Məhkəmə qərarları › İş №2(043)-405/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-405/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-405/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.04.2019-cu il tarixli müqaviləyə əsasən, “Power Bank Mİ”, “4D X7 Samsung A30” markalı aksesuar üçün 55 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 02.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19837 olan “Samsung Galaxy J6” markalı telefon üçün 132 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu; 23.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********86892 olan “Samsung Galaxy A50” markalı telefon üçün 458 manat ödənilməmiş hissə, 45 manat dəbbə; 11.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********7389 olan “Samsung Galaxy A70” markalı telefon üçün 640 manat ödənilməmiş hissə, 64 manat dəbbə pulu; 11.05.2019-cu il tarixli müqaviləyə əsasən, “Fen Gorenje” üçün 48 manat ödənilməmiş hissə, 4 manat dəbbə; 11.05.2019-cu il tarixli müqaviləyə əsasən, “Mini soba Hoffmann” və “X6” qapaqsız üçün 210 manat ödənilməmiş hissə, 21 manat dəbbə; 20.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********99410 olan “Samsung Galaxy S9+ Dual” markalı telefon üçün 1250 manat ödənilməmiş hissə, 125 manat dəbbə; 14.06.2019-cu il tarixli müqaviləyə əsasən, “LG LED” markalı televizor üçün 960 manat ödənilməmiş hissə, 96 manat dəbbə; 27.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19857 olan “Samsung Galaxy A10” markalı telefon üçün 29 manat ödənilməmiş hissə, 2 manat dəbbə olmaqla, ümumilikdə 4157 manat borc və 61,57 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 21.04.2019-cu il, 02.04.2019-cu il, 23.04.2019-cu il, 11.05.2019-cu il, 15.05.2019-cu il, 11.05.2019-cu il, 20.05.2019-cu il, 14.06.2019-cu il və 27.07.2019-cu il tarixli müqavilələrə əsasən, “Power Bank Mİ”, “4D X7 Samsung A30” markalı aksesuar, İMEİ kodu **********19837 olan “Samsung Galaxy J6” markalı telefon, İMEİ kodu **********86892 olan “Samsung Galaxy A50” markalı telefon, İMEİ kodu **********7389 olan “Samsung Galaxy A70” markalı telefon, “Fen Gorenje”, “Mini soba Hoffmann” və “X6” qapaqsız, İMEİ kodu **********99410 olan “Samsung Galaxy S9+ Dual” markalı telefon, “LG LED” markalı televizor və “İMEİ kodu **********19857 olan “Samsung Galaxy A10” markalı telefon almış və nəticədə 4157 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 986 manat (18 ay x 52 manat + 50 manat ilkin ödəniş) olan “Power Bank Mİ”, “4D X7 Samsung A30” markalı aksesuar üçün 60 manat olmaqla, ondan 55 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 02.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 528 manat (12 ay x 44 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********19837 olan “Samsung Galaxy J6” markalı telefon üçün 145 manat olmaqla, ondan 132 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu; 23.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 878 manat (18 ay x 46 manat + 50 manat ilkin ödəniş) olan İMEİ kodu **********86892 olan “Samsung Galaxy A50” markalı telefon üçün 503 manat olmaqla, ondan 458 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu; 11.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1200 manat (15 ay x 80 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********7389 olan “Samsung Galaxy A70” markalı telefon üçün 704 manat olmaqla, ondan 640 manat ödənilməmiş hissə, 64 manat dəbbə pulu; 11.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 manat (12 ay x 6 manat + 0 manat ilkin ödəniş) olan “Fen Gorenje” üçün 52 manat olmaqla, ondan 48 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu; 11.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 270 manat (18 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan “Mini soba Hoffmann” və “X6” qapaqsız üçün 231 manat olmaqla, ondan 210 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu; 20.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2250 manat (18 ay x 125 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********99410 olan “Samsung Galaxy S9+ Dual” markalı telefon üçün 1375 manat olmaqla, ondan 1250 manat ödənilməmiş hissə, 125 manat dəbbə pulu; 14.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1196 manat (18 ay x 64 manat + 44 manat ilkin ödəniş) olan “LG LED” markalı televizor üçün 1056 manat olmaqla, ondan 960 manat ödənilməmiş hissə, 96 manat dəbbə pulu; 27.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 280 manat (6 ay x 30 manat + 100 manat ilkin ödəniş) olan İMEİ kodu **********19857 olan “Samsung Galaxy A10” markalı telefon üçün 31 manat olmaqla, ondan 29 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2947 manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50 faizinə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, maddi imkanı ilə bağlı borcundan ödəniş edə bilməmişdir. İddiaçı olan "xxxx" MMC-yə olan borcunu etiraf edir. İddia tələbinin təmin edilməsinə etiraz etmir. Odur ki, qanun tələblərinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 21.04.2019-cu il, 02.04.2019-cu il, 23.04.2019-cu il, 11.05.2019-cu il, 15.05.2019-cu il, 11.05.2019-cu il, 20.05.2019-cu il, 14.06.2019-cu il və 27.07.2019-cu il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 986 manat olan “Power Bank Mİ”, “4D X7 Samsung A30” markalı aksesuarın, dəyəri 528 İMEİ kodu **********19837 olan “Samsung Galaxy J6” markalı telefonun, dəyəri 878 manat olan İMEİ kodu **********86892 olan “Samsung Galaxy A50” markalı telefonun, dəyəri 1200 manat olan İMEİ kodu **********7389 olan “Samsung Galaxy A70” markalı telefonun, dəyəri 72 manat olan “Fen Gorenje”-nin, dəyəri 270 manat olan “Mini soba Hoffmann” və “X6” qapaqsızın, dəyəri 2250 manat olan İMEİ kodu **********99410 olan “Samsung Galaxy S9+ Dual” markalı telefonun, dəyəri 1196 manat olan “LG LED” markalı televizorun, dəyəri 280 manat olan İMEİ kodu **********19857 olan “Samsung Galaxy A10” markalı telefonun dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar “Power Bank Mİ”, “4D X7 Samsung A30” markalı aksesuar üçün hər ay 52 manat, İMEİ kodu **********19837 olan “Samsung Galaxy J6” markalı telefon üçün hər ay 44 manat, İMEİ kodu **********86892 olan “Samsung Galaxy A50” markalı telefon üçün hər ay 46 manat, İMEİ kodu **********7389 olan “Samsung Galaxy A70” üçün hər ay 80 manat, “Fen Gorenje” üçün hər ay 6 manat, “Mini soba Hoffmann” və “X6” qapaqsız üçün hər ay 15 manat, İMEİ kodu **********99410 olan “Samsung Galaxy S9+ Dual” markalı telefon üçün hər ay 125 manat, “LG LED” markalı televizor üçün hər ay 64 manat, İMEİ kodu **********19857 olan “Samsung Galaxy A10” üçün hər ay 30 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 21.04.2019-cu il tarixli müqaviləyə əsasən 55 manat əsas borc, 5 manat dəbbə; 02.04.2019-cu il tarixli müqaviləyə əsasən 132 manat əsas borc, 13 manat dəbbə pulu olmaqla, 23.04.2019-cu il tarixli müqaviləyə əsasən 458 manat əsas borc, 45 manat dəbbə pulu olmaqla, 11.05.2019-cu il tarixli müqaviləyə əsasən 640 manat əsas borc, 64 manat dəbbə pulu olmaqla, 11.05.2019-cu il tarixli müqaviləyə əsasən 48 manat əsas borc, 4 manat dəbbə pulu olmaqla, 11.05.2019-cu il tarixli müqaviləyə əsasən 210 manat əsas borc, 21 manat dəbbə pulu olmaqla, 20.05.2019-cu il tarixli müqaviləyə əsasən 1250 manat əsas borc, 125 manat dəbbə pulu olmaqla, 14.06.2019-cu il tarixli müqaviləyə əsasən 960 manat əsas borc, 96 manat dəbbə pulu olmaqla, 27.07.2019-cu il tarixli müqaviləyə əsasən 29 manat əsas borc, 2 manat dəbbə pulu olmaqla, ümumilikdə 4157 (qırx bir min əlli yeddi) manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 10.07.2020-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə 21.04.2019-cu il tarixli müqaviləsinə əsasən “Power Bank Mİ”, “4D X7 Samsung A30” markalı aksesuar almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 55 manat əsas borcu qalmış, qalıq borca 5 manat dəbbə pulu hesablanmışdır; 02.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********19837 olan “Samsung Galaxy J6” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 132 manat əsas borcu qalmış, qalıq borca 13 manat dəbbə pulu hesablanmışdır; 23.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********7389 olan İMEİ kodu **********86892 olan “Samsung Galaxy A50” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 458 manat əsas borcu qalmış, qalıq borca 45 manat dəbbə pulu hesablanmışdır; 11.05.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********7389 olan “Samsung Galaxy A70” almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 640 manat əsas borcu qalmış, qalıq borca 64 manat dəbbə pulu hesablanmışdır; 11.05.2019-cu il tarixli müqaviləsinə əsasən “Fen Gorenje” almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 48 manat əsas borcu qalmış, qalıq borca 4 manat dəbbə pulu hesablanmışdır; 11.05.2019-cu il tarixli müqaviləsinə əsasən “Mini soba Hoffmann” və “X6” qapaqsız almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 210 manat əsas borcu qalmış, qalıq borca 21 manat dəbbə pulu hesablanmışdır; 20.05.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********99410 olan “Samsung Galaxy S9+ Dual” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 1250 manat əsas borcu qalmış, qalıq borca 125 manat dəbbə pulu hesablanmışdır; 14.06.2019-cu il tarixli müqaviləsinə əsasən “LG LED” markalı televizor almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 960 manat əsas borcu qalmış, qalıq borca 96 manat dəbbə pulu hesablanmışdır; 27.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********19857 olan “Samsung Galaxy A10” almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 29 manat əsas borcu qalmış, qalıq borca 2 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 375 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 51 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 61,57 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 3782 manat əsas borc, 51 manat dəbbə pulu olmaqla, cəmi 3833 manat borc pul və məhkəmə xərci qismində 61,57 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3782 manat əsas borc, 51 manat dəbbə pulu olmaqla, cəmi 3833 (üç min səkkiz yüz otuz üç) manat borc pul və məhkəmə xərci qismində 61,57 (altmış bir manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar