arasında alqı satqı müqaviləsinin rəsmiləşdirilməsi baş tutmadığından evin dəyərinin hişşə-hişşə ödənilməsi barədə öz aralarında razılığa gələrək iddiaçı tərəfindən müəyyən vaxtlarda verilmiş behlə birlikdə cavabdehlərə 99500 (doxsan doqquz min beş yüz) manat pul ödənilmişdir. İddiaçı iddia etmişdir ki, 99500 manat pulu ödədikdən sonra müəyyən vaxtlarda maddi imkanlarında çətinlik olduğu üçün ödəniş edə bilməmişlər, sonradan ödəniş etmək istədikdə cavabdehlər evi onlara satmaq istəmədiklərini, başqa şəxsə 250000 manata satmaq niyyətlərində olduqlarını bildirmişlər.Hesab edirlər ki, cavabdehlər heç bir hüquqi əsas olmadan onların pulunu 4 ildir ki, özlərində saxlayaraq qaytarmamışlar. Cavabdeh tərəf isə iddiaçının pulunu qaytarmağa imkanları olmadığını, gələcəkdə mübahisəli evi sataraq iddiaçıdan aldıqları pulu qaytaracaqlarını bildirmişlər. Məhkəmə iş üçün əhəmiyyətli olan halları tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. MM-in 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. MM-in 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. MM-in 492.2-ci maddəsinə əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. MM-in 135-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. MM-in 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. x13 Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında beh müqaviləsi baglandıqdan sonra müqavilə ilə müəyyən olunmuş müddətdə alqı-satqının bağlanması baş tutmamış, bundan sonra tərəflər öz aralarında razılığa gələrək evin dəyərinin hissəhissə ödənilməsi barədə razılığa gələrək cavabdehlər iddiaçı tərəfindən müxtəlif vaxtlarda ödənilən məbləğləri qəbul etdikdən sonra evin qiymətinin 250000 manat olduğunu göstərərək evi satmaqdan imtina etmişlər. Göründüyü kimi iddiaçı tərəfdən cavabdehlərə 99500 manat ödənilmiş, lakin cavabdehlər həmin pulu hüquqi əsas olmadan özlərində saxlamaqla iddiaçıya qaytarmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və x1 müştərək qaydada 99500 (doxsan doqquz min beş yüz ) manat pul alınaraq iddiaçı x6 verilməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və x1 müştərək qaydada 99,500 (doxsan doqquz min beş yüz ) manat pul alınaraq iddiaçı x4 xeyrinə verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-402/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-402/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver