Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-4030/2020 27.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən x xxxxxx 2019-cu il tarixli, GNNPU-2234 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2638,36 manat, faiz borcuna görə 130,66 manat, dəbbə borcuna görə 0 manat, olmaqla cəmi 2769,02 (iki min yeddi yüz altmış doqquz manat iki qəpik) manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizəni nəzərdən keçirərkən müəyyən olundu ki, ərizədə göstərilən tələbə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. İddiaçı ASC-nin Cavabdeh qarşı verdiyi ərizədə, cavabdehdən əsas və faiz borcu ilə birlikdə 2769,02 (iki min yeddi yüz altmış doqquz manat iki qəpik) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284- 1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Göstərilən prosessual hüquq normalarının tələbinə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş ərizədəki iddianın qiyməti 2000 manatdan artıq olduğundan və iddiaçı tərəfindən ərizə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün verildiyindən, həmin ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd olunan Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 284-1 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması haqqında ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-4030/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-4030/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver